Icma.az
close
up
RU
Yaşar Əliyevdən Quterreşə çağırış

Yaşar Əliyevdən Quterreşə çağırış

Ses qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanın BMT yanında daimi nümayəndəsi Yaşar Əliyev BMT Baş katibi Antoniu Quterreşi mülki əhaliyə təhlükə yaradan, regionların bərpasını ləngidən və məcburi köçkünlərin doğma torpaqlarına qayıtmasına mane olan genişmiqyaslı mina çirklənməsi probleminə diqqət yetirməyə çağırıb. SİA xəbər verir ki, bunu diplomat dünya təşkilatının başçısına ünvanladığı 12 dekabr 2024-cü il tarixli məktubunda bildirib.

Yaşar Əliyev qeyd edib ki, Azərbaycan erməni işğalının onilliklərlə davam edən nəticələri ilə üzləşir. Azad edilmiş ərazilərdə mülki şəxslər, hərbçilər, sülhməramlılar və humanitar işçilər üçün təhlükə yaradan 1,5 milyondan çox mina və digər partlayıcı qurğular aşkar edilib.

"Ermənistanın hərbi təcavüzü nəticəsində on minlərlə Azərbaycan vətəndaşı həlak olub, 700 mindən çox insan öz evlərini tərk etməyə məcbur qalıb və ölkənin suveren ərazisinin böyük bir hissəsi təxminən 30 il ərzində qanunsuz işğal altında qalıb", – diplomat müraciətində bildirib.

Münaqişə dövründə 359 uşaq və 38 qadın olmaqla 3 461 ölkə vətəndaşı minalardan zərər çəkib. Münaqişə başa çatdıqdan sonra mina qurbanlarının sayı 382 nəfər təşkil edib ki, onlardan 70 nəfəri həlak olub, 312 nəfəri isə ağır yaralanıb. Mina çirklənməsi problemi infrastrukturun bərpası layihələrinin həyata keçirilməsini və təxminən 700 min məcburi köçkünün qayıdışını çətinləşdirir.

Y.Əliyevin sözlərinə görə, minalar təkcə keçmiş cəbhə xəttinin yaxınlığında deyil, həm də yaşayış məntəqələrində, qəbiristanlıqlarda və mədəni obyektlərdə yerləşdirilib ki, bu da dinc əhaliyə maksimum ziyan vurur. O vurğulayıb ki, Ermənistanın mina xəritələrini təqdim etməkdən imtina etməsi beynəlxalq humanitar hüquq normalarına, o cümlədən yaşamaq və sərbəst hərəkət etmək hüququna ziddir.

Azərbaycan humanitar minatəmizləməni Milli Dayanıqlı İnkişaf Məqsədləri sırasına daxil edərək onu 18-ci məqsəd kimi müəyyən edib. Diplomat beynəlxalq ictimaiyyəti dinc əhalinin təhlükəsizliyini və azad edilmiş ərazilərin dayanıqlı inkişafını təmin etmək üçün Ermənistana mina sahələri barədə tam məlumat verməsi üçün təzyiqləri artırmağa çağırıb.

Xatırladaq ki, dekabrın 20-də Yaşar Teymur oğlu Əliyev Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırılmışdı.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:259
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 22 Dekabr 2024 18:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1429

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see709

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see558

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see480

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see470

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see459

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see446

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see412

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see389

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see350

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see315

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see302

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see297

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see292

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see287

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see284

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see269

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see266

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see266

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see265
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri