Icma.az
close
up
RU
Türkiyə Suriyaya hərbi müdaxilə edəcək? Ankaradan REAKSİYA

Türkiyə Suriyaya hərbi müdaxilə edəcək? Ankaradan REAKSİYA

Modern.az saytına istinadən Icma.az xəbər verir.

Suriyada hökumət qüvvələri ilə keçmiş rejim lideri Bəşər Əsədə bağlı olan qüvvələr arasında Latakiya və Tartus şəhərlərində baş verən silahlı qarşıdurmaların şiddətlənməsi beynəlxalq narahatlığa səbəb olub. Döyüşlərin məzhəb zəmnində getdiyi bildirilir.

ABŞ və Rusiya məsələ ilə bağlı BMT Təhlükəsizlik Şurasında 10 mart tarixində qapalı iclas çağırıb. Türkiyə, ABŞ, İran, Fransa, Rusiya və Çin hadisələrə münasibət bildirib, döyüşlər və mülki itkilər barədə narahatlıqlarını ifadə ediblər.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya ərazisində baş verən terror və zorakılığı sərt şəkildə pisləyib: “Türkiyə olaraq Suriyanın birliyini, sabitliyini və sosial sülhünü hədəf alan hər cür hücumu lənətləyirik” O, müvəqqəti hökumətin hadisələri böyük ölçüdə nəzarət altına aldığını, lakin vəziyyətin hələ də həssas olduğunu bildirib. Ərdoğan ələvilərin siyasi manipulyasiya vasitəsinə çevrilməsinə icazə verməyəcəklərini də vurğulayıb.

Suriyada 6 martda başlayan toqquşmalarda 1 500-dən çox insanın həlak olduğu bildirilir. Ölənlər arasında mülki şəxslər də var.

Suriya Müvəqqəti Hökumətinin lideri Əhməd Əş-Şərra 10 martda təhlükəsizliyin bərpası barədə açıqlama verib. O, mülki əhaliyə qarşı zorakılıq iddialarının araşdırılması üçün müstəqil komissiyanın yaradılacağını bildirib.

Hadisələrə beynəlxalq təşkilatlar da reaksiya verib. BMT İnsan Haqları Komissarı Volker Türk məzhəb zəmnində edam hallarına dair məlumatlar aldıqlarını bildirib.

ABŞ Dövlət Katibi Marko Rubio isə Suriyadakı etnik və dini azlıqlara dəstək verdiklərini bəyan edib. O, radikal döyüşçülərin bölgədə zorakılıq törətdiyini və məsuliyyətə cəlb olunmalı olduqlarını vurğulayıb.

İran və Rusiya isə məsələyə fərqli yanaşıblar. İran Xarici İşlər Nazirliyi hadisələrdə Tehran hökumətinin hər hansı rolu olduğunu qətiyyətlə rədd edib. Kremlin sözçüsü Dmitri Peskov isə Rusiyanın Suriyada davam edən qarşıdurmalardan dərin narahatlıq duyduğunu bildirib. Çin Xarici İşlər Nazirliyi də məsələ ilə bağlı açıqlama yayaraq, tərəfləri silahlı münaqişəni dayandırmağa və Suriyanın gələcəyi üçün siyasi həll yolu tapmağa çağırıb.

Məsələ ilə bağlı Modern.az-a danışan Türkiyə Böyük Millət Məclisinin(TBMM) hakim Ədalət və İnkişaf Partiyasından olan deputatı Şamil Ayrım bildirib ki, Türkiyə Suriyanın birliyinə tərəfdar olan ölkələrdən biridir:

"Oradakı bütün qüvvələrin birlikdə idarəetmədə olmağını istəyirik. Əvvəldən verilən açıqlamalar da bu istiqamətdə olub. Hazırki Prezident bu mövzuda lazımi tədbirləri görür. Lakin təəssüf ki, bəziləri bu vəziyyəti bəyənmir və qarışıqlıq yaradır. Türkiyə olaraq, bunu uyğun görmürük. Tərəfləri sülhə çağırır, bərabər şəkildə məsələləri ortaq konstitusiya çərçivəsində çıxarılmasına və bütün qrupların orada təmsil olunmasını istəyən tərəfik".

Ş.Ayrım vurğulayıb ki, Türkiyənin oraya silahlı müdaxiləsi ola bilməz:

"Bizim üçün bu gün əhəmiyyətli olan öz sərhədlərimizin təhlükəsizliyidir. Suriyanın sahibi özləridir. Oradakı bütün qruplar bir araya gəlib birlik-bərabərlik qurmalıdırlar. Xaricdən müdaxilə olduğu üçün vəziyyət bu yerə gəlib çatıb. Biz səbrlə prosesləri gözləyirik. Əvvəldən bəri, təbii ki, Türkiyə mövcud quruluşu dəstəkləyir. Xarici işlər nazirmiz Suriyaya getdi. Prezidentimizin açıqlamaları, Əhməd Şaaranın Türkiyəyə gəlməsi bunu sübut edir. Türkiyə mövcud sistemin içərisində olmayan qrupların da bura daxil olmağını arzu edir".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:287
embedMənbə:https://modern.az
archiveBu xəbər 11 Mart 2025 17:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see383

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see255

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see249

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see246

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see245

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see245

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see242

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see239

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see238

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see238

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see230

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see223

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see220

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see220

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see219

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see219

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see218

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see218

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see217

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see213
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri