Icma.az
close
up
RU
Vilayəti Azərbaycana qarşı düşmən mövqeyindən çəkilmir

Vilayəti Azərbaycana qarşı düşmən mövqeyindən çəkilmir

Icma.az bildirir, Reyting.az portalına istinadən.


Əli Əkbər Vilayəti
“Əli Əkbər Vilayəti İranın hakim dairələrində Azərbaycana düşmən mövqedə olan şəxslərdən biridir. Məhz onun Xarici işlər naziri olduğu 1992-ci ildə İranın doktrinası qəbul edilib. Bu sənədin müəllifi də Vilayətidir. Doktrinada qeyd edilib ki, Azərbaycan Respublikasının mövcudluğu İranın təhlükəsizliyinə təhdiddir. Yəni bu adamın düşüncəsi bundan uzağa getmir”.
Bunu siyasi şərhçi Oqtay Qasımov İranın ali dini liderinin xarici siyasət üzrə müşaviri Əli Əkbər Vilayətinin Zəngəzur dəhlizi ilə qərəzli bəyanatını “Reytinq” qəzetinə şərh edərkən bildirib.
Konkret olaraq Zəngəzur dəhlizi ilə bağlı İranın və Vilayətinin mövqeyinə gəldikdə, O. Qasımov deyib ki, bu yeni məsələ və yanaşma deyil: “Sadəcə, Vilayətinin Zəngəzur dəhlizi ilə bağlı açıqlamasında yeni nüans yolun açılmasının İran və Rusiyanın maraqlarına zidd olması, guya onların mühasirəyə alınması kimi qiymətləndirilməsidir. Eyni zamanda, dəhlizin açılmasına qərar verən ölkələrdən biri - Ermənistan haqqında ümumiyyətlə, danışılmır və əsas hədəf kimi Azərbaycan tənqid olunur. Bu da Vilayətinin Azərbaycana qarşı tutduğu qərəzli münasibətin göstəricisidir”.

Oqtay Qasımov
O. Qasımov xatırladıb ki, Zəngəzur dəhlizinin açılması üçtərəfli bəyanatda qeyd edilib, Ermənistanın bunu açmaq öhdəliyi var və bu yol açılmalıdır:
“Azərbaycanın Ermənistandan və bu prosesdə marağı olan tərəflərdən tələb və istəyi odur ki, bizim vətəndaşlarımız, nəqliyyat vasitələrimiz və yüklərimiz bu dəhlizdən maneəsiz və asanlaşdırılan keçid əldə etsin. Bu, üçtərəfli bəyanatın şərti və Ermənistanın öhdəliyidir. Odur ki, Vilayətinin açıqlamasında guya dəhlizin açılmasının İran və Rusiyanın mövqeyinə zidd proses kimi təqdim edilməsi əslində, son dövrlər Azərbaycan-Rusiya münasibətlərində müşahidə olunan gərginlikdən sui-istifadə cəhdidir. Əlbəttə, İran Azərbaycan-Rusiya münasibətlərinin daha gərgin olmasını istəyir və bunun üçün əlindən gələni edir”.
Müsahibimiz əlavə edib ki, indiyə qədər Zəngəzur dəhlizi ilə bağlı İran tərəfindən Ermənistana münasibətdə hər hansı bir tənqid müşahidə olunmayıb. Qasımovun sözlərinə görə, bu, onu göstərir ki, belə açıqlamalar daha çox təbliğat və təxribat xarakterlidir, Azərbaycana qarşı yönələn açıqlamalardır.
“Düz bir il öncə, avqust-sentyabr ayları ərəfəsində Zəngəzur dəhlizi ilə bağlı Moskva-Tehran gərginliyini də yaxşı xatırlayırıq. Rusiya o zaman dəhlizin açılmasına dair ortaya mövqe qoyanda İran tərəfindən etirazlar eşidildi. Maraqlı nüans odur ki, dəhlizlə bağlı məsələyə ərazisi olan Ermənistan deyil, digər tərəflər münasibət bildirir, mövqe ifadə edirlər. Ermənistan isə bu vəziyyətdə manevrlər etməklə şərtlərini ağırlaşdırmaq istəyir”,- deyən siyasi şərhçi əlavə edib ki, Vilayətinin bu çıxışı həm də Zəngəzur dəhlizinin hansısa ABŞ şirkətinə icarəyə verilməsinin mümkünlüyü barədə yayılan məlumatlar fonunda səsləndirilir. “Ermənistanın özündə də bu barədə müzakirələr getdi və sonda bildirdilər ki, İrəvana belə təklif edilməyib və s. Yəni rədd cavabı verdilər. İranda belə hesab edirlər ki, əgər bu dəhliz ABŞ şirkətinə verilərsə, bu, İranın blokadaya düşməsinə səbəb olacaq. İranın dərdi ondan ibarətdir ki, bu dəhliz açılmasın, əvəzində Azərbaycanı Naxçıvanla birləşdirən yol İrandan keçsin. İran bu yoldan ciddi məbləğ qazanmaqla yanaşı siyasi təsir mexanizmlərini əlində saxlasın. İran gələcəkdə Zəngəzur dəhlizinə paralel olan Araz dəhlizinin açılmasında maraqlıdır. Beləcə, İran Azərbaycana və Türkiyəyə qarşı müəyyən təsir mexanizmlərinə çatmaq istəyir. İran həm də istəyir ki, Türkiyənin Cənubi Qafqaz və Orta Asiyaya açılan yolunun qarşısını alsın və ya buna nəzarət etsin”,- deyə Qasımov yekunlaşdırıb.
Y. QACAR
Reyting.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:91
embedMənbə:https://reyting.az
archiveBu xəbər 28 İyul 2025 15:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see290

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see195

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see182

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see174

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see167

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see153

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see148

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see147

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see147

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see146

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see144

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see139

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see138

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see138

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri