Icma.az
close
up
RU
Viruslar laboratoriyalarda hazırlanır? Həkimdən diqqətçəkən AÇIQLAMA

Viruslar laboratoriyalarda hazırlanır? Həkimdən diqqətçəkən AÇIQLAMA

Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bildiyimiz kimi, virusların sayı günbəgün artmaqdadır. Yeni yayılan viruslardan biri də ebola virusudur. Hazırda qonşu ölkə olan İranda da bu virusla bağlı yoluxma halları barədə məlumatlar yayılır. Lakin Səhiyyə Nazirliyi bildirib ki, hazırkı mərhələdə bu virus ölkəmiz üçün təhlükə hesab olunmur.

Amma ümumilikdə yeni yaranan və sürətlə yayılan bu kimi viruslardan qorunmaq üçün insanlar nələrə diqqət etməlidirlər? 

Redaktor.az-a danışan Azərbaycan Tibb Universitetinin (ATU) Farmakologiya kafedrasının dosenti, keçmiş SSRİ-nin ilk antioksidant preparatı "Meksidol"un həmmüəllifi Aydın Əliyevin sözlərinə görə, virus xəstəliklərinin bu qədər artmasının əsas səbəblərindən biri ekologiyanın, yəni hava və su problemlərinin həddindən artıq çoxalmasıdır:

"Təbii proseslərə də təsir edən amillər mövcuddur. Bunun səbəbləri sırasında dünyada gedən müxtəlif müharibələr, radiasiya və keyfiyyətsiz məhsulların istehsalı da var. Bütün bunlar istənilən virusun yaranmasına şərait yaradır. İndi havaya fikir verin: bir gün isti, bir gün soyuq olur. İsti və soyuq hava kütlələri toqquşanda güclü küləklər yaranır, ağaclar qırılır və sair. Viruslarla bağlı başqa bir məqama da toxuna bilərəm. Müəyyən ölkələrdə, hətta keçmiş SSRİ-də belə viruslar üzərində işləyən laboratoriyalar var idi. Hələ 1930-cu illərdə virus istehsal edən laboratoriyaların mövcudluğu barədə məlumatlar səsləndirilirdi. Dünyanın digər bölgələrində də buna bənzər hallar olub".

Müsahibimiz bildirdi ki, ebola xəstəliyində əlamətlər əsasən yoluxmadan 2 gündən 21 günədək olan müddətdə ortaya çıxır:

"Bunlara güclü hərarət, ağrılar, qanaxmalar, qan qusma, daxili orqanların zədələnməsi və dəri səpkiləri daxildir. Demək olar ki, xəstəlik insan orqanizmində bütün orqanlara təsir göstərə bilir. Müalicə üsullarına gəldikdə isə əsas məqsəd maye və elektrolit balansını qoruyub saxlamaqdır. Həkimlər əsasən simptomatik və dəstəkləyici müalicə aparırlar. Yəni temperaturun salınması, ayrı-ayrı orqanların zədələnməsinin qarşısının alınması istiqamətində tədbirlər görülür. Müalicə əsasən bu üsullarla həyata keçirilir. Xəstəliyin əlamətləri, qeyd etdiyim kimi, olduqca ağırdır. Qanaxmalar, tənəffüs və ürək-damar sistemi pozğunluqları baş verir, xəstəlik demək olar ki, bütün orqanlara zərər verə bilir".

Xədicə BAXIŞLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 03 İyun 2026 18:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri