Icma.az
close
up
RU
VHP təmsilçiləri Türk Dünyası beynəlxalq ədəbi tədbirində FOTOLAR

VHP təmsilçiləri Türk Dünyası beynəlxalq ədəbi tədbirində FOTOLAR

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Noyabrın 1-dən 4-dək Türkiyənin Kayseri şəhərində Talas Bələdiyyəsi, Türk Ədəbiyyatı Vəqfi və TİKA-nın birgə təşkilatçılığı ilə möhtəşəm beynəlxalq ədəbi tədbir keçirilib.

Tədbir çərçivəsində 14 ölkədən 52 şair və yazar bir araya gələrək, dörd gün ərzində ədəbi görüşlərdə, şeir gecələrində, panellərdə və tarixi yerlərə təşkil olunan ekskursiyalarda iştirak ediblər.

Türk dünyasının bu mühüm ədəbi tədbirində Vətəndaş Həmrəyliyi Partiyasının Siyasi Şurasının üzvləri Aysel Xanlarqızı və Faiq Balabəyli də iştirak edib. Azərbaycanı həmçinin tanınmış ədiblər Fərid Hüseyn, Ofeliya Babayeva, Xuraman Muradova, Abuzər Bağırov və Pərvin Nurəliyeva təmsil ediblər.

Talas Bələdiyyəsinin başqanı, Türk Dünyası Bələdiyyələr Birliyinin İdarə Heyətinin üzvü Mustafa Yalçın tədbirə ev sahibliyi edib. Mustafa Yalçın bələdiyyə başqanı olmaqla yanaşı, ədəbiyyat və mədəniyyətə dərin marağı ilə də diqqət çəkib. O, Bəxtiyar Vahabzadə, Anar, Çingiz Aytmatov, Nəcib Fazil və Çingiz Dağcıya həsr olunan panellərin moderatoru kimi çıxış edib, müxtəlif ölkələrdən gələn qonaqlarla birgə ədəbi müzakirələrdə iştirak edib.

Tədbir zamanı məktəblərdə və kolleclərdə keçirilən görüşlərdə türk gəncliyi qonaqları böyük coşqu ilə qarşılayıb. Müxtəlif ədəbi gecələr, panel müzakirələri və mədəni ekskursiyalar iştirakçılarda unudulmaz təəssüratlar yaradıb.

Tədbirin yüksək səviyyədə təşkilinə görə iştirakçılar Talas Bələdiyyə başqanı Mustafa Yalçın, Türk Ədəbiyyatı Vəqfinin başqanı Sərhad Kabaklı və “Türk Ədəbiyyatı” jurnalının baş redaktoru, yazıçı İmdat Avşara təşəkkürlərini bildiriblər.

Ədəbi toplantı “Hər şey Türkçülük üçün!” şüarı ilə yekunlaşıb. İştirakçılar sonda “Tanrı Türkü qorusun!” sözləri ilə birliyə və ədəbi dostluğa sədaqətlərini ifadə ediblər.

"Cebheinfo.az" 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:179
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 04 Noyabr 2025 12:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see345

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see284

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see282

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see282

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see274

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see267

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see260

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see258

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see255

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see244

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see242

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see241

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see240

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see239

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see233

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see227

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see227

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see217

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see214

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri