Icma.az
close
up
RU
Vitiliqo xəstəliyi

Vitiliqo xəstəliyi

Saglamolun portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Vitiliqo xəstəliyi (latın dilində "vitium" - "qüsur") qazanılmış xroniki xəstəlikdir. Bu xəstəliyin əsas simptomu xəstənin dərisində əmələ gələn ağ rəngdə ləkələrdir.

Dəridə olan "melanin" adlı xüsusi piqmentin (məhz bu piqment bizim dərimizi adi normal rəngə "boyayır") azalmasına və ya yoxluğa görə, bu ləkələr adətən böyüməyə, biri biri ilə birləşməyə, yeni yerlərdə əmələ gəlməyə meyllidirlər. Ləkələrin ölçüləri, formaları və yerləşməsi hər bir xəstədə fərdidir.

Bu xəstəlik hətta bizin eramızdan bir neçə əsr əvvəl məlum idi. Qədim Misir papiruslarında dəridə ağ ləkələri olan insanlar haqqında məlumat tapılıb.

Ümumdünya Səhiyyə təşkilatının məlumatlarına əsasən, hal hazırda dünyada orta hesabla 30 mln. insan bu xəstəlikdən əziyyət çəkir. Həkimlərin müşahidələrinə görə, xəstələrin sayı getdikcə artmaqdadır.

Xəstəlik adətən cavan yaşlarda (hətta südəmər uşaqlarda) başlayır. Xəstəlik adətən gizli şəkildə başlayır. Bəzən ləkələr əmələ gəldikdən əvvəl dəridə qaşınma, qarışqaların yeriməsi hissi, arabir sancma hiss oluna bilər.

Adətən xəstəlik uzun illər, hətta insanın həyatının sonuna qədər davam edir. Çox nadir hallarda xəstəlik özü-özünə keçə bilər.

Vitiliqo probleminin əsas aktuallığı onun xəstənin psixo-sosial statusuna təsiri ilə bağlıdır. Məsələ burasındadır ki, bu xəstəliyi olan insanların əksəriyyəti böyük psixoloji sıxıntılar yaşayır, özünə qapanır, insanlarla ünsiyyətdən qaçırlar.

Bu günümüzə qədər vitiliqo xəstəliyinin əmələ gəlmə səbəbləri məlum deyil. Məhz bu səbəbdən bu xəstəliyin effektli və tamdəyərli müalicə metodları da müasir tibbdə problem olaraq hələ də qalmaqdadır. Müasir təbabət vitiliqo xəstəliyini autoimmun xəstəliklərinə aid edir.

Vitiliqo xəstəliyinin müalicəsinin əsas məqsədi kosmetik defektin aradan qaldırılması və dərinin piqmentasiyasının bərpa olunmasıdır. Müalicə üsullarının seçimi fərdi olaraq  xəstənin yaşından, xəstədə digər xəstəliklərin olub-olmadığından, xəstəliyin mərhələsindən, ləkələrin yerləşməsindən və s. səbəblərdən asılıdır.

Müalicə kompleks şəklində aparılır. Bu zaman müxtəlif qrup dərman preparatlarından istifadə olunur - kortikosteroidlər, immunopreparatlar, fermentativ preparatlar, mübadilə proseslərini stimullaşdıran preparatlar, vitaminlər və mikroelementlər, xüsusi məlhəmlər, kremlər, zərdablar və s. Lazım olduqda antidepressantlar, neyroleptiklər və s. bu kimi preparatlar istifadə oluna bilər.

Xəstəliyin müalicəsində ultrabənövşəyi şüalanma metodları böyük yer tutur. Belə müalicə zamanı müxtəlif "fotosensibilizatorlar" adlı xüsusi preparatlar istifadə olunur ki, onların köməyilə dərinin ultrabənövşəyi şülarına olan həssaslıq artır. Nəticədə isə melanoqenez - dəridə melanin piqmentinin əmələ gəlməsi prosesi də stimullaşdırılır.

Bundan əlavə müalicə zamanı lazer, təbii gün işığı istifadə olunur.

Vitiliqo xəstəliyinin cərrahi müalicə üsulları da mövcuddur.

Vitiliqo xəstəliyi olan insanların pəhrizində tərkibində C və B vitaminləri (sitrus meyvələri, bibər, pomidor, kartof, kələm, itburnu, qara ciyər, qarabaşaq, yulaf yarması, araxis, süd və süd məhsulları, yumurta, balıq və s.), mis mikroelementi (qoyunun qara ciyəri, pendir, noxud və s.) olan qida məhsulları böyük yer tutmalıdır.

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:118
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 13:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see326

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see289

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see280

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see280

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see272

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see266

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see259

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see250

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see241

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see231

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see228

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see225

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see221

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see208

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see204

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see203

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see196

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see194

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see191

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri