Kavelaşvili: Cənubi Qafqazın regional vahəyə çevrilmək imkanı var
Yenisabah saytından alınan məlumata görə, Icma.az bildirir.
Qonşu ölkələrin rəhbərləri ilə görüşlərimdən çox məmnunam. Cənubi Qafqazın regional vahəyə çevrilmək imkanı var
Yenisabah.az xəbər verir ki, bunu Gürcüstanın Birinci Kanalında “Maka Tsintsadze ilə fövqəladə mövzu” verilişində Gürcüstan prezidenti Mixeil Kavelaşvili deyib.
Onun sözlərinə görə, Cənubi Qafqazda sülhün yaradılması üçün hansı imkanların açıldığı aydın olub:
"Bir-birimizlə ünsiyyətdə olanda bu, ideal mənzərə idi. İlk səfərim Azərbaycana, sonra Ermənistana oldu. Ermənistan da tədricən Cənubi Qafqazın malik olduğu resursu gördü. ABŞ-dan bugünkü təbriklər də bunu vurğulayır. Cənubi Qafqazda sülhün prioritet istiqamətə çevrilməsi üçün hansı imkanların olduğu da onlara aydın oldu.
Təbii ki, bütün böyük dövlətlərin maraqları ifadə olunacaq. Cənubi Qafqazın regional vahəyə çevrilmək imkanı var. Münaqişələrin subyekti deyil, hansısa böyük ölkədən gələn sifarişlərin icraçısı deyil, əksinə, yavaş-yavaş görüşlərə, sərmayələrə, münasibətlərin normallaşmasına doğru gedək. Bu resurs mövcuddur”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 31 May 2025 12:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















