Vəziyyət dəyişdi, türk ölkələrinə siqnal verildi Əliyevdən kritik çağırış
Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.
Prezident İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına verdiyi müsahibədə Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Sammiti barədə danışıb. Ölkə başçısı türk dövlətləri arasında hərbi əməkdaşlıq və təşkilatın bu sahədəki gələcək perspektivlərinə toxunub.
Prezident qeyd edib ki, bugünkü dünyada beynəlxalq hüquq deyilən məsələ yoxdur. Sadəcə güc, əməkdaşlıq, müttəfiqlik və qarşılıqlı dəstək var. İlham Əliyev bu çərçivədə TDT üzvlərinin birgə hərbi təlimlər keçirməli olduğunu vurğulayıb.
Globalinfo.az-a danışan politoloq Züriyə Qarayeva bildirib ki, Prezident fikirləri türk dövlətləri arasında hərbi əməkdaşlıq ideyasının təsadüf deyil, uzunmüddətli strateji müşahidə və təhlilin nəticəsi olduğunu göstərir:
“Onun çıxışında əsas xətt müasir beynəlxalq sistemin artıq hüquq üzərində yox, güc, müttəfiqlik və qarşılıqlı dəstək üzərində formalaşması tezisidir. Prezident açıq şəkildə etiraf edir ki, beynəlxalq hüququn selektiv tətbiq olunduğu bir mühitdə dövlətlərin təhlükəsizliyi yalnız öz hərbi potensialına və etibarlı tərəfdaşlıqlara söykənə bilər. O baxımdan Türk Dövlətləri Təşkilatı çərçivəsində birgə hərbi təlimlərin təşkili həm rəmzi, həm də praktik məna daşıyır. Bu, türk dövlətlərinin təhlükəsizlik məsələlərinə kollektiv baxış formalaşdırmaq niyyətinin göstəricisidir, eyni zamanda real koordinasiya imkanlarını sınaqdan keçirməyə xidmət edir.
Züriyə Qarayeva
Digər tərəfdən, Prezidentin vurğuladığı məqam ondan ibarətdir ki, bu təşəbbüs hücum xarakterli hərbi blok yaratmaq niyyəti daşımır. Əksinə, Azərbaycanın 2020 və 2023-cü illərdəki davranışı nümunə göstərilərək, gücün məsuliyyətlə istifadə olunmasının mümkünlüyü önə çəkilir. Əliyevin arqumentasiyasında hərbi güc müharibə aparmaq üçün deyil, münaqişənin qarşısını almaq, potensial təhdidləri neytrallaşdırmaq və qarşı tərəfdə “cavabsızlıq” illüziyasının yaranmaması üçün zəruri alət kimi təqdim olunur. Bu yanaşma türk dövlətləri üçün ortaq təhlükəsizlik mədəniyyətinin formalaşdırılmasını hədəfləyir: yəni hər kəsin güclü olması, lakin bu gücün qarşılıqlı hörmət, ərazi bütövlüyü və məsuliyyət prinsipləri çərçivəsində balanslaşdırılması. Bu kontekstdə birgə hərbi təlimlər ideyası siyasi mesajdan daha çox, dəyişən dünya reallıqlarına uyğun adaptasiya cəhdi kimi çıxış edir”.
Turan Rzayev
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:31
Bu xəbər 06 Yanvar 2026 19:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















