Icma.az
close
up
RU
Menu

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

Xarici ticarət: ixrac və idxal azalır

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

İran ayətullahı “anti Azərbaycan xoru”nda

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

İlhamə Quliyeva müsahibə verdi və ağladı

Vilayəti və Cavani, “Trampın qatarı” gəlir, qaçın, girin bunkerə!

Vilayəti və Cavani, “Trampın qatarı” gəlir, qaçın, girin bunkerə!

Yeniazerbaycan saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Vaşinqtondakı sülh və Zəngəzur anlaşması İrandakı anti-Azərbaycan çevrələrə yaman yer eləyib. Anlaşmanın bu qədər tez əldə olunacağını gözləmirdilər. Elə bil 8 avqustda İsrail başlarına yenidən bombalar ələdi...

Bir xatırlatmanın yeri var: 12 iyun 2025-ci ildə İranın dini lideri Əli Xameneinin müşaviri Əli Əkbər Vilayəti dini rəhbərin saytına müsahibəsində elə beləcə demişdi: “İran Zəngəzur dəhlizinin açılışına mane olub”.

Vilayəti ardınca iddia etmişdi ki, İran dəhlizə mane olmaqla Ermənistanı parçalanmaqdan və İranın Avropa ilə əlaqəsini kəsilməkdən xilas edib. Sonra da hikkəsi yerə-göyə sığmayan bu bəni adəm bildirmişdi: “Bəzi ölkələr Zəngəzur dəhlizi adı ilə Ermənistan vasitəsilə Naxçıvanı və Azərbaycanı birləşdirməyə cəhd etdikləri zaman İran bu planın qarşısında dayandı və bu təxribatı zərərsizləşdirdi”.

Bundan sonra nə baş verdi? Yox, hələ onda Zəngəzur dəhlizi ilə bağlı Vaşinqton anlaşması barədə xəbər-ətər yox idi. Vilayətinin iddialı açıqlamalarından cəmi bir neçə saat sonra (!) İsrail İranın başına od ələməyə başladı. 12 günlük müharibədə Vilayəti daxil, İranın bir çox “mənəm-mənəm” deyənləri bunkerlərə girdilər, başlarını çölə çıxara bilmədilər, bəziləri də nöqtəli zərbələrə tuş gəldilər. İran uzun müddət öz hərbi gücü və təhlükəsizlik sistemi ilə öyünsə də, İsrailin həyata keçirdiyi əməliyyatlar bütün bunların fiksiya olduğunu aydın göstərdi. Ayrı-ayrı ölkələrin daxili işlərinə başını soxanlar 12 günlük hərbi əməliyyatlardan sonra bunkerdən çıxarkən anladılar ki, İsrail kəşfiyyatı illərlə İranın daxilində istədiyini edib, nüvə obyektlərinin, hərbi məntəqələrin, digər vacib infrastrukturların koordinatlarını rahatlıqla əldə edib, məqamı gələndə elə İranın içərisində istehsal olunan (!) PUA-larla dəqiq zərbələr endirib. Bir daha aydın oldu ki, İranın hərbi qüvvələri az-çox hərbi gücə malik ölkə ilə qarşıdurmaya hazır deyil, daxili təhlükəsizlik isə yalnız hakimiyyətə qarşı baş qaldıran daxili qüvvələrə qarşı qismən effektlidir. Dronların İran ərazisindən qalxaraq hədəfləri vurması, hərbi hava qüvvələrinin gözə görünməməsi, hava hücumundan müdafiə sisteminin yox dərəcədə olması bunu aydın şəkildə təsdiq etdi. Ölkənin paytaxtının üzərində belə İsrail qırıcılarının rahat şəkildə dövrə vurması, nöqtəli zərbələr endirməsi halında İranın hava hücumundan müdafiə qüvvələrinin, həmçinin Azərbaycanı vaxtaşırı təhdid edən hərbi-təhlükəsizlik-kəşfiyyat qüvvələrinin başlarını yuxarı qaldırmağa belə cəsarət etməməsi bir ölkə adına utanc gətirən hadisə idi. Amma utandılarmı? Təəssüf ki, yox. Nəinki ayıblarına kor oldular, əksinə, savaşın ilk saatlarında İrana raket zərbələrinin endirilməsinə etirazını bildirən, İsrailə ən azı iki dəfə müraciət edərək İranın mülki əhalisinin hədəfə alınmaması üçün prinsipial mövqeyini ifadə edən Azərbaycan dövlətinə qarşı qarayaxma kampaniyasını davam etdirdilər. Hətta bu, o qədər ağ yalan idi ki, İran prezidenti Məsud Pezeşkian da bu həyasız iddiaların cavabını verdi. O, amerikalı jurnalist Taker Karlsona verdiyi müsahibəsində dedi ki, “Təhlükəsizlik orqanlarımız qonşu ölkələrlə sionist rejim arasında hərbi əməkdaşlıqla bağlı heç bir fakt qeydə almayıb. Bu söz-söhbətlərin əsası yoxdur”.

M.Pezeşkian onu da əlavə etdi ki, əksinə, bəzi region ölkələri rəsmi şəkildə İrana dəstək göstərib və ərazilərinin Tehrana qarşı istifadə edilməsinə yol verməyəcəklərini bəyan ediblər. Heç şübhəsiz ki, bu sırada Pezeşkianın qardaş ölkə adlandırdığı Azərbaycanın adı birincilərdəndir. Rəsmi Bakı ilk gündən bəyan edib ki, Azərbaycan ərazisindən hər hansı üçüncü ölkənin İrana qarşı istifadəsinə yol və imkan verilməyəcək!

Budur, Azərbaycanın bu qətiyyətli, prinsipial mövqeyinin qarşılığında İran bizim yolumuzu kəsməyə, Bakıdan Naxçıvana sərbəst gediş-gəlişimizə mane olmağa çalışır. Ata-babalardan bir “Əli yolu” ifadəsi var və özlərini “müsəlman” adlandıran bəzi zatlar yolun kəsməyin “qəhrəmanlıq” olduğunu zənn edirlərsə, deməli, onların dindən və insanlıqdan xəbərləri yoxdur. 42 km-lik Zəngəzur dəhlizi Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasını birləşdirəcək, vətəndaşlarımız rahat gedib-gələcəklər, o yola mane olmaqdan həzz almaq qeyri-insani hərəkətdir. Bu dəhliz iki qitəni birləşdirəcək və İranın da sıxıntılı zamanlarda marşrutdan istifadə etməsi mümkündür, bunun nəyi pisdir?

Budur, Vilayətinin cəfəngiyatlarından şövqə gələn İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yüksək rütbəli komandirlərindən biri – KOS-in komandir müavini, general Yadulla Cavani Azərbaycan və Ermənistanı sərt bəyanatlarla hədələyib. 

İddia edib ki, hər iki ölkə “Ukrayna kimi səhvə yol verib” və bu, onların gələcəyinə ağır nəticələr gətirə bilər. “Əliyev və Paşinyan eyni səhvi etdilər ki, bundan əvvəl Zelenski etmişdi; bu səhv onların ölkələrinə oxşar nəticələr gətirə bilər”, general iddia edib. Hətta çox uzaqlara gedərək deyib ki, İran sərhədində ABŞ-ın dəstəyi ilə “Tramp yolu” adlandırılan kommunikasiya xəttinin açılmasına imkan verilməyəcək. Sitat: “ABŞ-ın Qafqaza girməsinə Rusiya, İran və Çin qarşı duracaq, Qafqaz isə Trampın muzdlu əsgərlərinin məzarlığı olacaq”.

Diqqət edin, Ukrayna ərazilərini işğal etmək, uşaq və qadınları evlərindəcə öldürmək üçün Rusiyaya pilotsuz uçuş aparatları göndərən İran generalı ayıbına kor olmaqdansa Azərbaycanı və üstəlik, dünənədək qardaş olduqları Ermənistanı hədələyir. Yaxşı, ABŞ Arazdəyəndə “metallurgiya zavodu” tikəndə səsiniz niyə batmışdı?!

İran prezidenti Məsud Pezeşkian Xarici İşlər Nazirliyinin nümayəndələri ilə keçirdiyi görüşdə Zəngəzur dəhlizindən danışarkən çox möhtəşəm bir etirafla çıxış etmişdi. Sitat: “Qonşularımıza, region ölkələri ilə münasibətlərimizə və əməkdaşlığa geniş perspektivdən yanaşdığımız zaman ölkənin şimal-qərbindəki sərhəd keçidləri kimi detallı mövzular barədə narahat olmağa ehtiyac yoxdur. Qonşularımızla münasibətlərimizi sərhəd maneələrinin aradan qaldırılması və iqtisadiyyatımızın hərtərəfli şəkildə bir-birinə bağlanması kontekstində dəyərləndirməliyik. Həssaslıqları azaltmalı və konstruktiv qarşılıqlı əlaqələri genişləndirməyə çalışmalıyıq”.

Həmçinin Zəncan səfərində Məsud bəy bildirmişdi ki, “Əgər biz Azərbaycanla dost ola bilmiriksə və bizim yerimizə bunu İsrail edirsə, deməli, günah özümüzdədir”.

Bütün bunlardan sonra İrandakı yırtıcılar Pezeşkianın də üstünə düşüblər. Bu, necə olkədir? Xalqın etimadını qazanmış və İranı xilas etməyə çalışan bir liderin haqq sözlərini niyə belə üsyanla qarşılayırlar? Anormallıqdır.

Təhdidləri başlarına bəla olub hər zaman. Bəlkə də bu yolla Azərbaycan və Ermənistanı “anti-İran koalisiyası”na üzvlüyə vadar etmək istəyir Cavani kimilər. 12 günlük müharibədə başını kola – bunkerə soxan və ABŞ bombardmanlarına qarşı “mıqq” eləyə bilməyən şəxs bizi təhdid edir.

Amerika təyyarələri İranın səmalarını aşsüzənə döndərəndə onun əsgərləri üçün məzarlıq tikərdin də, ağaye-Cavani! Faktiki olaraq ABŞ və İsrail başınıza od ələyirdi, müharibə qaydalarına görə cavabını versəydiniz, burada təəccüblü nəsə olmazdı. Yoxsa Amerika şirkətinin Zəngəzur dəhlizində tikinti aparmaq planına, Sülh Dəhlizi adlandırılan bir ərazi ilə bağlı Azərbaycan-Ermənistan-ABŞ razılaşmasına burun soxmanızın izahı yoxdur. Sən hələlik Arazın o tayına cavabdeh ola, Arazın bu tayında – hazırkı anda Zəngilandan Ordubadədək uzanan marşrutda nə işin və ya ölümün var?!

Reallıq budur ki, özünü qoruya bilməyən, Yaxın Şərqdə bütün təsir imkanlarını itirən İranın Cənubi Qafqazda geosiyasi proseslərə təsir göstərmək imkanları da yox dərəcəsindədir. Vilayəti və Cavani kimilərin sərsəm iddiaları isə aciz duruma düşmüş fars şovinizminin səsi, çırpıntılarıdır ki, onları da artıq kimsə ciddiyə qəbul etmir. Heç şübhəsiz, nağıl danışırlar, hərbə-zorba gəlirlər, bu təhdidləri çox görmüşük. Zamanında iddia edirdilər ki, Qarabağ məsələsinin hərbi yolla həlli yoxdur. Azərbaycan sübut etdi ki, var! Hətta ordumuzun əks-hücum əməliyyatının qarşısını almağa da çalışdılar, nəticəsi olmadı. 44 günlük müharibədən sonra Araz sahili boyunca hərbi təlimlər keçirdilər, Arazı bu taya adlamağın məşqini etdilər, yenə də uduzdular. Əvəzində Azərbaycan Araz üzərində real körpülərin atılması təşəbbüsü ilə çıxış etdi, dost əlini uzatdı, bütün namərdliklərə rəğmən.

Bir müddət öncə İran və Ermənistan həmin Zəngəzir dəhlizi marşrutu üzrə birgə hərbi təlimlər keçirdilər. O vaxta qədər Ermənistan hakimiyyəti də İrandan gələn “qırmızı xətt”li bəyanatlara aldanıb özünün də xilas layihəsi olan Zəngəzur dəhlizinin əleyhinə çıxış edirdi. Artıq Ermənistanı da hədələməyə başlayıblar. Anormal siyasətin nəticəsi. Regionda tək müttəfiqləri qalmışdı...Maraqlıdır, İrandakı İran diplomatı Mehdi Sübhani indi nə edir? Bundan sonra da Azərbaycanın üstünə kükrəməyə səy göstərəcəkmi?..

Vilayəti diplomatiyaya xəyanət edən birisidir. Onu ən uzağı Ermənistandakı şovinistlərin sırasında yer alan Vardan Oskanyanla müqayisə etmək olar. Hər ikisi sülhə, barışa, rifaha, kommunikasiyaların açılmasına, savaşa son verilməsinə qarşı dayanan “diplomat”dır. Vilayəti həmin şəxsdir ki, zamanında Yaqub Məmmədovu aldadıb, İrana dəvət edib, Şuşanın ermənilər tərəfindən işğalına şərait yaratmışdı. Bu, həmin Vilayətidir ki, 1990-cı ilin əvvəllərində İranın Azərbaycanın müstəqilliyini tanımayacağını bəyan edirdi. Şuşa azad olundu, üstəlik, İran şirkətinin Yuxarı Gövhərağa məscidini “farslaşdırmaq” niyyəti də alt-üst oldu. Azərbaycan nəinki müstəqil dövlət olaraq özünün varlığını dünyada sübut etdi, hətta İlham Əliyevin liderliyi ilə dünyada sayılıb-seçilən dövlətlərdən birinə çevrilib, dünyada sülhməramlı obrazına və fəaliyyətinə görə Azərbaycan Prezidenti İlham Əliyev Nobel Sülh Mükafatına namizəd olaraq təklif edilir.

Yeri gəlmişkən, böyük türk diplomatlarından biri, Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç belə bir təşəbbüslə çıxış edib ki, Vaşinqtonda əldə olunan sülh razılaşmasından sonra həm İlham Əliyev, həm Donald Tramp, həm də Nikol Paşinyan “Nobel”ə namizəd olmağı və mükafatı almağı haqq edən liderlərdir. Diplomat məhz belə olar! Regiona və ümumilikdə dünyaya sülhün gəlməsinə reaksiya bu şəkildə olmalıdır, yoxsa “biz Zəngəzur dəhlizinin açılmasına icazə verməyəcəyik”, yaxud nələr, nələr...Heç olmasa Pezeşkianı dinləsinlər, yoxsa axırları çox pis olacaq!

Zəngəzur dəhlizində “proksi qüvvələr” yerləşdirmək istəyirlərsə, Yaxın Şərqdəki məğlubiyyətlərini göz önünə gətirsinlər. Qarşılarındakı Tramp və ABŞ-dir. Bəlkə Amerika şirkətinin qarşısına İranın Qafandakı bəlkə suvağı hələ də qurumayan baş konsulluğundakılar çıxacaq...

Yazının bu məqamında M.Pezeşkian və N.Paşinyan arasında telefon danışığının olduğu barədə məlumat yayıldı. İran prezidenti yaxın günlərdə İrəvana səfər edəcək. Cənab Pezeşkianın mövqeyi bundan ibarətdir ki, onun ölkəsində Zəngəzur dəhlizi ilə bağlı məsələlər şişirdilib. Yəni nə kəşfiyyat, nə hərbi varlıq, bu, sadəcə dəhlizdir, gediş-gəliş, yükdaşımalar üçün əlavə imkandır. Dəhlizin açılacağını Pezeşkian da yaxşı bilir və reallıqdan çıxış edir.

Elşad PAŞASOY

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:56
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 11 Avqust 2025 16:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

25 Dekabr 2025 16:01see205

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see201

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see185

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

25 Dekabr 2025 17:55see178

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see172

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see166

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see159

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see157

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see157

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see152

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see151

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

25 Dekabr 2025 13:26see150

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see145

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see143

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

25 Dekabr 2025 07:09see141

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

25 Dekabr 2025 01:01see141

İran ayətullahı “anti Azərbaycan xoru”nda

24 Dekabr 2025 16:35see141

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

25 Dekabr 2025 01:15see139

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

25 Dekabr 2025 09:35see139

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri