“Şuşa Yaradıcılıq Emalatxanası” çərçivəsində iştirakçılara təlim keçirilib
Icma.az xəbər verir, Report.az saytına əsaslanaraq.
İslam ölkələrinin "Gənclər Paytaxtı" olan Şuşa şəhərində "Şuşa Yaradıcılıq Emalatxanası" çərçivəsində iştirakçılara təlim keçirilib.
"Report"un Şuşaya ezam olunmuş əməkdaşının xəbərinə görə, təlimin keçirilməsində məqsəd Azərbaycanın milli geyim əlavəsi çarığın tikilmə qaydasını iştirakçılara öyrətməkdir.
Təlimçi İbrahim Eyyublu fərqli ölkələrdən 14 iştirakçıya çarığın hazırlanmasına dair təlim keçib.
Təlimdə Qarabağ Universitetinin və Bakı Musiqi Akademiyasının tələbələri eləcə də Özbəkistan, İran, Türkiyə, Əfqanıstan və Mərakeşdən olan könüllülər iştirak edib.
Dekorativ əl işləri hazır olduqdan sonra iştirakçılara hədiyyə olaraq verilib.
Qeyd edək ki, "Gənclər paytaxtı"nın bağlanış mərasimləri dekabrın 4-də başa çatır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 04 Dekabr 2024 12:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















