Icma.az
close
up
RU
Nə içirsiniz, cənab Vilayəti?

Nə içirsiniz, cənab Vilayəti?

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Rüstəm Qaraxanlı yazır...

Dünya iqtisadiyyatının aktual trendi, qlobal ticarət marşrutu Orta Dəhlizin budaqlarından biri olacaq Zəngəzur yolunun ABŞ-nin idarəçiliyinə verilməsinin bölgədə bir rezonans doğuracağı məlum idi. Ən çox qıcıqlananın da Rusiya və İranın olacağı kimi. 40 km-dən bir qədər uzun məsafəli bu yolun Vaşinqtonun nəzarətinə keçməsi Moskvanın regionu tərk etməsi deməkdirsə, Tehranın da "qırmızı cizgisi"nin ayaq altında qalması anlamına gəlir.

Ayaqdan-ayağa da fərq var, - beş il hay-həşir salasan, təhdid edəsən, sonu da bu: cizgin başını sığalladığın İrəvanın özü tərəfindən tapdanıb, xışlansın. Azərbaycanda "sionist" ovuna çıxasan, İsrail bazaları axtarasan, sonunda da Ermənistan hakimiyyəti "şimala çıxış"ın olan bölgəsini götürüb verə "böyük şeytan"a. Məntiqlə, bu kimi hallarda səhnəyə İranın Ermənistandakı səfiri Mehdi Sübhani çıxmalı idi, ancaq indi vəziyyət fərqlidir: çıxıb, kimi təhdid edəcək? Səfir işlədiyi ev sahibi - Ermənistanı?

Tehran bu dəfə növbəti hədə-qorxu porsiyasını anons etməyi ali rəhbərin böyük müşaviri Əli Əkbər Vilayətiyə həvalə etdi. Belə görünür ki, Vilayəti bu missiyaya yetərincə hazır deyilmiş, yaxud İsraillə 12 günlük müharibədən öncəki tezislərlə təmin edilibmiş kimi təhdidlərin barıtını o qədər bol etdi ki, istər-istəməz adamda belə bir təəssürat yaranır: ona Tehranın özündə inanan varmı?

Ali dini rəhbərin ürəyindən keçənləri cəmiyyətə çatdıran Vilayətinin dediklərinə Prezident Məsud Pezeşkian və komandasının inanmadığı dəqiqdir. Müşavirin paylaşımından çox keçməmiş xarici işlər naziri Abbas Əraqçının, ardınca da Pezeşkianın köklü şəkildə fərqli bəyanatlarla çıxış etmələri, Vaşinqtonda imzalanmış sənəddə ərazi bütövlüyü və sərhədlərin pozulmaması prinsiplərinin, o cümlədən İranın şimal istiqamətinə çıxış hüququnun nəzərə alındığını bildirmələri həm də onu göstərir ki, Tehrandakı siyasi hakimiyyətdə ciddi fikir ayrılıqları var. Bu ziddiyyətlər getdikcə dərinləşəcək və zamanla öz həllini tapacaq, ancaq həmişəki kimi yox. İndi dini rəhbər də əvvəlki deyil, 85 yaşı var, bilmək olmaz, nə olacaq, nə olmayacaq. Pezeşkianı isə xalq sevir, cəmiyyətin alt qatlarından gələn sosial sifarişi səsləndirir və ən əsası - arxasında geniş kütlələr durur.

Vilayətinin alovlu paylaşımından dərhal sonra "Reuters"in verdiyi reaksiya vəziyyəti tam əks etdirir və prinsipcə, əlavə ediləsi heç nə yoxdur: "12 günlük müharibədən sonra İranın "Tramp yolu"nu bloklamaq üçün yetərincə gücü yoxdur". Həqiqətən də, Tehran əvvəlki Tehran deyil və İsrail tərəfindən döyüləndən öncəki taqəti də qalmayıb. Yalnız bir istisna elə: lovğa və özündən razı bəyanatları çıxmaq şərtilə.

Vilayətinin məsələyə reaksiyası budur: "Bəyəm Cənubi Qafqaz yiyəsiz torpaqdır ki, Tramp gəlib onu icarəyə götürsün? Qafqaz dünyanın ən həssas bölgələrindən biridir və bu dəhliz Trampın mülkiyyətində olacaq tranzit yolu deyil, onun muzdlularının qəbiristanlığı olacaq". Belə baxanda, təhdid kimi, təhdiddir, səsli versiyası iranlı yeniyetmənin "İsraiiiiil" ifası fonunda lap sentimental alınardı. Ancaq problem bundadır ki, bu hədəni səsləndirən şəxs 15 dəqiqə ərzində bütün səması İsrail aviasiyasının arxa bağçasına çevrilən, generalları yataq otaqlarında vurulan dövlətin ali dini rəhbərinin böyük müşaviridir.

İran sözdə şəriət qanunları ilə idarə edilən islam respublikası olsa da, əməldə və reallıqda buna inananlar, təbii ki, azdır və bəlkə də, yox dərəcəsindədir. XXI yüzillikdə cəmiyyəti orta əsrlərin sxolastik təfəkkürü ilə idarə etmək müşkül məsələdir. Küçədə internet əsridir. İran cəmiyyətində dövlət quruluşunun tətbiq etdiyi qadağalara riayət şkalası aşağı düşməkdədir və yalnız o səbəbdən yox ki, onlara artıq inanan yoxdur. İran dövlətinin hazırkı versiyasının üzərində bərqərar olan doqmaları ilk qulaqardına vuranlar elə dövlət aparatının yüksəkçinli məmurlarıdır deyə nə şəriətə baxan var, nə mollaların kaprizlərinə. Onlardan biri də, belə görünür ki, Vilayətidir, çünki bu kimi bəyanatı ayıq başla, maye və dumanın təsiri olmadan vermək asan deyil.

İranda sözdə mövcud olan qadağalardan biri də alkoqollu içkilərin qəbulu və narkotik vasitələrlə vaxtkeçirmədir. Vilayəti bunlardan hansı ilə vaxt öldürür, demək çətindir, ancaq soruşmamaq da olmur: cənab Vilayəti, siz hansından içirsiniz?

Maraqlı olan daha bir detal var: ərazi Ermənistanın, razılıq İrəvanın, təhdid ünvanı isə ya biz, ya da naməlum qüvvələr. Hədənin də bir dozası olmalıdır, təbii ki. Bu gün Cənubi Qafqazı qəbiristanlığa çevirə biləcəklərini söyləyən Vilayəti uzun illərdir onlarla terror yuvası inşa etdikləri Livan və Qəzza bölgəsinin özləri üçün bir məzarlıq olduğunu niyə belə tez unudur? Öz ölkəniz başınıza uçur, elə əsl qəbiristanlıq hər gün bir strateji obyektinizdə partlayışın baş verdiyi yaşayış məntəqələrinizdir, yenə də oturub-durub Qafqazın "həssaslığı"ndan danışırsınız. Müdriklərdən birinin dediyi kimi, həyatda ən asan iş digərinə məsləhət verməkdir, ancaq bu vizyona malik "böyük müşavir"in İranın ali dini rəhbərinə hansı məsləhətlər verdiyi böyük bir müəmmadır.

Vəziyyətin sarkazmı ondan ibarətdir ki, Vilayətinin geosiyasi cırtqozluğunu yerdən-yerə vuran elə ən çox ünsiyyət saxladıqları Ermənistan rəsmisi - Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan oldu: "Bölgədə kommunikasiyaların açılması bütün ölkələrin marağına cavab verir və burada başqa bir yanaşma ola bilməz. İrana əvvəldən məlum idi ki, Ermənistan bu prinsip əsasında kommunikasiyaların açılışına hazırdır. Düşünürəm ki, bu prosesə İran tərəfindən də dəstək göstəriləcək". Qriqoryanın dediklərini hər kəsin anlayacağı dilə çevirəndə təqribən belə bir məna alınır: "Biz axı sizinlə bu məsələni müzakirə etmişik, bu dedikləriniz nədir? Özünüz də bu prosesdə iştirak etməyə razılıq verməmişdiniz".

Vilayəti yaxşı siyasətçi və müşavir olsaydı, bilməli idi ki, ermənilərin hamilərini dəyişmələri həyatda ən yaxşı edə bildikləri bacarıqdır. Odur ki, "qəbiristanlıq biznesi"nə yatırdıqları enerjini tarixi unutmamaq üçün praktiki məşğələlərə sərf etsələr, hazırkı biabırçı durumdan xeyli yaxşı pozada ola bilərdilər. Yoxsa gedib İsrail rüsvayçılığını necə aradan qaldırmağı düşünməkdənsə, ortaya düşüb Ermənistanın aqibəti ilə məşğuldurlar: "Bu dəhliz regionun geosiyasi vəziyyətini dəyişəcək, sərhədləri yerindən oynadacaq və Ermənistanın parçalanmasına hesablanıb". Ərazi Ermənistanın, yol Ermənistanın - sənə nə, Vilayəti?!

Yaxud: "Tramp özünü rieltor hesab edir və özgəsinə məxsus torpağı icarəyə götürmək istəyir". Məgər icarəyə elə özgəsinə məxsus olanı götürmürlər? Tramp rieltor ola da bilər, olmaya da. Ancaq onun dövlətinin yaxşı təyyarələri var, dünyanın o başından 40-45 saatlıq uçuş edir, bu müddət ərzində səmada bir neçə dəfə yanacaq doldurur, sonda da bir neçə dəqiqə ərzində ərazinizin orasından girib, burasından çıxır, nüvə obyektlərinizi qəbiristanlığa çevirib gedir və sizin də dünyadan xəbəriniz olmur. Bəs deyil bu içiboş lovğalıq?

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:139
embedMənbə:https://oxu.az
archiveBu xəbər 11 Avqust 2025 14:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see580

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see515

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see468

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see329

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see269

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see233

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see232

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see231

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see230

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see227

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see221

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see212

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see204

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see203

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see199

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see185

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see183

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see178

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see173

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri