Vitse prezident: Azərbaycanın regional qaz gücünə çevrilmək potensialı var
Apa.az saytına istinadən Icma.az xəbər verir.
Azərbaycan artıq regional enerjinin şaxələndirilməsində mərkəzi rol oynayır.
"APA-Economics" xəbər verir ki, bunu Bakıda keçirilən sayca 30-cu Yubiley “Baku Energy Forum”da çıxış edərkən SOCAR-ın vitse-prezidenti Elşad Nəsirov bildirib.
Onun sözlərinə görə, hazırda Azərbaycan 12 ölkəyə qaz ixrac edir. Bunların sırasında Gürcüstan, Türkiyə, İtaliya, Bolqarıstan, Yunanıstan, Serbiya, Macarıstan, Rumıniya, Makedoniya, Xorvatiya və Sloveniya yer alır.
"Qonşu ölkələrlə dərin əməkdaşlıq etməklə, ölkələrarası əlaqəni gücləndirməklə və bazar şərtlərinə əsaslanan ticarət mexanizmlərini dəstəkləməklə, Azərbaycanın regional qaz gücünə çevrilmək potensialı var", - Elşad Nəsirov qeyd edib.
Onun sözlərinə görə, qeyd olunanlar nəinki Azərbaycanın mövqeyini möhkəmləndirəcək, həm də regionun uzunmüddətli enerji təhlükəsizliyinə dərhal töhfə verəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 04 İyun 2025 14:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















