Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirəcək
GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov dekabrın 1-də Gəncə şəhərində növbəti vətəndaş qəbulu və polis orqanları, o cümlədən daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirəcək.
Bu barədə Globalinfo.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Gəncə Şəhər Baş Polis İdarəsinin inzibati binasında baş tutacaq qəbulda Gəncə, Goranboy, Naftalan, Göygöl, Samux, Kəlbəcər, Xocalı şəhər və rayonlarının sakinləri iştirak edə bilərlər.
Qəbula yazılmaq istəyən vətəndaşlar Nazirliyin səlahiyyətlərinə aid məsələlərlə bağlı 30.11.2025-ci il tarixinədək yaşadıqları ərazinin polis orqanına, habelə DİN-in mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.
Polis orqanları və daxili qoşunlarda xidmət etmək arzusunda olan namizədlərin sıra baxışı isə vətəndaş qəbulundan öncə, yəni dekabrın 1-də 08:00-da Gəncə Olimpiya İdman Kompleksində keçiriləcək.
Qeyd edək ki, qəbula və sıra baxışına gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:48
Bu xəbər 25 Noyabr 2025 18:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















