Icma.az
close
up
RU
Menu

Dayanıqlı İnkişaf Məqsədləri və problemlər

Nazim Bəydəmirli səhətində problem yaranıb Ombudsmana MÜRACİƏT

Zəlzələ zamanı Boğazdakı aktivlik kameralara əks olunub

Uzunömürlülük genləri: Kimlərin 100 yaşına qədər yaşamaq şansı var?

ABŞ a qarşı sanksiya planı: Avropa geri çəkilmir

Bu vəzifə ondan MDB üzvlərinə münasibətdə balansı pozmamağı diktə edir

Ağadadaş Salyanski “Neftçi”dən ayrılır yeni komandası bəlli oldu!

Astara Rəşt yolunun maliyyələşdirilməsində kiçik problemlər var XİN RƏSMİSİ

BDU da “Liderlik nədir? yeni nəsil yanaşma” mövzusunda tədbir keçirilib

Avstraliyada helikopterlərdən açılan atəşlə 700 dən çox koala məhv edildi

Reşford Çempionlar Liqasında çıxış edən komandada oynamaq istəyir Aston Villa qərarsızdır

Bakıda “Almatı prosesi”nin III Nazirlər Konfransı keçirilir YENİLƏNİB

Minsk dəmir yolu vağzalında robot aptek quraşdırılıb...

Varis planı: DİN rəhbəri niyə istefaya göndərilib?

Aqrar siyasət komitəsində ictimai dinləmə keçirilib

Starmer Ukraynada yayadək atəşkəsin əldə olunacağına ümid edir

Papanın ölümünün İstanbuldakı zəlzələ ilə nə əlaqəsi var? 10 şəhər hədəf göstərildi

Çinlə ticarət dövriyyəsinin həcmi 20,7 faiz artıb ANALİZ

Qədim Mesopotamiya mətbəxinin sirləri: 4 min illik yemək reseptlərinin şifrələri açıldı

Rusiyada Çeçenistandan olan kişilər tanış olmaqdan imtina edən qızlara hücum ediblər

Ədəbiyyatımızda Mir Cəlalın ədəbi dünyası

Ədəbiyyatımızda Mir Cəlalın ədəbi dünyası

Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

XX əsr Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayev həm də yüksək insani keyfiyyətləri ilə nurlu şəxsiyyətlərdən biri kimi xalqımızın yaddaşında özünə əbədiyaşarlıq qazanıb. Azərbaycan ədəbiyyatında hekayə ustası, sanballı romanlar, povestlər müəllifi kimi tanınan Mir Cəlal Paşayev əli qələm tutan gündən ömrünün sonuna qədər həm bədii ədəbiyyat, həm də ədəbiyyatşünaslıq sahəsində eyni həvəs və coşqunluqla, yorğunluq bilmədən çalışmış, zəngin irsin müəllifinə çevrilmişdir. Mir Cəlal həm gözəl hekayə ustası, sanballı romanlar, povestlər müəllifi kimi tanınır, həm ədəbiyyatımızın yaradıcılarından biri, həm də gözəl ədəbiyyatşünas alim kimi qiymətləndirilir. Onun yaradıcılığında Azərbaycan xalqının tarixinin böyük bir zaman kəsiyi öz əksini tapıb. Böyük yazıçı öz əsərlərində təkcə tariximizi deyil, eyni zamanda, mədəniyyətimizi də nümayiş etdirmişdir. Yazıçının yaradıcılıq yolunu işıqlandıran akademik Nərgiz Paşayeva yazır: "Təxminən əlli illik bədii yaradıcılığında Mir Cəlal öz oxucuları ilə həmişə səmimi və obyektiv söhbət aparmışdır: həyat materialını hər cür "kosmetik ədəbiyyatlardan" uzaq, bütün həqiqətləri ilə, gözəllik və faciələri ilə, gülməli və ağlamalı tərəfləri ilə canlandırmağı bacarmışdır".

Mir Cəlal Paşayev öz sadə, təvazökar həyatı ilə bir ziyalı olduğunu sübut etmişdir. Mir Cəlal Əli oğlu Paşayev 1908-ci il aprelin 26-da Cənubi Azərbaycanın Əndəbil kəndində yoxsul kəndli ailəsində dünyaya göz açıb. Kiçik yaşlarında atası Gəncəyə köçdüyündən uşaqlığını burada keçirib. Mir Cəlal 10 yaşında olanda atası vəfat edib və o, böyük qardaşının himayəsində yaşayıb. Gəncə şəhərində ibtidai təhsilini almış, uşaqlıq və gənclik illərini bu şəhərdə keçirmişdir. 1924-1928-ci illərdə Gəncə Darülmüəllimində oxumuş, oranı bitirdikdən sonra Gədəbəy 7 illik məktəbinə müəllim göndərilmişdir. 1929-1930-cu illərdə 1 saylı Gəncə şəhər məktəbində direktor vəzifəsində çalışmışdır. 1930-1931-ci illərdə Kazan Pedaqoji İnstitutunun dil-ədəbiyyat fakültəsində oxumuş, 1932-ci ildə Bakıya qayıdaraq Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitunun aspiranturasında təhsilini davam etdirmiş, 1933-cü ildə SSRİ EA Zaqafqaziya filialının Azərbaycan şöbəsinin ictimai elmlər bölməsinə elmi işçi vəzifəsinə götürülmüşdür. 1936-1941-ci illərdə Pedaqoji İnstitutda və Dövlət Universitetində müəllimlik etmişdir. Mir Cəlal 1940-cı ildə "Füzulinin poetik xüsusiyyətləri" adlı əsərinə görə filologiya elmləri namizədi, 1947-ci ildə "Azərbaycanda ədəbi məktəblər" əsərinə görə filologiya elmləri doktoru, alimlik dərəcəsi almışdir.

"BİR GƏNCİN MANİFESTİ" MİR CƏLAL YARADICILIĞININ BÜTÜN GÖZƏL KEYFİYYƏTLƏRİNİN VƏHDƏTİDİR"

Görkəmli nasir Mir Cəlal yaradıcılığının mövzu rəngarəngliyi, üslub xüsusiyyətləri, bütünlükdə orijinallığı ilə Azərbaycan yazıçıları içərisində özünəməxsus yer tutur. Mir Cəlal ədəbiyyatımızda müxtəlif problemlərini işıqlandıran onlarla dəyərli tədqiqat əsərinin müəllifi kimi tanınmışdır. Səməd Vurğun, Süleyman Rəhimov, Mehdi Hüseyn kimi görkəmli söz ustadları ilə bir dövrdə yaşayan Mir Cəlal Azərbaycan ədəbiyyatına yeni nəfəs gətirib. Mir Cəlal bədii yaradıcılığa 1928-ci ildən başlamışdır. İlk hekayə və oçerkləri 1930-cu ildə çap olunmuşdur. İlk hekayə və oçerkləri "Qızıl Gəncə", "Ədəbiyyat cəbhəsində", "Hücum" jurnallarında və "Gənc işçi" qəzetində dərc olunmuşdur. Dövrün ruhuna uyğun olaraq "Sağlam yollarda" adlandırdığı ilk oçerklər kitabı 1932-ci ildə çap olunmuşdur. O, ədəbiyyat tarixinə, tənqid və ədəbiyyatşünaslığa dair bir sıra qiymətli əsərin müəllifidir. Mir Cəlal diqqətəlayiq romanlar müəllifi kimi də tanınmışdır. "Dirilən adam" və "Bir gəncin manifesti" romanları yazıçının dəyərli əsərlərindəndir. Yazıçının ilk irihəcmli əsəri – "Dirilən adam" romanı 1935-ci ildə ayrıca kitab kimi nəşr olunub. Akademik Məmməd Arif bu əsər haqqında yazıb: "Mir Cəlal "Dirilən adam"la diqqətli bir realist yazıçı olduğunu göstərmişdir".

"Bir gəncin manifesti" Mir Cəlal yaradıcılığının bütün gözəl keyfiyyətlərinin vəhdətidir", - deyən xalq şairi Bəxtiyar Vahabzadə bunu nəinki Mir Cəlalın, Azərbaycan nəsrinin ən gözəl nümunələrindən biri kimi qiymətləndirirdi. Sonralar Mir Cəlal Azərbaycan həyatının aktual problemlərinə həsr olumuş "Açıq kitab", "Təzə şəhər", "Yolumuz hayanadır?" kimi romanlarını yazır. Gözəl roman ustadı kimi tanınan Mir Cəlal haqqında tanınmış ədəbiyyatşünas Jak Rıkaçev belə yazırdı: "Mir Cəlal sənətkardır, yaradıcıdır. Onun romanının hər bir sözü öz avtobioqrafiyasının bir hissəsi kimi görünür, canlı və səmimi həyəcanı dərhal oxucuya təsir edir..."

HƏYAT, İŞIQ VƏ DƏRİN TƏFƏKKÜR

Bədii ədəbiyyatın müxtəlif janrlarına müraciət edən Mir Cəlal yaradıcılığında kiçik hekayələr xüsusi yer tutur. Akademik Nərgiz Paşayeva yazılarında vurğulayır ki, Mir Cəlalın hekayələrində yazıçı, müəllim və alim birləşir. O, müəllim olmaqla yanaşı hekayənin nəzəriyyəsini də, praktikasını da bilirdi. Mir Cəlalın hekayələrində özündən əvvəlki realizm, lirizm ənənələri və bizim maarifçi ədəbiyyatın didaktikası birləşib. 1940-cı ildə Mir Cəlalın hekayələrinin rus dilinə Əziz Şərif tərəfindən tərcümə olunması gözəl bir təşəbbüs kimi qiymətləndirilməlidir. Ədibin istedadlı gənclərə olan məhəbbətini, analıq şərəfini və uşaqlara qayğı məsələsini ürəklə tərənnüm etdiyi "Bostan oğrusu", "Yanlış barmaqlar", "Mərkəz adamı" kimi hekayələr tərbiyəvi əhəmiyyətli olduğu üçün yüksək qiymətləndirilmişdir. O, "Pərzad", "Qaymaq", "Dost görüşü", "Qonaqpərəst" kimi hekayələrində Azərbaycan xalq adət və ənənələri ilə bağlı motivlərə xüsusi diqqət yetirib, hekayələrin həyat və məişətlə üzvi əlaqəsindən bəhs edir. İkinci Dünya müharibəsinə, ölkənin müdafiəsinə həsr olunan hekayələr mövzu orjinallığı, mübarizə pafosu və üslubuna görə Mir Cəlalın yaradıcılığında xüsusi mərhələdir. İkinci Dünya müharibəsi dövründə "hər şey cəbhə üçün, hər şey qələbə üçün!" şüarı ədəbiyyatın da istiqamətini, yaradıcılıq pafosunu və inkişaf yolunu müəyyənləşdirən xarakterik əlamət oldu. Onun bütün əsərləri gözəldir, oçerklərindən monoqrafiyalarına, hekayələrindən romanlarına qədər hər bir əsərində həyat, işıq, dərin təfəkkür, mənalı-məzmunlu, təsirli dil-təhkiyə vardır.

Müharibə illəri Mir Cəlalın ədəbi-elmi fəaliyyətində yeni səhifələr açır. Müharibənin əvvəllərində Uzaq Şərqdəki ordu hissələrinə gedən, habelə döyüşən ordunun həyatı ilə yaxından tanış olan ədib çoxlu oçerk, hekayə və publisist yazıları ilə nəzəri cəlb edir. Mir Cəlal "Yollar", "Axşam səfəri", "Atlı", "Snayper" hekayələrinin mövzusunu bilavasitə cəbhə həyatından, müharibə səhnələrindən götürmüş və səciyyəvi fəaliyyət prosesində açılan döyüşçü surəti yaratmağa çalışmışdır. Ölkənin müdafiəsinə həsr olunan hekayələr mövzu orijinallığı, mübarizə pafosu və üslubuna görə Mir Cəlalın yaradıcılığında xüsusi mərhələdir. Səməd Vurğun Onun əsərlərinin təsir gücündən yazarkən belə qeyd edir: "Aldığımız cəbhə məktubunda bir döyüşçü yazır ki, "Vətən yaraları" hekayəsini oxuduqdan sonra mən düşmənə qarşı daha kinli və amansız oldum".

Azərbaycan ədəbiyyatına böyük töhfələr vermiş yazıçının "Bir gəncin manifesti" Azərbaycan gəncinin manifestidir. Görkəmli yazıçı öz əsərləri ilə gənclərə Vətənə, xalqa məhəbbət hissi aşılamış, onlara xalqın sevincinə sevinməyi, kədərinə kədərlənməyi öyrətmişdir.

BƏŞƏRİLİYƏ HEYRANLIQ

Ədəbi fikrimizin tarixinə Mir Cəlal, həmçinin, görkəmli tənqidçi-ədəbiyyatşünas kimi də daxil olmuşdur. O, Azərbaycan ədəbiyyatının 1975-ci illərədək keçdiyi yola, sənətkarlıq, realizm və xəlqilik axtarışlarına, ədəbi prosesin mənzərəsinə, janrların vəziyyət və imkanlarına dair məzmunlu çıxışlar edir, məqalələr yazır, tədqiqat işləri aparırdı.

Mir Cəlal sadəcə bir ədib-müəllim deyildir, O, alimdir, ədəbiyyatşünasdır, elmi kadrlar yetişdirmək də onun çoxcəhətli fəaliyyətinə daxildir. Müasir dövrümüzdə Azərbaycan nəsrinin görkəmli nümayəndəsi, Azərbaycanın əməkdar elm xadimi, yazıçı-alim Mir Cəlal Paşayevin ədəbi və ictimai fəaliyyəti, yaradıcılıq xüsusiyyətləri, əsərlərinin yaranma tarixi öyrənilir, Onun irsi gənc nəslə çatdırılır. Təsadüfi deyildir ki, bu gün təkcə Azərbaycanda deyil, Onun sərhədlərindən kənarda da görkəmli ədibin həyat və yaradıcılığı geniş şəkildə öyrənilir və əsərləri müxtəlif dillərdə nəşr edilərək maraqla oxunur.

Azərbaycan Respublikası Prezidentinin "UNESCO-nun 2008-2009-cu illərdə görkəmli şəxsiyyətlərin və əlamətdar hadisələrin qeyd edilməsi proqramına Azərbaycanla bağlı daxil olmuş yubileylərin keçirilməsi haqqında" 2008-ci il 31 yanvar tarixli Sərəncamına əsasən, yazıçı Mir Cəlal Paşayevin yubiley mərasimi təntənə ilə qeyd edilmişdir. Parisdə, UNESCO-nun iqamətgahında XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, alim, pedaqoq Mir Cəlal Paşayevin 100 illiyinə həsr olunmuş mərasim keçirilmişdir.

Mir Cəlal Paşayevin 100 illiyinin UNESCO səviyyəsində qeyd edilməsi, ilk növbədə, Azərbaycan elminə, mədəniyyətinə və ədəbiyyatına dünya miqyasında verilən dəyərin təzahürüdür. İllər ötdükcə Mir Cəlal Paşayevin təkcə elmi irsi tədqiq edilmir, Onun həm də xeyirxahlığı, böyük və əlçatmaz müəllimliyi, bəşəriliyi heyranlıqla qarşılanır və sevilə-sevilə qəlblərdə özünə ucalıq abidəsi qurur. Ədibin bu zirvədəki yeri daim qalacaq və Onun mərhəmət sevgisi dünya durduqca yaşayacaqdır.

Azərbaycan xalqının bəşər tarixinə bəxş etdiyi böyük ziyalı, yazıçı, pedaqoq Mir Cəlal Paşayev həm yazıçı, həm müəllim, həm də alim kimi adını tarixə əbədi həkk edən insanlardandır.

Şəxsiyyətinin və yaratdıqlarının böyüklüyünə baxmayaraq sadə və səmimi, böyük ürəyə sahib bir insan olan Mir Cəlal Paşayev ürəklərdə yaşayır.

Zümrüd BAYRAMOVA

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:57
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 25 Aprel 2025 13:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dayanıqlı İnkişaf Məqsədləri və problemlər

23 Aprel 2025 23:30see152

Nazim Bəydəmirli səhətində problem yaranıb Ombudsmana MÜRACİƏT

24 Aprel 2025 15:01see149

Zəlzələ zamanı Boğazdakı aktivlik kameralara əks olunub

23 Aprel 2025 23:53see149

Uzunömürlülük genləri: Kimlərin 100 yaşına qədər yaşamaq şansı var?

24 Aprel 2025 05:19see140

ABŞ a qarşı sanksiya planı: Avropa geri çəkilmir

23 Aprel 2025 22:22see136

Bu vəzifə ondan MDB üzvlərinə münasibətdə balansı pozmamağı diktə edir

23 Aprel 2025 20:43see130

Ağadadaş Salyanski “Neftçi”dən ayrılır yeni komandası bəlli oldu!

24 Aprel 2025 01:04see127

Astara Rəşt yolunun maliyyələşdirilməsində kiçik problemlər var XİN RƏSMİSİ

24 Aprel 2025 11:19see127

BDU da “Liderlik nədir? yeni nəsil yanaşma” mövzusunda tədbir keçirilib

24 Aprel 2025 18:14see127

Avstraliyada helikopterlərdən açılan atəşlə 700 dən çox koala məhv edildi

23 Aprel 2025 21:45see126

Reşford Çempionlar Liqasında çıxış edən komandada oynamaq istəyir Aston Villa qərarsızdır

23 Aprel 2025 23:49see125

Bakıda “Almatı prosesi”nin III Nazirlər Konfransı keçirilir YENİLƏNİB

24 Aprel 2025 14:57see123

Minsk dəmir yolu vağzalında robot aptek quraşdırılıb...

23 Aprel 2025 21:55see121

Varis planı: DİN rəhbəri niyə istefaya göndərilib?

24 Aprel 2025 11:16see120

Aqrar siyasət komitəsində ictimai dinləmə keçirilib

23 Aprel 2025 20:23see118

Starmer Ukraynada yayadək atəşkəsin əldə olunacağına ümid edir

25 Aprel 2025 05:57see117

Papanın ölümünün İstanbuldakı zəlzələ ilə nə əlaqəsi var? 10 şəhər hədəf göstərildi

24 Aprel 2025 03:03see115

Çinlə ticarət dövriyyəsinin həcmi 20,7 faiz artıb ANALİZ

24 Aprel 2025 06:33see111

Qədim Mesopotamiya mətbəxinin sirləri: 4 min illik yemək reseptlərinin şifrələri açıldı

24 Aprel 2025 08:21see110

Rusiyada Çeçenistandan olan kişilər tanış olmaqdan imtina edən qızlara hücum ediblər

24 Aprel 2025 18:14see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri