Icma.az
close
up
RU
Vidadi Rzayev: “Kəpəz”in əsas problemi keçmiş rəhbərliyi olub”

Vidadi Rzayev: “Kəpəz”in əsas problemi keçmiş rəhbərliyi olub”

Icma.az, Idman.biz saytına istinadən bildirir.

“Adil Şükürov 2023-24 mövsümündə “Kəpəz”i Premyer Liqada saxlamağı bacardı. Amma hamı deyirdi ki, yaxşı məşqçi deyil”.

Bunu İdman.biz-ə Azərbaycan millisinin sabiq futbolçusu Vidadi Rzayev deyib.

O, Adil Şükürovun yenidən “Kəpəz”in “sükanı arxasına” keçməsinə münasibət bildirib. Rzayevin sözlərinə görə, komanda əsas problem məşqçilərdə deyil, rəhbərlikdədir: “Kəpəz” Premyer Liqaya vəsiqə qazandığı zaman komandanın baş məşqçisi Yaşar Vahabzadə idi. Həmin vaxt 1-2 futbolçu istisna, düzgün transfer siyasəti aparıldı. Daha sonra o, komandadan göndərildi və yerinə Tərlan Əhmədov gətirildi. Yekunda “Kəpəz” aşağı liqaya düşmədi. Ardınca komanda Azər Məmmədova həvalə edildi. Yeni transferlər olundu, o da klubdan ayrıldı. Sonra Adil Şükürov “Kəpəz”i Premyer Liqada saxladı və Gəncə təmsilçisi onunla yolunu ayırdı. Bu proses həmişə belə davam edir. Şükürovun daha əvvəl niyə uğurlu olmadığını isə keçmiş rəhbərlikdən soruşmaq lazımdır. Onlara sual verilməlidir ki, gəlirlər komandanı liqada saxlayırlar və göndərilirlər. Bir məşqçiyə 6-7 ay ərzində qiymət vermək olmaz. Deməli, rəhbərlikdə problem var. Son mövsümdə Azər Bağırov da komandanı liqada saxlasa da, getdi. Pis məşqçidir? Mən onun qalmasının tərəfdarı idim. Çünki əziyyət çəkmişdi. Hətta Tərlan Əhmədov da qalmalı idi. Lakin eyni ssenarini bütün məşqçilər üzərində oynayırlar. Hər kəs deyir ki, komandada İlqar Nadirinin (indiki “Kəpəz”in icraçı-direktoru – red.) böyük əziyyəti var. Onun nə əziyyəti var ki? Əziyyəti çəkən baş məşqçidir”.

Veteran futbolçu yeni çalışdırıcıya uğurlar arzulayıb. O bildirib ki, klubda işləyən məşqçilərin heç biri pis məşqçi olmayıb: “Adil Şükürovun uğurlu olub olmamasını isə zaman göstərəcək. Onu komandaya gətiriblərsə, yalnız uğurlar arzu edə bilərik. “Kəpəz”in əsas problemi keçmiş rəhbərliyi olub. Yerdəyişmə etdilər, lakin ssenari hələ də eynidir. Film əməliyyatı davam edir, hələ də kino çəkirlər”.

Qeyd edək ki, Adil Şükürov “Kəpəz”in yeni baş məşqçisi təyin olunub. 47 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb.

Mehri Qurban
İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:250
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 11 İyun 2025 14:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see405

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see351

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see347

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see317

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see307

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see307

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see293

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see276

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see274

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see256

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see246

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see244

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see243

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see242

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see232

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see221

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see216

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see202

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see185

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri