Vidadi Rzayev: Aşağı yaş qruplarının demək olar ki, hamısı 5 top fərqi ilə uduzurlar
sport24.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Millimiz Ukrayna ilə oyunda xoş təəssürat bağışladı". Bu sözləri Sport24.az-a açıqlamasında Vidadi Rzayev deyib.
Azərbaycan milli komandasının keçmiş futbolçusu yığmanın DÇ-2026-nın seçmə mərhələsində Ukraynaya uduzduğu oyunla bağlı fikirlərini bölüşüb:
"Yığmada döyüşkənlik çatmırdı ki, məğlub olsaq da, Ayxan Abbasov bunu qaytara bilib. Bəzi futbolçularların yaşı çoxdur. Nəsil dəyişilməlidi. Aşağı yaş millilərimiz əfsuslar olsun ki, məglub olurlar. Onlar gələcəkdə A komandanın oyunçuları olmalıdırlar. Gələcəyə baxmaqdansa, geriyə boylanmaq lazımdır. Premyer Liqada sayı 12-yə çatdırdılar. Amma əvəzində legioner limitini aradan qaldırdılar. Bunun bizə heç bir faydası olmayacaq. Futbolçu çatışmazlığı var. Aşağı yaş qruplarının demək olar ki, hamısı 5 top fərqi ilə uduzurlar. Gələcəkdə kim oynayacaq? Bu suala cavab verən yoxdur. Mən həmişə yığmada yerli mütəxəssisin çalışmasının tərəfdarı olmuşam. Ayxan Abbasovun işlədiyi qısa müddətdə işinə qiymət vermək tezdir. O, qısa müddətdə komandaya yalnız döyüşkən ruhu qaytara bilib. Amma ümumilikdə yaxşıya doğru heç nə görünmür".
Qeyd edək ki, Azərbaycan millis dünən Polşanın Krakov şəhərində keçirilən görüşdə Ukraynaya 1:2 hesabı ilə məğlub olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 14 Oktyabr 2025 14:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















