Icma.az
close
up
RU
Arif Əsədov: “Qarabağ” təcrübəsi və oyun keyfiyyəti ilə “Şkendiya”dan üstündür

Arif Əsədov: “Qarabağ” təcrübəsi və oyun keyfiyyəti ilə “Şkendiya”dan üstündür

Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

“Qarabağ”ın “Şkendiya” qarşısında şanslarını yüksək qiymətləndirirəm".

İdman.biz xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında UEFA-nın Bakıda keçirilən məşqçi kurslarında təlimatçı kimi çalışan Arif Əsədov "Qarabağ"ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Şimali Makedoniyanın “Şkendiya” klubu ilə bu gün keçirəcəyi ilk oyun barədə danışarkən deyib.

Mütəxəssis bildirib ki, Ağdam təmsilçisi təcrübə, maliyyə və futbolçuların keyfiyyəti baxımından rəqibdən üstündür: “Sözsüz ki, Çempionlar Liqasında iştirak edən heç bir komanda zəif olmur. “Şkendiya” “Qarabağ”a meydan oxuyan Rumıniyanın FKSB klubuna qalib gəldi. Bu məqamı unutmamaq lazımdır. Görünən odur ki, möhkəm kollektivdir. Ona görə də bu rəqibə ciddi yanaşmaq lazımdır. Ancaq ümumi götürdükdə “Qarabağ” “Şkendiya”ya nisbətən daha komplektləşmiş və sabit komandadır. Ağdam klubu uzun illərdir avrokuboklarda iştirak edir, müxtəlif səviyyəli rəqiblərlə qarşılaşıb və ciddi təcrübə toplayıb. Bu amil hazırkı mərhələdə çox vacib rol oynaya bilər. Lakin təmsilçimiz üçün heç də asan olmayacaq. Çünki “Qarabağ” hələ ideal formasında deyil və bu da müəyyən çətinliklər yarada bilər. Amma bilirik ki, Qurban Qurbanovun komandası turnir ərzində oyundan-oyuna inkişaf edərək tempini artırır”.

O, “Qarabağ”ın növbəti mərhələdə qarşılaşacağı potensial rəqiblər barədə də fikirlərini bölüşüb: “Bu mərhələni keçsələr, pley-offda “Ludoqorets” (Bolqarıstan) – “Ferensvaroş” (Macarıstan) cütünün qalibi ilə üz-üzə gələcəklər. Öncədən nəsə demək çətindir. İlk növbədə Şimali Makedoniya klubunu üstələmək lazımdır. “Qarabağ” bu cür təzyiqlərə və rəqabətə öyrəşib. Artıq neçə illərdir avrokubokların qrupunda çıxış edirlər. Ona görə də rəqibin kimliyinin önəmi yoxdur. Azərbaycan çempionu avrokuboklarda potensial rəqiblərindən daha çox oyun keçirib və daha yaxşı nəticələrə imza atıb”.

Əsədovun sözlərinə görə, heyətə yeni qoşulan futbolçuların tez bir zamanda komandaya uyğunlaşması oyun keyfiyyətinə müsbət təsir göstərəcək: “Yeni transferlər komandanın gücünə güc qatmalıdırlar. Onların mümkün qədər tez uyğunlaşması çox önəmlidir. Çünki qarşıda daha çətin və məsuliyyətli matçlar var. Ümid edirik ki, təmsilçimiz öz oyununu daha da yaxşılaşdıracaq”.

Qeyd edək ki, Skopyedə yerləşən “Todor Proeski” stadionunda keçiriləcək “Şkendiya” - “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Komandalar arasında cavab qarşılaşması bir həftə sonra Bakıda olacaq.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:218
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 05 Avqust 2025 15:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri