Icma.az
close
up
RU
Vidadi Rzayev: “Qarabağ” səviyyə baxımından Şkendiya dan çox üstündür

Vidadi Rzayev: “Qarabağ” səviyyə baxımından Şkendiya dan çox üstündür

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 6 avqust, AZƏRTAC

Oyun “Qarabağ”ın tam üstünlüyü ilə keçdi.

Bu sözləri AZƏRTAC-a açıqlamasında "Qarabağ"ın sabiq futbolçusu Vidadi Rzayev Azərbaycan çempionunun UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Şimali Makedoniyadan “Şkendiya” klubunu 1:0 hesabı ilə məğlub etdiyi ilk oyun barədə danışarkən deyib.

Mütəxəssis bildirib ki, Ağdam klubunun futbolçuları bir qədər dəqiq olsaydılar, daha böyük hesablı qələbə qeydə alına bilərdi: “Təəssüf ki, Nəriman Axundzadə əlinə düşən fürsətlərdən yararlana bilmədi. Hücum xəttində Juninyonun yeri görünür. O, həqiqətən də Ağdam klubunun “qol silahı” idi. Oyuna gəlincə, “Qarabağ” səviyyə baxımından "Şkendiya"dan çox üstündür. Düzdür, müəyyən səhvlər oldu. Lakin bunu qabartmaq lazım deyil. Bu rəqibi Bakıda da məğlub etmək olar”.

V. Rzayev sabiq komandasının Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanacağına inandığını söyləyib: "Qarabağ" ötən illə müqayisədə bu mövsüm daha güclüdür. Komandamız pley-off mərhələsində potensial rəqibləri olan "Ludoqorets" və "Ferensvaroş"u daha əvvəl məğlub edib. Düzdür, macarlar hər zaman bizim komandalara çətinlik yaradırlar. Lakin bu il "Qarabağ"ın Liqa mərhələsinə yüksələcəyinə çox inanıram".

Qeyd edək ki, komandalar arasında cavab oyunu avqustun 12-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 Avqust 2025 11:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see320

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see279

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see273

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see260

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see255

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see253

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see244

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see244

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see240

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see219

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see217

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see213

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see208

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see202

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see202

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see195

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see184

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri