Vitali Stepanovski: “Meydana çıxan hər bir oyunçu böyük əzm göstərdi”
Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.
“Neftçi” basketbol komandasısının baş məşqçisi NTD ilə oyundan sonra qarşılaşmanı dəyərləndirib.
İdman.Biz xəbər verir ki, Vitali Stepanovski qələbəni yüksək qiymətləndirərək komandasının il ərzindəki çıxışından razı qaldığını bildirib. Onun sözlərinə görə, “Neftçi” təqvim ilini güclü oyunla başa vurub və bu nəticə kollektivin əzmkarlığının göstəricisidir.
Stepanovski qeyd edib ki, NTD oyun boyu zona müdafiəsinə üstünlük verərək rəqibi səhvlərə məcbur etməyə çalışıb. Lakin Ed Polayt hücumun təşkilində mühüm rol oynayıb və komanda üzvləri topu yüksək dəqiqliklə səbətə göndərə biliblər.
Baş məşqçi Camal Bey, Stefan Keniç və Fikrətin çıxışını xüsusilə vurğulayıb. O bildirib ki, bu oyunçuların hər biri qarşılaşmanı yüksək səviyyədə keçirib. Stepanovski komandanın 30 məhsuldar ötürmə etməsini də fədakar oyun və əsl komanda ruhunun göstəricisi kimi dəyərləndirib.
Vitali Stepanovski Ed Polaytın tripl-dabl ilə yadda qalan performansına xüsusi təşəkkür edib. O əlavə edib ki, daha iki basketbolçunun dabl-dabl etməsi “Neftçi”nin komanda şəklində nə qədər yaxşı oynadığını bir daha nümayiş etdirir.
Sonda baş məşqçi ehtiyat skamyasından oyuna daxil olan bütün basketbolçuların böyük əzm göstərdiyini, hər birinin meydanda bütün gücünü qoyduğunu vurğulayıb. Stepanovski qələbə münasibətilə hər kəsi təbrik edib, həmçinin qarşıdan gələn yeni ildə hamıya möhkəm cansağlığı, uğurlar və bol nailiyyətlər arzulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 21 Dekabr 2025 22:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















