“Vikipediya” Rusiyada bloklana bilər
Azpost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Vikipediya” məqalələrində tarixi və digər faktların təhrif olunması səbəbindən Rusiyada növbəti bir-iki il ərzində qismən bloklana bilər.
Bunu Rusiya Dövlət Dumasının İnformasiya Siyasəti, İnformasiya Texnologiyaları və Rabitə Komitəsinin sədr müavini Andrey Svintsov TASS agentliyinə müsahibəsində bildirib.
Deputatın sözlərinə görə, Rusiya platformaları populyarlıq qazandıqca, tarixi faktları qəsdən təhrif edən və müəyyən bir ölkəyə münasibətdə qeyri-dəqiq olan resursların yoxlanılması məsələsi ortaya çıxacaq.
“Artıq aydındır ki, Vikipediya Rusiyada ikinci dərəcəli məlumat mənbəyi kimi qəbul edilir. Buna görə də, inanıram ki, yaxın bir-iki il ərzində Rusiya hökuməti səviyyəsində belə bir qərar verilə bilər və “Vikipediya” müəyyən məlumatlara çıxış baxımından müəyyən məhdudiyyətlərə məruz qala bilər”.
Onun sözlərinə görə, məsələ ümumilikdə Rusiya tarixi ilə əlaqəli müəyyən səhifələrin – çar, sovet və müasir dövrün – bloklanmasını əhatə edə bilər:
“Hesab edirəm ki, Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət üzrə Federal Xidmətinin, tarixi ədalətin qorunması baxımından müəyyən tədbirlər düzgün qərar olacaq”.
Paylaş
Baxış sayı:46
Bu xəbər 27 Yanvar 2026 11:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















