Icma.az
close
up
RU
Vitkoff Ukrayna üzrə danışıqlara səfər planlarını Rubiodan gizlədir NBC

Vitkoff Ukrayna üzrə danışıqlara səfər planlarını Rubiodan gizlədir NBC

Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.

ABŞ prezidentinin xüsusi elçisi Stiven Vitkoff Ukrayna üzrə danışıqlarla bağlı səfər planları haqqında ABŞ dövlət katibi Marko Rubioya məlumat vermir. Buna səbəb onların münaqişənin başa çatdırılması ilə bağlı baxışlarının fərqli olmasıdır.

Bizimyol.info xəbər verir ki, bu barədə NBC telekanalı bir neçə mənbəyə istinadən xəbər verib.

NBC-nin həmsöhbətləri nümunə kimi Vitkoffun noyabr ayında Cenevrədə Ukrayna nümayəndə heyəti ilə məsləhətləşmələrə səfərini göstəriblər. Bildirilir ki, o zaman Vitkoff “öz planları barədə Rubionu və ya Dövlət Departamentinin digər əməkdaşlarını məlumatlandırmayıb”. Nəticədə dövlət katibi sonradan Vitkoffa çatmalı olub və amerikalı nümayəndələr ukraynalılarla görüşü birlikdə keçiriblər.

NBC mənbələrinin iddiasına görə, bu, xüsusi elçinin dövlət katibinə qarşı atdığı “aldadıcı manevrlərin” təkcə bir nümunəsi deyil. Onların sözlərinə görə, məsələ Vaşinqton administrasiyasının bu iki yüksəkvəzifəli rəsmisinin Ukraynadakı müharibənin necə başa çatdırılması ilə bağlı baxışlarının kəskin şəkildə fərqlənməsindən qaynaqlanır.

Noyabrın 23-də ABŞ və Ukrayna Cenevrədə məsləhətləşmələr aparıblar. Danışıqlarda iştirak etmək üçün Amerika tərəfdən Rubo və Vitkoff Cenevrəyə gediblər.

Ötən həftəsonu isə ABŞ-ın Florida ştatında Ukrayna mövzusu üzrə Rusiya və ABŞ arasında iki gün davam edən danışıqlar keçirilib. Rusiya nümayəndə heyətinə RF prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev rəhbərlik edib. Amerika tərəfdən görüşdə Vitkoff və ABŞ liderinin kürəkəni, sahibkar Kared Kuşner iştirak ediblər. Dmitriyevin sözlərinə görə, danışıqlar konstruktiv məcrada keçib. O, həmçinin müharibəni qızışdıran qüvvələrin danışıqlara mane ola bilmədiyini vurğulayıb.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 22 Dekabr 2025 17:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri