Icma.az
close
up
RU
Vidadi Rzayev: “Bu rəhbərliklə Kəpəz iddialı ola bilməz”

Vidadi Rzayev: “Bu rəhbərliklə Kəpəz iddialı ola bilməz”

sport24.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Veteran futbolçu Vidadi Rzayev Sport24.az-a müsahibə verib.
- "Kəpəz"in "Karvan-Yevlax"a 1:4 hesablı məğlubiyyətini necə şərh edərdiniz?
- İllərdir futbolun içində olsam da, mən bu çempionatdan baş aça bilmirəm. "Qarabağ" "Kəpəz"ə məğlub olur, "Karvan-Yevlax"a 7 top vurur. Sonra da "Kəpəz" həmin "Karvan-Yevlax"a uduzur. Qarışıq mövsüm keçir, baş açmaq olmur.
- Mövsümün sonunda "Kəpəz" rəhbərliyinin baş məqşçi ilə vidalaşacağı deyilir. Sizcə, Azər Bağırov qalmalı və ya getməlidir? 
- Azər Bağırov yəqin ki, komandanı Premyer Liqada saxlaya biləcək. Çünki Birinci Liqa və elita klubları arasında böyük uçurum var. "Kəpəz" pley-off oynasa belə, elitada qalacaq. Bağırov ötən mövsümün sonunda bu rəhbərlik ilə razılığa gəlmədi komandadan getdi. Adil Şükürov gəlib heyət yeni heyət yığdı, işinin öhdəsindən gələ bilmədi, getdi. Bundan sonra Azər qayıdıb Adilin yığdığı komanda ilə davam edir. Olmazdı ki, ortaq məxrəcə gəlib davam edərdi?
- Bu gedişlə deyəsən, "Kəpəz"i yaxın illərdə iddialılar arasında görə bilməyəcəyik... 
- Yəqin ki, yox. Ssenari davam edir. Rəhbərliyin işə belə yanaşması ilə iddialı komanda qurmaq qeyri-mümkümdür. 
- Sözlərinizdən belə çıxır ki, gəncəlilər növbəti mövsümdə də elitada qalmaq uğrunda mübarizə aparan komanda görəcəklər...
- Görünən odur ki, məhz belə də olacaq. Ümumi çempionatın gedişatına nəzər salsaq, "Sumqayıt" mövsümə əla başlamışdı. Deyirdik komanda turnir cədvəlində yüksək yer tutacaq. Komanda görün neçə oyundur qalib gələ bilmir.
- "Kəpəz"in əvvəlki əzəmətini qaytarması üçün həll yolunu nədə görürsünüz?
- Təmiz işləmək lazımdır. Gəncədə uşaq futboluna diqqət ayırmaq lazımdır. İşini yaxşı görən futbol adamları var. Futbolda gedən prossesləri gözəl bilirsiz. Pulu necə, hara gəldi dağıdırlar. Nümunə kimi "Kəpəz"i göstərərəm. 12 legioner götürdülər, Azər Bağırov gələn kimi bir neçəsini göndərdi. Yenidən yerli futboluçular yığdı. 12 legionerə nə ehtiyac var idi? Bunun bir səbəbi var, maliyyəni tez-bazar dağıdaq gedək. Futbolu sevən, bunu bacaran insanlar isə işsiz qalıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:159
embedMənbə:https://sport24.az
archiveBu xəbər 14 Aprel 2026 13:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see345

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see284

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see282

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see282

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see274

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see267

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see260

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see258

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see255

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see244

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see242

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see241

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see240

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see239

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see233

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see227

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see227

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see217

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see214

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri