Icma.az
close
up
RU
VIII Beynəlxalq İncəsənət Yaradıcılıq emalatxanası 2026 cı ildəki işini uğurla başa vurdu

VIII Beynəlxalq İncəsənət Yaradıcılıq emalatxanası 2026 cı ildəki işini uğurla başa vurdu

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Çorum Bələdiyyəsi tərəfindən 38-ci Beynəlxalq  Çorum Hitit Festivalı çərçivəsində bu il Turkiyədən ümumilikdə 34 sənətkar olmaqla yanasi bir cox fərqli olkələrdən: Azərbaycan, Bolqarıstan, Bosniya və Herseqovina, Özbəkistan, İran və digər ölkələrin sənətkarları da festivala qatılıb. Bir həftə ərzində Çorumun tarixi və təbii gözəlliklərini yerindəcə araşdıran sənətçilər təəssüratlarını kətanlarına köçürərək şəhərin mədəni və sənət yaddaşına qalıcı əsərlər qazandırıblar.

525.az xəbər verYaradıcılıq emalatxanasında ölkəmizi ləyaqətlə və yüksək peşəkarlıqla təmsil edən Azərbaycan rəssamları Turac Seyidbəyli və əslən Ərdəbildən olan musiqiçi-rəssam-heykəltaraş Vedud Muazzen milli sənətimizin zənginliyini və rəngarəngliyini beynəlxalq müstəvidə bir daha nümayiş etdiriblər. 

Onların kətan üzərinə köçürdükləri dərin məzmunlu əsərlər, milli boyalar və ecazkar fırça işləri həm yerli sakinlərin, həm də xarici qonaqların böyük marağına və heyranlığına səbəb olub. Azərbaycan rəssamlarının bu mötəbər tədbirdəki uğurlu iştirakı ölkəmizin mədəniyyət və incəsənət potensialını tanıdaraq, xalqlarımız arasında dostluq və qardaşlıq körpülərini daha da möhkəmləndirib. 

Çorumun mədəniyyət və incəsənət həyatına mühüm töhfələr verən, festivalın kuratoru,  dəyərli pedaqoq-rəssam Bünyamin Ağbal, əbru sənətinin ustadı Nilqün Ayşəcik Çevik tədbirin açılışındakı çıxışlarında qardaş Azərbaycandan yaradıcılıq emalatxanasına dəvət olunan rəssamlarımızın timsalında qardaşlığın sənətdə də biruzə verdiyini vurğulamışlar.

Eyni zamanda rəssam Turac Seyidbəyli və Vedud Muazzen çıxış nitqlərində Türkiyə və Azərbaycan qardaşlığının sənət və mədəniyyət müstəvisində əbədi və sarsılmaz olduğunu vurğulayaraq, ortaq mənəvi dəyərlərimizin hər zaman bir amal uğrunda birləşdiyini qeyd ediblər. 

Yaradıcılıq emalatxanasının sonunda meydana çıxan əsərlər Çorum Bələdiyyəsi İncəsənət Muzeyi və Qalereyasının inventarına daxil edilərək qeydiyyata alınmış və daimi olaraq sərgilənərək Çorumun mədəni irsinə qalıcı bir dəyər kimi gələcək nəsillərə ötürüləcəkdir.

Bu il yaradıcılıq emalatxanasının diqqət çəkən yeniliklərindən biri də Çorumlu sənətkarların ikinci dəfə beynəlxalq dəvətli sənətkarlarla birlikdə tədbirə qatılması olub.

Yaradıcılıq emalatxanası müddətində sənətçilər yaradıcılıq işlərini vətəndaşların ziyarətinə açıq şəkildə davam etdiriblər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://525.az
archiveBu xəbər 31 İyul 2026 19:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see346

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see304

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see297

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see287

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see271

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see265

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see265

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see253

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see246

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see242

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see242

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see235

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see233

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see229

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see223

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see223

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see217

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see215

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see209

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri