“Vinisius “Qızıl top”u qazanmalı idi” Ronaldo
Icma.az xəbər verir, Qol.az saytına əsaslanaraq.
"Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo bildirib ki, “Qızıl top”u “Mançester Siti”nin üzvü Rodri deyil, “Real”ın forvardı Vinisius qazanmalı idi.
QOL.az xəbər verir ki, “Globe Soccer Awards”ın mükafatlandırma mərasimində Ronaldo bu barədə deyib:
“Vinisius “Qızıl top”u qazanmalı idi. Onun qalib olmaması ədalətsizlikdir. Məhz buna görə də mən “Globe Soccer Awards”ı bəyənirəm. Onlar dürüstdürlər. Vinisius qalib adına tam layiq idi”.
if (!$ISMOBILE) : ?>
include(__DIR__.'/320x100.php');?>
Xatırladaq ki, “Globe Soccer Awards” 2024-cü ilin ən yaxşı futbolçusu adına məhz Vinisiusu layiq görüb. Daha əvvəl FİFA da braziliyalı forvardı ilin ən yaxşısı seçmişdi.

