Video çəkən gənc oğlan yerüstü keçiddən yola yıxıldı, ayaqları sındı VİDEO
Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Türkiyənin İstanbul şəhərində gənc oğlan yerüstü piyada keçidindən düşərək yola yıxılıb.
Avtosfer.az-ın məlumatına görə, hadisə martın 11-də səhər saatlarında qeydə alınıb. Videodan da göründüyü kimi, keçiddən asılı vəziyyətdə qalan İbrahim Koyuncu adlı piyada yuxarı qalxmağa cəhd etsə də asfalta düşüb. Təxminən 7 metr yüksəklikdən yerə yıxılan oğlan ayaqlarından xəsarət alıb. Ardınca o, özünü itirmədən hərəkətdə olan maşınları görərək dərhal yol kənarına çəkilib. Ayaqları sınan gənc xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, qəzaya düşən gənc ekstrim idman videoları çəkərək sosial şəbəkə hesabında paylaşır. Elə o, bu məqsədlə keçiddə video çəkmək istədiyini və bu zaman qəzaya düşdüyünü bildirib.
Gənc oğlan jurnalistlərə açıqlamasında törətdiyi əməldən peşman olmadığını qeyd edib.
Nərmin
Baxış sayı:69
Bu xəbər 12 Mart 2025 16:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















