Abşeronda gənc oğlan binadan yıxıldı VİDEO
Lent az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Abşeronda gənc oğlan binadan yıxılıb.
Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən xəbərə görə, hadisə Masazır qəsəbəsində qeydə alınıb.
“112” qaynar telefon xəttinə daxil olan məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, 25 yaşlı vətəndaşın yaşayış binasının dördüncü mərtəbəsində yerləşən mənzildən 2-ci mərtəbənin artırma hissəsinə yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri ilə köməksiz vəziyyətdə qaldığı müəyyən olunub.
Xilasedicilər xüsusi xilasetmə vasitələrinin köməyi ilə köməksiz vəziyyətdə qalmış vətəndaşı düşürərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 31 Oktyabr 2026 10:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















