Icma.az
close
up
RU
Parkinson xəstəliyi

Parkinson xəstəliyi

Saglamolun saytından alınan məlumata görə, Icma.az bildirir.

Parkinson xəstəliyi gec proqressivləşən neyrodegenerativ (qabıqaltı nücələrdə hüceyrələrin məhv olunması ilə müşahidə edilən) beyin patologiyasıdır.

Parkinson xəstələri diaqnoz qoyulduqdan sonra 20 il və ya daha uzun müddət bu xəstəliklə birlikdə həyatlarını davam etdirirlər. Lakin bu hal problemlə birlikdə həyat keyfiyyətində dəyişiklik olmayacağı mənasını ifadə etmir. Xəstəliyin tamamilə aradan qaldırılmasına və ya qarşısının alınmasına istiqamətlənən müalicə prosesi hələ də dəqiqləşdirilmədiyindən, xəstəlik simptomların nəzarət altına alınması üzərində fokuslanır.

Normal vəziyyətdə insan beynində müəyyən nahiyələrdə dopamin ifraz edən beyin hüceyrələri (neyronlar) mövcuddur. Bu hüceyrələr beynin substansiya nigra adlanan sahəsində yerləşir. Dopamin substansiya nigra ilə bədən hərəkətlərini nəzarətdə saxlayan beynin digər bölgələri arasında impulsları çatdıran vasitədir. Dopamin insanların axıcı və koordinasiya hərəkətlərini yerinə yetirməyi təmin edir. Dopamin ifraz edən hüceyrələrin 60-80%-i məhv olduqda kifayət qədər dopamin istehsal olunmur və Parkinson xəstəliyinin motor simptomları ortaya çıxır. Bu müddəti neyrodegenerasiya olaraq adlandırmaq olar.

Mövcud anlayışa əsasən Parkinson xəstəliyinin ən erkən simptomları enterik sinir sistemi, beyin kötüyü və qoxu yollarında ortaya çıxır. Bu qaydaya əsasən Parkinson xəstəliyi həmin nahiyələrdən beynin daha üst hissələrinə yəni substansiya nigra və beyin qabığına doğru yayılır. Nəticədə, qoxu hissiyatının itirilməsi və ya azalması, yuxu pozuntuları və qəbizlik simptomları, titrəmə və hərəkətlərdə yavaşlama kimi müşahidə edilən motor simptomlar daha əvvəl yaranmağa başlayır. Buna görə də son illərdə tədqiqatçılar xəstəliyin erkən mərhələsində müəyyənləşən qeyri-motor simptomları daha erkən diaqnozlaşdıraraq xəstəliyin proqressivləşməsini dayandırmağın yollarını axtarırlar.

Xəstəliyin müşahidə nisbəti:

Xəstəlik xüsusilə, orta yaşlarda meydana çıxır. 50 yaşından əvvəl başlaması çox nadir hallarda müşahidə edilir. Kişilərdə qadınlara nisbətdə iki dəfə artıq görülür. 60 yaşdan çox insanlarda görülmə sıxlığı 1%-dir.  Təxminən hər 100000 şəxsdən 300-də müşahidə edilir.

Parkinson xəstəliyini ortaya çıxaran faktorlar:

Genetik faktorların xüsusi əhəmiyyəti prosesin yaranmasında təsir göstərir. Xüsusilə son illərdə ortaya qoyulan bəzi genetik mutasiyalara sahib şəxslərdə (LRRK2, a-sinuklein, parkin genləri), bu mutasiyalara sahib olmayan insanlara nisbətdə daha çox müşahidə olunur. Anamnezi, əsasən gənc yaşda Parkinson xəstəliyi ortaya çıxan insanlarda daha qabarıqdır. Hər iki fərddə cüt yumurta əkizlərində müşahidə faizi tək yumurta əkizlərinə nisbətdə daha çoxdur.

Parkinson xəstəliyindən qorunmağın yolları:

Bu xəstəlikdən qorunmaq mümkün deyil. Lakin bəzi maddələri daha çox istifadə edən insanlarda Parkinson xəstəliyinin proqressivləşməsinin daha az olunduğu araşdırmalar nəticəsində ortaya çıxmışdır. İlk olaraq siqaret istifadəsini qeyd etmək mümkündür. Siqaret istifadəçilərində tutulma faizi 40 dəfə daha azdır. Bundan başqa kofein istifadə edən insanlarda da risk daha aşağıdır. Tədqiqatçılar kofeinin bu təsiri adenozin reseptorları vasitəsilə yaratdığını tədqiq ediblər.

Xəstəliyin simptomları:

Prosesdə müşahidə olunan əlamətlər parkinsionizm başlığı altında toplanır. Bu, dörd əsas mərhələdən ibarətdir:

1. İstirahət vəziyyətində titrəmə (tremor)

2. Hərəkətlərin yavaşlaması (bradikineziya)

3. Passiv oynaq hərəkətlərini çətinləşdirən əzələlərdə sərtləşmə (rigidlik)

4. Koordinasiyada disbalansın yaranması (postural instabilita)

Prosesin motor əlamətləri ortaya çıxmazdan əvvəl digər əlamətlər qeyd oluna bilər. Bunlar arasında ağrı, qoxu hissiyatında pozuntu, REM yuxu davranış pozuntusu (gecələr canlı yuxular görüb, ətrafdakılara zərər vermə kimi bəzi hərəkətlərlə ortaya çıxan yuxu pozuntusudur) və avtonom sistem (mədə-bağırsaq problemləri, qan təzyiqində yaranan dəyişikliklər kimi) pozuntular da müşahidə oluna bilər. Parkinson xəstəliyinin tipik əlamətləri ortaya çıxmağa başladıqda hərəkət edərkən qolları iki tərəfdə normal şəkildə sallaya bilməmə, əldə, ayaqlarda və ya çənədə istirahət müddətində titrəmə, mimikaların itməsi kimi maska üz ifadəsi, yazıların gedərək kiçilməsi, oxunması qeyri-mümkün xəttə sahib olma, göz qırpma sayında azalma, önə əyilmiş və yavaş şəkildə gəzmək, tez-tez yıxılmaların olması, kiçik addımlarla hərəkət etmə, donub qalmaq, hərəkətin və nitq sürətinin yavaşlaması, udma pozuntuları, qəbizlik, cinsi funksiya pozuntuları, depressiya, psixoz, xəyal görmə, hallüsinasiya, səhərlər yuxulama, impulsiv pozuntular, dəridə yağlanma (seboriya), qocalıq psixozu da müşahidə oluna bilər.

Parkinsionizm başqa xəstəliklərlə də birlikdə müşahidə oluna bilər?

Prosesin ən çox qeyd olunan səbəbi Parkinson xəstəliyi ilə yanaşı digər xəstəliklərdə də parkinsionizmin yaranmasıdır. Bunlar arasında hidrosefaliya, multisistem atrofiya, bəzi medikamentozlar, beyin-damar tutulması, xroniki beyin travmaları və bəzi beyin infeksiyaları. Bu xəstəliklərin diaqnozunda müşahidə edilən strategiya və terapiyalar Parkinson xəstəliyindən fərqlənir.

Problemin terapiyası:

Terapiya üç əsas başlıq altında toplanır. İlk əvvəl farmakoterapiya aparılır. Bu terapiyadan kifayət qədər fayda görməyən xəstələrdə cərrahi müdaxilə tətbiq edilir.

Psixoterapiya:

Bu terapiya üsulu xəstəliyin ən əsas reabilitasiya proqramıdır. Xəstələrə nizamlı şəkildə məşqlər təklif edilir. Həmçinin ağrı, səhər saatlarında yuxululuq vəziyyəti, mədə-bağırsaq fəaliyyətində yavaşlama, REM yuxu davranış pozuntusu, qəbizlik, depressiya və digər Parkinson xəstəliyinin qeyri-motor simptomlarının reabilitasiyasına yönəlik terapiyalar tətbiq olunmalıdır.

Nərmin Quliyeva
Xəzər Universitetinin psixologiya fakültəsinin tələbəsi

Pcc.az

.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:207
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 16:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see337

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see313

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see310

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see284

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see278

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see276

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see272

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see268

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see257

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see253

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see249

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see249

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see219

Həftədə bir məşq fiziki formanı və sağlamlığı yaxşılaşdıra bilərmi?

14 Noyabr 2026 21:54see217

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see210

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see202

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see198

Türkiyəli aktyor ev sahibi ilə məhkəməni uddu Kirayə qalmaqalı

14 Noyabr 2026 22:18see198

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see193

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri