Icma.az
close
up
RU
“Villa Badam” və ABB fəhləni borca salıb Prezidentə məktub

“Villa Badam” və ABB fəhləni borca salıb Prezidentə məktub

Icma.az bildirir, Tribuna portalına istinadən.

“Villa Badam” kompleksinin rəhbərliyi vətəndaşı aldatmaqda günahlandırılır. Bu barədə zərər çəkən olduğunu deyən Cəlilabadın Novruzallı kənd sakini Məmmədov Ağayar Əyyar oğlu özü şikayətini ictimailəşdirib. Ağayar Məmmədov Prezidentə müraciətində işin nəzarətə götürülməsini xahiş edib.

Tribunainfo.az məlumat verir ki, şikayətçi 2016 -cı ildə hərbi xidmətini başa vurduqdan sonra işləmək məqsədilə Bakıda yaşayan qohumu Valehə müraciət etdiyini açıqlayıb:

“O, mənə özünün də işlədiyi “Villa Badam” şirkətində fəhləlik işi olduğunu bildirdi. Mən orada aylıq 350 manat maaş müqabilində fəhlə işləməyə başladım.
Üç aydan sonra şirkətin direktoru Elena xanım məni və digər fəhlələri yanına çağırıb adımıza “Azərbaycan Beynəlxalq Bank”dan pul götürmək istədiyini bildirdi. Bizə maaşlarımızı verən, şirkətin rəhbəri Fikrət müəllimin qardaşı oğlu Tərxan təkidlə bu işdə onlara kömək etməyə razılıq verməyimizi xahiş elədi.
O bizə dedi ki, sizə heç bir problem olmayacaq. Dedi ki, biz şirkətin mənzillərini “Azərbaycan Beynəlxalq Bankı”na qoyub sizin adınıza pul götürəcəyik. Sonra şirkətə məxsus mənzilləri satıb qısa müddətdə bankı bağlayacağıq. Bizə heç bir problem olmayacağını bildirdi.
2016 -cı il avqustun 4-də Elena xanım və Tərxan qohumum Valehlə məni banka apardı. Hazır sənədlərə qol çəkdirib geri qayıtdıq.

2017-ci ilin fevralında məni işdən çıxardılar. Dedilər ki, ABB-dən adıma götürdükləri pulu ödəyiblər.
Mən kəndə qayıtdım. 2022-ci il yanvarın 4-də mənə məlum oldu ki, problem həll olunmamış qalır”.

Şikayətçi bildirib ki,Tərxana zəng vurub vəziyyəti deyib:

“O, bir az gecikməmiz olub deyə məsələni həll edəcəyinə söz verdi.
Sonra şəhərə gəlməyimi bildirdi.
Mən şirkətə gedib rəhbərliyə bildirdim ki, adımı bankdan çıxarın.
Onlar məni notariusda adıma götürdükləri pula görə girov qoyduqları evdən imtina etməli olduğumu bildirdilər. Yalnız bu halda mənim adımı bankdan çıxara biləcəklərini dedilər və onlar məni notariusa gətirib mənzildən imtina etməyim haqda sənədi aldılar.
Mənə arxayın olub gedə bilərsən dedilər. ABB-dən isə mənə bildirdilər ki, problem həll olunmamış qalır”.

Vətəndaş yenə şirkətlə əlaqə saxlayıb vəziyyəti onlara deyib:

“Onlar mənə narahat olmamağımı və bankdan adımı çıxartdıqlarını bildirdilər. Bir müddətdən sonra telefonuma bankdan bildirişlər gəldi.
Mən artıq şirkət tərəfindən aldadıldığıma əmin oldum.
Dəfələrlə şirkət rəhbərliyindən mənə yaratdıqları problemi həll etmələrini tələb etsəm də, hər dəfə müxtəlif bəhanələr gətirərək məni aldadırlar.
Cənab Prezident, ümidim sizədir. Xahiş edirəm ki, aidiyyatı qurumlara mənə kömək etməyə göstəriş verəsiniz”.

Qeyd edək ki, bu kompleksin sahibi haqda internet resurslarında məlumat verilmir. Sadəcə, satılan evlərin elanına rast gəlmək olur. Hüquq müdafiəçiləri ortada etibardan sui-istifadə olduğunu iddia edərək məsələnin məhkəmə müstəvisində həll olunmasının vacibliyini qeyd edirlər.

Gülşən

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 25 Fevral 2025 11:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see341

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see308

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see253

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see248

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see217

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see215

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see208

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see202

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see201

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see199

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see199

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see194

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see191

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see190

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see184

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see183

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see182

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see176

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see175

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri