Viçko Şeveldən mesaj: “Biz “Neftçi”yik və bunu göstərməliyik”
sport24.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Bu komandada olduğum üçün böyük qürur hissi duyuram". Sport24.az xəbər verir ki, bu sözləri "Neftçi"nin futbolçusu Viçko Şevel deyib.
26 yaşlı dayaq yarımmüdafiəçisi Misli Premyer Liqasının VI turunda səfərdə "Qəbələ"yə 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra fikirlərini bölüşüb.
"Neftçi"nin çempionatdakı 1000-ci oyununa start heyətində başlamağın şərəf olduğunu deyən Şevel əlamətdar gündə qazanılan qələbədən məmnunluğunu ifadə edib:
"Bu, "Neftçi"nin çempionatdakı 1000-ci oyunudur və belə bir qarşılaşmaya start heyətində başlamaq mənim üçün şərəfdir. Belə möhtərəm gündə səfərdə qələbə qazandığımız üçün çox sevinirəm".
Oyunçu "Qəbələ" ilə görüşdə etdiyi məhsuldar ötürmədən də danışıb:
"Müxtəlif mövqelərdə oynaya bilərəm. Bu gün sırf dayaq yarımmüdafiəçisi kimi çıxış etdim. Əsas məsələ mənim məhsuldar ötürmə verməyim deyil, "Neftçi"nin qələbə qazanmasıdır".
Şevel növbəti matçlarda "Sabah", "Qarabağ" və "Turan Tovuz"la qarşılaşmalarla bağlı gözləntilərini də bölüşüb:
"Bizi ağır qrafik gözləyir. Buna baxmayaraq, biz "Neftçi"yik və bunu göstərməliyik. Öz üzərimizdə işləyərək bu matçlara hazırlaşacağıq. Oyundan-oyuna qələbələr qazanmağa çalışacağıq. Qarşıda üç həftəlik fasiləmiz olacaq. Bundan da düzgün yararlanmağa çalışacağıq".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 19 Sentyabr 2026 10:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















