Virusoloq qripdən qorunmaq üçün vacib tövsiyələr verdi
Baku.ws saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Qripdən qorunmağın ən effektiv üsullarından biri peyvənd olunmaqdır.
BAKU.WS xəbər verir ki, bunu Rusiyanın Səhiyyə Nazirliyinin Rusiya Tibbi Davamlı Təhsil Akademiyasının Virusologiya kafedrasının müdiri Yelena Malinnikova açıqlayıb.
Mütəxəssis bildirib ki, qripə qarşı peyvənddən sonra immunitetin formalaşması təxminən iki həftə çəkir. Bu səbəbdən insan özünü sağlam hiss etsə belə, mövsümi qripə qarşı peyvənd olunması tövsiyə edilir.
Virusoloqun sözlərinə görə, xüsusilə hamilə qadınlar, 6 aydan yuxarı uşaqlar və yaşlı insanlar qripə qarşı peyvəndlənməyə diqqət yetirməlidirlər.
Malinnikova qripdən qorunmaq üçün gündəlik gigiyena qaydalarına əməl etməyin də vacib olduğunu vurğulayıb. Onun sözlərinə görə, ictimai nəqliyyatdan istifadə etdikdən sonra əllər mütləq yuyulmalı, ev və iş yerlərində mütəmadi olaraq nəm təmizlik aparılmalı, otaqlar havalandırılmalıdır.
Virusoloq xəstələnən şəxslərə isə evdə qalaraq istirahət etməyi, otaqda uyğun rütubət səviyyəsini qorumağı tövsiyə edib.
Mütəxəssis qrip zamanı bəzi ənənəvi üsullardan istifadə edilməsinə də qarşı çıxıb. O, xüsusilə isti kartof buxarının üzərində nəfəs almaq və ayaqları qızdırmaq kimi üsulların faydadan çox zərər verə biləcəyini bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 28 Sentyabr 2026 22:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















