Icma.az
close
up
RU
Menu

Paşinyanın Moskva səfərinin əsas məqsədi nə olacaq? ŞƏRH

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

Bülbül Vokal Məktəbinin məzunu Hamburq Musiqi və Teatr Ali Məktəbinə qəbul olunub (Foto)

Soyuq hava infarkt və insult riskini artıra bilər Günay İsmayılova

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

Azərbaycan futbolunun əfsanəsi

ABŞ da kommersiya məqsədli neft ehtiyatları 4,5 milyon barel azalıb

Musa Quliyev: “Maaş artımı ciddi islahatlara və yenilənmələrə ehtiyacı olan səhiyyə sahəsinə mühüm təkan olacaq”

Endirim, yoxsa qiymət oyunları? Cibinizdən belə pul çıxır

Azərbaycanın Mərkəzi Asiya və ŞƏT müstəvisində geosiyasi imkanları təhlil olunub

ABŞ də atışmada ikisi polis olmaqla bir neçə insan güllələnib

“” portalı “2025 ci ilin ən yaxşı Milli İxracın Təşviqi Platforması” mükafatına layiq görülüb

Əməkdar artist Züleyxa Hacıyeva vəfat etdi

Kartınızdan xəbərsiz pul çıxır? Səbəbini öyrənin

“Nestlé” vitamin və qida əlavələri biznesini 1 milyard dollara satır

Təzə, yoxsa qurudulmuş? Əncirin sağlamlığa faydaları nələrdir?

Tramp açıqladı: Ancaq bu hada Putinlə görüşərəm

İsveçrə Azərbaycandan neft tədarükünü artırıb

“Sabah” BOS da oynaya bilər? klub rəsmisindən açıqlama

Müharibə iştirakçısı veteran statusu ala bilmir FOTO

Vitsespiker yazır: Gerçəklər...

Vitsespiker yazır: Gerçəklər...

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Bütün insan hüquq və azadlıqlarının təmin edildiyi, medianın, sosial şəbəkələrin sərbəst fəaliyyət göstərdiyi ölkəmizdə müzakirə edilən məsələlər barəsində müxtəlif fikirlərin səsləndirilməsi normal haldır. Lakin yersiz iddialarla çıxış edərək gerçəkləri görməyənlərə və saxta vətənpərvərlik edənlərə bir neçə prinsipial məsələ əsasında keçdiyimiz yolun bəzi səhifələrini, dövlətimizin gördüyü ən mühüm işlərdən bəzilərini, millətimizin və dövlətimizin haradan haraya gəldiyini xatırlatmağı vacib hesab edirəm.

Birincisi, ərazisinin 20%-i işğal edilən və ağır vəziyyətdə çadır şəhərciklərində yağışın və qarın altında yaşayan 1 milyon nəfərdən çox qaçqın və məcburi köçkünün olduğu bir şəraitdə Azərbaycan dövlətinin gördüyü işləri yada salaq. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dövləti məcburi köçkünlərə dövlət büdcəsi hesabına evlər, mənzillər, yaşayış yerləri verərək çadır şəhərciklərini ləğv etdi, sosial problemlərini həll etdi, yardımlar, müavinətlər verdi, övladlarının təhsil haqqını dövlət büdcəsindən ödədi və s. Millətsevər siyasət, sosial sahədə tarixi işlər həyata keçirildi. Bununla paralel olaraq bütün xarici təzyiqlərə baxmayaraq güclü dövlət quruldu, müasir ordu yaradıldı, məktəblər, xəstəxanalar, yollar tikildi. Dövlət və millət torpaqların işğaldan azad edilməsindən ötrü hazırlandı. Görülən işlərin hamısını sadalamaq və statistik rəqəmləri söyləmək çox zaman aparar. Bunları görməməyin və dərk etməməyin adı nədir?

İkincisi, Ermənistanın işğalı altında qalan ərazilərimizi Prezident İlham Əliyevin rəhbərliyi altında dövlətimiz və millətimiz ədalətli, azadlıq xarakteri daşıyan Vətən müharibəsində təkbaşına, öz gücünə azad edərək əsrlərdən bəri bəzi dövlətlərin və qruplaşmaların əleyhimizə qurduğu planları vurub dağıtdı, millətin üstündəki ləkəni sildi, Azərbaycanın bədənindəki çibanı kökündən kəsib ataraq problemi gələcək nəsillər üçün saxlamadı. Dövlət bayrağımız bütün ərazilərimizdə ucaldıldı, suverenliyimiz tam bərqərar edildi. Millətimizin arzuları gerçəkləşdirildi. Ağır xərclər tələb edən müharibənin koronovirus pandemiyası ilə eyni vaxta düşməsinə baxmayaraq Azərbaycan vətəndaşlarına müavinətlər, yardımlar verildi. Azərbaycan dövləti hər iki cəbhədə qalib gəldi. Başqa bir ölkədə rast gəlinməyən bu nümunəni görməməyin və dərk etməməyin adı nədir? 

Üçüncüsü, Ermənistanın işğalı altında olarkən tamamilə dağıdılmış və yerlə-yeksan edilmiş əraziləri heç bir dövlətin və beynəlxalq təşkilatın yardımı olmadan təkbaşına, öz vəsaiti hesabına yenidən quran Azərbaycan dövləti bu dəfə keçmiş məcburi köçkünlərə müasir şəhər, qəsəbə və kəndlər tikərək dövlət hesabına evlər və mənzillər verir. Onlar planlı şəkildə dədə-baba torpaqlarına dönürlər. Bunlar dövlətimizin iqtisadi-maliyyə, sosial siyasətinin düzgünlüyünü, hər bir məsələnin dəqiq düşünülərək həyata keçirildiyini göstərir. Keçmiş məcburi köçkünlərimizə təcavüzkar Ermənistanın uzun illər boyu tapdağında olmuş və dağıdılmış qəbiristanlıqlarda dədə-babalarının məzarlarını ziyarət etmək nəsib olub. Bunları görməməyin və dərk etməməyin adı nədir?

Dördüncüsü, qonşu ölkələrdə və yaxın regionlarda baş verən hadisə və proseslərə baxmaqda fayda vardır. Ermənistanın bu günkü vəziyyəti kağız üzərində müstəqil dövlət olmağın, başqalarının ardınca sürünməyin ən bariz nümunəsidir. Dövlət müstəqilliyi bərpa edildikdən sonra yürüdülən bəzi yanlış siyasətlər Gürcüstanın ərazilərinin itirilməsinə gətirib çıxartdı. Davam edən Rusiya-Ukrayna savaşında, Yaxın, Orta Şərqdə baş verən qanlı hadisələrdə şəhər, qəsəbə və kəndlər viran olur, insanlar Allahın verdiyi ali hüquqdan - yaşamaq hüququndan məhrum edilirlər. Azərbaycan isə insanın təhlükəsiz yaşaması üçün ən etibarlı ölkədir. Bu gün Azərbaycan vətəndaşı gecələr evinin qapısını, darvazasını bağlamadan yata, sutkanın istənilən saatında ölkənin bir başından çıxıb digər başına rahat bir şəkildə gedə, övladını tək məktəbə yola sala bilir. Azərbaycan millətini ağır bəlalardan qurtaran bu siyasəti görməməyin və anlamamağın adı nədir? Yolları millətimiz tərəfindən bağlanmış həmin şəxslər Azərbaycanı Yaxın, Orta Şərqdəki kimi qanı axan ölkə olaraqmı görmək istəyirlər?  Bunları görməyənlərə gözlərindəki hər şeyi qara görən gözlüyü çıxarmağı, gerçəkləri görməyi, gördükdən sonra dərk etməyi tövsiyə edərdim. 

***

Həlli mümkün olmayan hesab edilənləri mümkün edən dövlət və siyasi xadimlər dahilər olurlar. Azərbaycan xalqı üçün həlli mümkün olmayan hesab edilənləri mümkün edən məhz Prezident İlham Əliyevdir. Millətimiz isə xəyallarını gerçəkləşdirən Haqq, Ədalət yolu ilə gedir...
 

Musa Qasımlı, 
Milli Məclis sədrinin müavini

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:184
embedMənbə:https://modern.az
archiveBu xəbər 09 Dekabr 2024 14:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Paşinyanın Moskva səfərinin əsas məqsədi nə olacaq? ŞƏRH

02 Sentyabr 2026 17:44see528

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

03 Sentyabr 2026 12:02see351

Bülbül Vokal Məktəbinin məzunu Hamburq Musiqi və Teatr Ali Məktəbinə qəbul olunub (Foto)

02 Sentyabr 2026 17:03see278

Soyuq hava infarkt və insult riskini artıra bilər Günay İsmayılova

02 Sentyabr 2026 15:27see269

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

03 Sentyabr 2026 10:01see265

Azərbaycan futbolunun əfsanəsi

03 Sentyabr 2026 00:27see264

ABŞ da kommersiya məqsədli neft ehtiyatları 4,5 milyon barel azalıb

03 Sentyabr 2026 00:30see252

Musa Quliyev: “Maaş artımı ciddi islahatlara və yenilənmələrə ehtiyacı olan səhiyyə sahəsinə mühüm təkan olacaq”

02 Sentyabr 2026 17:43see242

Endirim, yoxsa qiymət oyunları? Cibinizdən belə pul çıxır

02 Sentyabr 2026 20:16see226

Azərbaycanın Mərkəzi Asiya və ŞƏT müstəvisində geosiyasi imkanları təhlil olunub

02 Sentyabr 2026 20:20see222

ABŞ də atışmada ikisi polis olmaqla bir neçə insan güllələnib

03 Sentyabr 2026 02:50see220

“” portalı “2025 ci ilin ən yaxşı Milli İxracın Təşviqi Platforması” mükafatına layiq görülüb

02 Sentyabr 2026 18:21see218

Əməkdar artist Züleyxa Hacıyeva vəfat etdi

02 Sentyabr 2026 21:50see214

Kartınızdan xəbərsiz pul çıxır? Səbəbini öyrənin

02 Sentyabr 2026 17:42see213

“Nestlé” vitamin və qida əlavələri biznesini 1 milyard dollara satır

03 Sentyabr 2026 00:41see204

Təzə, yoxsa qurudulmuş? Əncirin sağlamlığa faydaları nələrdir?

02 Sentyabr 2026 21:07see204

Tramp açıqladı: Ancaq bu hada Putinlə görüşərəm

03 Sentyabr 2026 03:24see203

İsveçrə Azərbaycandan neft tədarükünü artırıb

03 Sentyabr 2026 14:49see200

“Sabah” BOS da oynaya bilər? klub rəsmisindən açıqlama

03 Sentyabr 2026 02:12see195

Müharibə iştirakçısı veteran statusu ala bilmir FOTO

02 Sentyabr 2026 23:01see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri