Icma.az
close
up
RU
Viruslar tüğyan edir: Həkimdən insanlara MASKA çağırışı

Viruslar tüğyan edir: Həkimdən insanlara MASKA çağırışı

Icma.az, Yenisabah portalına istinadən məlumat verir.

Payızın gəlişi ilə havaların tədricən soyuması, gün ərzində temperaturun dəyişməsi və insanların qapalı məkanlarda daha çox vaxt keçirməsi virus infeksiyalarının yayılması riskini artırır. Səhər saatlarında sərin, günorta isə nisbətən isti havanın müşahidə olunması orqanizmin temperatur dəyişikliklərinə uyğunlaşmasını zəruri edir. Xüsusilə yaşlı insanlar, xroniki xəstəlikləri olan şəxslər və immun sistemi zəif olanlar bu dövrdə daha diqqətli olmalıdır.

Mütəxəssislər bildirirlər ki, payız aylarında sağlamlığın qorunması üçün yalnız mövsümə uyğun geyinmək kifayət etmir. İş və istirahət rejiminə diqqət yetirmək, xəstə insanlarla təması azaltmaq, zərurət olduqda qoruyucu maskalardan istifadə etmək və xroniki xəstəliklərlə bağlı müalicəni nəzarətdə saxlamaq vacibdir. Bəzi hallarda isə virus infeksiyalarından qorunmaq üçün peyvəndlər də effektiv vasitələrdən biri hesab olunur.

“Payızın gəlməsi ilə səhərlər havalar soyuyur. Saat 11-dən sonra isə temperatur artmağa başlayır. Bu hal adətən yeniyetmə və gənclik dövründə olan insanların immun sisteminə o qədər də təsir etmir. Həmin şəxslərin adaptasiya qabiliyyəti yüksək olduğu üçün onların səhhətində ciddi problemlər yaranmır”. pizza hut

Bunu “Yeni Sabah”a həkim-terapevt Rasim Bağırov deyib. O bildirib ki, virus infeksiyalarının yayıldığı dövrlərdə iş və istirahət bölgüsünü tarazlamaq çox vacibdir:

“Həmin şəxslər özlərini daha çox xəstə və virusa yoluxmuş insanlardan qorumağa çalışmalıdırlar.

Yaşlı adamlarda vəziyyət bir az fərqlidir. Onların adaptasiya qabiliyyəti aşağı olduğu üçün istənilən virusa tez bir zamanda yoluxa bilirlər. Bu kimi halların qarşısını almaq üçün həmin şəxslərin cəmiyyət arasında olduqda qoruyucu maskalardan istifadə etmələri daha məqsədəuyğundur. Çünki hava-damcı yolu ilə virusa yoluxa bilərlər”.

R.Bağırov qeyd edib ki, payız fəsli dövründə xroniki xəstəliyi olan insanlar müalicə proseslərini davam etdirməlidirlər:

“Həmin ərəfədə orqanizmin müəyyən vitaminlərə ehtiyacı olur. Onları qəbul etmədikdə isə həmin şəxslər müəyyən problemlərlə üzləşir. Ona görə də xəstəliyin aktivləşməsinə imkan verməmək üçün bu prosesi davam etdirmək vacibdir.

Bəzən sağlam şəxslər viruslara yoluxmamaq üçün peyvəndlərdən istifadə edirlər. Bu da yoluxma hallarının qarşısını almaq üçün effektiv üsullardan biridir və belə hallarda müəyyən viruslara qarşı olan peyvəndlərdən istifadə etmək məqsədəuyğundur”.

Aydan Hacı


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 07 Sentyabr 2026 16:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see339

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see329

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see321

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see312

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see307

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see299

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see293

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see282

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see275

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see271

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see251

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see234

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see231

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see222

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see219

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see214

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see196

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see187

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see181

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri