Icma.az
close
up
RU
Vidadi Rzayev: “Uduzan milliyə mükafat verərlər?!”

Vidadi Rzayev: “Uduzan milliyə mükafat verərlər?!”

Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan Kubokunda yarımfinal mərhələsinin ilk oyunları keçirildi.

“Araz-Naxçıvan” evdə “Qarabağ”ı 1:0, “Sabah” isə səfərdə “Neftçi”ni 2:1 hesabla məğlub etdi.

Təcrübəli mütəxəssis Vidadi Rzayev “FutbolPress”ə açıqlama verərək, komandaların finala yüksəlmə şanslarını dəyərləndirdi:

“Minimal hesablı nəticələr qeydə alındı. Hər 4 komandanın finala yüksəlmək şansı eynidir. Bir balaca “Sabah”la “Qarabağ”ı üstün görürəm. Amma kubok oyunları fərqli olur. Hər şey mümkündür. Çünki rəqib meydança amili də yoxdur. Doğrudur, “Araz-Naxçıvan” bu mövsümün sürpriz komandasıdır. Lakin “Qarabağ”ın da asanlıqla bu mərhələdə dayanacağını gözləmirəm. Fikrimcə, Ağdam təmsilçisi bu mövsüm də həm ölkə çempionu, həm də ölkə kubokunun qalibi olmaqla, dubl edəcək”.

Veteran futbolçu həmçinin “Neftçi” – “Sabah” matçındakı hakim qərarları və ümumən çempionatdakı hakim idarəçiliyi haqda fikirlərini belə şərh etdi:

“Hesab edirəm ki, Coy-Lens Mikelsin epizoduna penalti vermək olardı. Ancaq “Neftçi”nin lehinə verilən penaltini isə verməmək olardı. İndi hakimlik etmək çox asandır. VAR belə mübahisəli epizodlara görə var. Səhv qərar verilə bilər. Amma müasir futbolda VAR-a baxın bu səhv düzəldilməlidir. Bizimkilər isə çox səhvlərə yol verirlər. Həmin səhvlər də oyunun gedişatına təsir edir. Belə nöqsanlar olacaqdısa, Frank de Blekeri niyə gətirirdilər? Elə o qədər yerli, təcrübəli hakimlərimiz var idi də. Demirəm Hakimlər Komitəsinin sədri yerli olsa səhvlər olmayacaq. Fəqət bu qədər səhvlər olduğuna görə, əcnəbi birinə həmin vəzifənin tapşırılması absurddur. Artıq bütün məşqçilər hakimlikdən gileylənir. De Bleker isə hər dəfə çıxıb hakimləri müdafiə edir. Onda belə çıxır ki, bütün məşqçilər dəlidir, başları işləmir və bir ağıllı De Blekerdir. Hər şey göz qabağındadır. Hakimlərin verdikləri qərarlarla, komandanın, məşqçinin taleyi həll olur. Hələ də eşitmədim ki, hansısa hakim səhv qərarlarına görə cəzalandırılsın.

Azərbaycan millisinin sabiq üzvünün yığma komandanın reytinq cədvəlində 2 pillə geriləyərək 119-cu sırada qərarlaşmasına münasibəti belə oldu:

“Doğrusu, legioner limitinin ləğv edilməsinin əleyhinə idim. Madam ki, limiti götürdülər, qoy, o zaman I liqamız inkişaf etsin. Ən azından Türkiyənin I liqası səviyyəsinə çatdırılsın. Yerli futbolçularımıza da bölgə klublarında şərait yaradılmalıdır. Maşallah, maliyyə yoxdur deyə-deyə “Şamaxı” “Kəpəz” kimi klublar az qala 14-15 legioner gətiriblər. Cəmi “Qarabağ”da 3-4 daimi şəkildə çıxış edən yerli oyunçularımız var. İndi sizə sual verim. Sizcə, belə gedişlə 2028-ci ildə keçiriləcək dünya çempionatının final mərhələsinə vəsiqə qazana biləcəyik?! Əlbəttə ki, arzulayırıq, bunu istəyirik. Amma reallığa baxdıqda, qəti inandırıcı görünmür. Geriləyə-geriləyə də gedirik. Biz də istəyirik köhnə futbolçu kimi millimizə baxaq və qürurlanaq. Bizim vaxtımızda heç düz-əməlli təlim-məşq toplanışı olmurdu. Təkcə, ona sevinirəm ki, bizim vaxtımızda qara oyunlar yox idi. Halal maaşımızı, mükafatımız alırdıq. Hətta bizim dövrdə bir ara reytinq cədvəlində 97 ya da 98-ci yerlərə gəlib çıxmışdıq. Gedib 14 gün təlim-məşq toplanışında qalırdıq, günümüzə 50 dollar pul verirdilər. Ona da əla, sağ olun deyirdik. Bu millinin DÇ-2028-in final mərhələsinə gedəcəyinə inanmıram. U-15, U-16, U-17, U-18, U-19, U-20 və U-21 hər il uduza-uduza gəlir. Aşağı yaşlara diqqət ayrılmalıdır. Ona görə də heç vaxt əcnəbi məşqçinin tərəfdarı olmamışam. Əvvəllər futbolumuz bu qədər pis vəziyyətdə deyildi. Biz Əsgər Abdullayev, Novruz Əzimov, İsgəndər Həmidov, İqor Ponomaryov, Maşallah Əhmədov, Yunis Hüseynov kimi futbolçulardan öyrənə-öyrənə gəlmişdik. Bizdən sonra da Zaur Tağızadə, Elçin Rəhmanov, Nadir Nəbiyev və başqaları öyrəndilər. Onlardan da kimlərsə, nəsə öyrəndi. Lakin arada bu ənənə qırıldı. Sonra da futbolçu axını gəlmədi. Ona görə də əldə futbolçu olmayandan sonra Santuşu gətirmək mənasız idi. Elə bizim təcrübəli məşqçilərimiz var. Ən azından Santuşdan yaxşı oynadardılar. Santuş müsahibəsində deyir ki, Azərbaycan Portuqaliya deyil. Onsuz da bunu hamı bilir. Elə səni də ona görə gətiriblər ki, ən azından Portuqaliyaya yaxınlaşdırasan millini. Ona verilən milyonları uşaq futboluna xərcləsələr, gələcəkdə bəhrəsini də görərlər. İndiki AFFA rəhbərliyi cəmi 1 ildi fəaliyyət göstərir. Bundan əvvəlki rəhbərlik 16 il işlədi və futbolumuzun fundamentini də məhv etdi. Uduzan komandaya mükafat verərlər?! Rusiya ilə heç-heçə etdilər və haranısa da 1:0 uddular deyə futbolçuların hərəsinə 150-200 min pul verdilər. Demirəm almasınlar. Mən də o tərli formadan çıxmışam. Türkiyə millisi dünya çempionatının final mərhələsinə çıxır, hərəsinə 200 min pul verirlər. Bunlar isə 2 oyuna o qədər pul verirlər. Belə olanda kimsə dəlidir ki, ölkədən kənarda gedib oynasın? Oturub gül kimi burada qazanır da. Getdilər Kiprə uduzdular hərəsinə 7-8 min dollar pul verdilər ki, yaxşı oynadız. Elə şey olur? Hələ o vaxtı yanımda veteran futbolçulardan biri dedi ki, qayıdıram milliyə, onsuz məğlubiyyətə də mükafat var. Futbolun inkişafına aid dövlət proqramı tutuldu, ölkə futboluna pullar ayrıldı, amma köhnə rəhbərlik hamısını səpələdi. 2005-2015-ci illər ərzində hər il 25 milyon futbola pul ayrıldı. Hara getdi o vəsait? Heç kim buna görə haqq-hesab tələb etmir… Yəqin ki, bizim də futbolumuz nə vaxtsa düzələcək”.

Mirkamal Kazım

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:269
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 04 Aprel 2025 20:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri