Virusoloq: Hantavirusun dünyada yayıla bilər
Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ölkə.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Sibir bölməsinin Novosibirsk Dövlət Universitetinin virusoloqu, biotexnologiya, mikrobiologiya və virusologiya laboratoriyasının rəhbəri Sergey Netesov TASS-a açıqlamasında bildirib.
Mütəxəssisin sözlərinə görə, hantavirusun törətdiyi ağciyər sindromu artıq yalnız müəyyən ərazilərə xas infeksiya kimi qiymətləndirilməməlidir. O, xüsusilə Cənubi Amerikaya səyahətlərin, qütb bölgələrinə kruiz turlarının və insanların virusun təbii mənbələri ilə təmasının yoluxma riskini artıra biləcəyini qeyd edib.
Məlumata görə, 2026-cı ilin aprel-may aylarında Atlantik okeanı üzərindən Argentinadan Kabo-Verde istiqamətində hərəkət edən MV Hondius kruiz gəmisində hantavirusla əlaqəli yoluxma halları qeydə alınıb. Hadisə nəticəsində üç sərnişin həyatını itirib. Onlarda ağır tənəffüs xəstəliyinin əlamətləri müşahidə olunub.
Sonradan İsveçrə, İsrail, Almaniya, Böyük Britaniya, Fransa, İspaniya və ABŞ-da da yoluxma halları təsdiqlənib.
Hantavirusun yayılması ilə bağlı xəbərlər COVID-19 pandemiyasının təkrarlanması ehtimalına dair narahatlıqları artırıb. Bununla belə, virusoloqun açıqlaması onun mütləq qlobal pandemiyaya səbəb olacağı anlamına gəlmir. Xəstəliyin yayılma riski virusun xüsusiyyətlərindən, yoluxma yollarından və insanlar arasında ötürülmə imkanlarından asılıdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 24 Oktyabr 2026 16:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















