Vitali Stepanovski: “Təhlil etməliyik və səhvlər üzərində işləməliyik ki, növbəti oyunlarda onları təkrarlamayaq”
Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"FIBA Avropa Kubokunun əsas mərhələsinin ilk oyununda uduzan “Neftçi”nin basketbol komandası səhvlər üzərində işləməlidir".
İdman.Biz xəbər verir ki, bunu Vitali Stepanovski klubun mətbuat xidmətinə açıqlamasında bildirib.
Mütəxəssis Polşada “Trefl”ə məğlub olduqları (63:92) qarşılaşma haqqında fikirlərini bölüşüb: “Klubumuz üçün tarixi bir oyun idi. Çünki ilk dəfə idi ki, Avropa Kubokunda çıxış edirdik. Təəssüf ki, məğlub olduq. Oyunun əvvəli və sonu istədiyimiz kimi getmədi, bizim üçün o qədər də yaxşı alınmadı. Qarşılaşmanın əvvəlindən rəqibə 12 xallıq üstünlük verdik. Bundan sonra bütün oyun boyu xal fərqini azaltmağa çalışdıq. Deyə bilərəm ki, 30 dəqiqə yaxşı oynadıq. Amma qeyd etdiyim kimi, başlanğıc və son bizim üçün yaxşı keçmədi”.
Stepanovski irəli baxmalı olduqlarını vurğulayıb: “Təhlil etməliyik və səhvlər üzərində işləməliyik ki, növbəti oyunlarda onları təkrarlamayaq”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 16 Oktyabr 2025 11:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















