Icma.az
close
up
RU
Tarixi gerçəklər və yanlış şərhlər

Tarixi gerçəklər və yanlış şərhlər

Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.

Bu günlərdə, 15 iyunla bağlı silsilə yazılar yazılırdı, televiziya kanallarında, sosial şəbəkələrdə geniş şərhlər verilirdi, xatirələr danışılırdı.

Bəli, Heydər Əliyev siyasi və dövlət xadimi kimi unikal tarixi şəxsiyyətdir. İkicə faktı demək kifayət edər: o, həm müstəmləkədə olan Azərbaycanın, həm də müstəqil Azərbaycanın rəhbəri olub. Özü də cəmi-cümlətan 6 ilik vaxt aralığı ilə!

Bu günlərdə bu tarixi şəxsiyyət haqqında yazılan bəzi yazılarda, deyilən müəyyən fikirlərdə ziddiyyətlər, faktların, hətta tarixi sənədlərin belə təhrif olunmuş formada təqdim edilməsi halları var.

Heydər Əliyevin tarixdəki rolu, siyasi irsi, siyasəti haqqında yazılmalıdır və yazılır - biz də öz media resurslarımızda bu cür materialları dərc edirik. Ancaq şəxsən məni narahat edən bəzi məqamlar var, bunu bölüşmək istərdik.

Düşünürük, Sovet tarixinin və Azərbaycanın dövlətçilik taleyinin danılmaz və ayrılmaz bir parçası olan tarixi şəxsiyyət haqqında yazarkən, fikir yürüdərkən, tarixi gerçəkləri olduğu kimi göstərmək lazımdır. Heydər Əliyev özü də baza təhsilinə görə tarixçi olub və bu gün, bundan əvvəl, bundan sonra onun adı və fəaliyyəti ilə bağlı faktların nə şişirdilməsini, nə kiçildilməsini özü də qəbul etməzdi. Tarixi olduğu kimi yazmaq və şərh etmək, məncə, bu siyasi və dövlət xadiminə ən böyük sayğı nümunəsi olar.

Onun haqqında şərhlərində yanlışlıqlara yol vermiş şəxslərin adlarını hələlik çəkmirik (adamları müzakirəyə çıxarmaq istəmirik), ancaq onların bəzi fikirlərinə öz münasibətimi bildirməyə çalışacağıq.

Həmin şərhlərdən birində deyilir:

"Heydər Əliyevin rəhbərlik etdiyi Sovet Azərbaycanı Azərbaycan Xalq Cümhuriyyətindən heç də az müstəqil deyildi, 1991–1993-cü illərin Azərbaycanından isə daha müstəqil idi..."

Yuxarıdakı fikrin müəllifi - Milli Məclisin deputatı daha sonra yazır: "Biz illər boyu yanlış təbliğatın və bəzi müəlliflərin yarıtmaz tarix dərsliklərinin təsiri ilə Sovet Azərbaycanına bütövlükdə yalnız təqiblər dövrü kimi yanaşmışıq. Halbuki Heydər Əliyevin müəllifi olduğu 1978-ci il Konstitusiyasının 68-ci maddəsində Azərbaycanın suverenliyi, 69-cu maddəsində SSRİ-dən sərbəst çıxmaq hüququ, 73-cü maddəsində isə Azərbaycan dilinin dövlət dili statusu təsbit olunmuşdu. Heydər Əliyev "dəyişdirə bilməyəcəyi bir rejimdə xalq üçün nə etmək olar?" sualına cavab verməyi bacaran ilk və son lider oldu”.

Əvvəla, Heydər Əliyev özü 1991-ci ilin əvvəlində Azərbaycan Ali Sovetinin deputatı kimi SSRİ-nin saxlanması haqqında referendumun əleyhinə çıxıb və keçmiş İttifaqı "Sovet imperiyası" adlandırıb. Əgər Sovet İttifaqı imperiya olubsa (ki, bunu Heydər Əliyev kimi o quruluşu içəridən və dərindən bilən belə mühüm dövlət xadimi də təsdiq edib), o halda Sovet Azərbaycanı SSRİ-nin hələ heç özünün olmadığı dövrdə Rusiyadan ayrılıb müstəqil olmuş, öz çoxpartiyalı parlamentini, öz dövlət təsisatlarını, o cümlədən, milli ordusunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti qədər necə müstəqil ola bilərdi?!

Sovet Azərbaycanının öz ordusu var idi?! Yox. Öz xarici siyasəti var idi. Yenə yox. Öz iqtisadi müstəqilliyi var idi. Əlbəttə, xeyr.

Onda hansı əsasla Sovet Azərbaycanını Azərbaycan Xalq Cümhuriyyəti qədər müstəqil hesab edirsiniz?!

İkincisi, tam şəkildə Moskvadan idarə olunan, bütün təbii sərvətlərini də Moskvanın daşıyıb apardığı və satdığı, rəhbərləri də Moskvadan təyin olunan Sovet Azərbaycanı ümumxalq referendumu ilə Sovet İttifaqından çıxmış, BMT-nin üzvü -beynəlxalq hüququn subyekti olmuş, öz xalqının səsləri ilə özünə rəhbər seçmiş, Rusiya qoşunlarını öz ərazisindən çıxarmış Azərbaycan Respublikasından necə daha müstəqil ola bilərdi?!

Üçüncüsü, əgər Sovet Azərbaycanı ötən əsrin əvvəlində mövcud olmuş Azərbaycan Xalq Cümhiriyyəti qədər müstəqil idisə, onda xalqımız bu qədər qurbanları boş yerə verib?! SSRİ-nin tərkibində müstəqil idiksə (?), onda SSRİ-dən niyə çıxırdıq ki?! Həm də SSRİ-də qalmamağın, müstəqil olmağın ən əsas tərəfdarlarından biri mərhum Heydər Əliyev olub; o, istiqlalçı deputatlardan biridir. Hələ Naxçıvan Ali Məclisinin sədri olduğu dövrdə Azərbaycanın mərkəzi hakimiyyətindən daha əvvəl məhz onun təşəbbüsü və liderliyi ilə Naxçıvan Muxtar Respublikası SSRİ-nin tərkibindən çıxmaq haqqında qərar vermişdi.

Bu, əlbəttə, hüquqi deyil, siyasi sənəd, mövqe idi; Azərbaycan hökumətini qətiyyət göstərməyə sövq edirdi. Amma Sovet Azərbaycanı, bir deputatın yazdığı kimi, müstəqil olsaydı, Heydər Əliyev kimi təcrübəli siyasi şəxs SSRİ-nin əlyhinə səs verməzdi, Naxçıvanı, bütövlükdə Azərbaycanı bu İttifaqdan çıxarmağa çalışmazdı.

Bu cür ziddiyyətli, bir-birini inkar edən mülahizələrlə Heydər Əliyevin siyasi lider, dövlət xadimi profilini şərh etmək nə istiqlal tariximizə yaraşır, nə də bu cür şərhi verənin özünə uğur gətirər.

Bir insanı, xüsusilə, mühüm tarixi şəxsiyyətləri - yüksək ranqlı dövlət adamlarını tənqid edəndə də, tərifləyəndə də ifrata varmaq gərək deyil. Sadəcə, müsbət reallıqları, real faktları, yəni olanları yazmaq da bəs edər.

Ümumiyyətlə, İttifaqdan çıxmağa gəlincə, burada da şərhçi hər şeyi bir-birinə qarışdırıb.

İttifaqdan çıxmaq hüquüunu 1978-ci ildə qəbul edilmiş Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasına süni şəkildə bağlamaq lazım deyildi.

Təkcə ona görə yox ki, Sovet İttifaqında nəinki "müttəfiq" respublikaların Konstitusiyaları, hətta SSRİ Konstitusiyasının da formal xarakter daşıyırdı; elə Sovet Konstitusiyasının özü ölkədə bütün məsələlərə hüquqi deyil, siyasi əsaslarla yanaşılmasını normalaşdırmışdı: Kommunist Partiyasının ali rəhbər statusu axırıncı Konstitusiyanın 6-cı maddəsində təsbit olunurdu.

Əgər İmperiyanın Əsas Qanunu formal xarakter daşıyırdısa, müstəmləkə respublikalarda hansı Konstitusion idarəçilkdən danışmaq olar?!

Bu, məsələnin bir tərəfi. İkinci tərəfinə gəldikdə, "müttəfiq" adlandırılan, ancaq mahiyyətcə Moskvadan asılı respublikaların İttifaqdan çıxması heç də Azərbaycan SSR-in 1978-ci il Konstitusiyasında ilk dəfə yer almış müddəa deyildi. Bu prinsip ilk dəfə hələ 1922-ci il dekabrın 30-da SSRİ-nin yaradılması haqqında müqavilədə yer almışdı. Sonra - 1924-cü ildə SSRİ-nin birinci Konstitusiyasında da təsbit olunmuşdu. Sonralar 1978-ci ilə qədər Sovet İttifaqında iki dəfə yeni Konstitusiya qəbul olundu və 1936-cı il Konstitusiyasında da (17-ci maddədə), 1977-i il Konstitusiyasında da (72-ci maddədə) bu prinsip öz əksini tapmışdı. "Müttəfiq" respublikakarın Konstitusiyaları isə bir qayda olaraq, SSRİ Konstitusiyası qüvvəyə mindikdən sonra hazırlanıb qəbul edilirdi, çünki İttifaq Konstitusiyasına uyğun olmalı idi. Moskvanın müəyyən etdiyi tələb belə idi. Ona görə də, fikir verdinizsə, məsələn, SSRİ-də Konstitusiyalar 1924-cü, 1936-cı, 1977-ci ildə, Azərbaycan SSR-in Konstitusiyaları isə 1927-ci ildə, 1937-ci ildə, 1978-ci ildə qəbul edilib. Ona görə də SSRİ-dən çıxmaq hüququnu Azərbaycan SSR deyil, Sovet İttifaqı özü müəyyənləşdirib, sonra bu prinsipi təkcə Azərbaycan deyil, bütün "müttəfiq" respublikalar öz Konstitusiyalarına yazıblar. Ona görə də bu prinsipi Azərbaycanın öz iradəsi kimi təqdim etmək doğru bir yanaşma deyil və həqiqəti əks etdirmir.

Siyasi liderin xidmətlərini təqdim və təbliğ etmək normaldır, siyasi baxımdan (elə insani baxımdan da) təbii, hətta zəruridir. Buna heç kimin sözü yoxdur. Ancaq bunu yanlış mülahizələr və təhrif olunmuş faktlar üzərində deyil, reallıqlara, həqiqətə əsaslanmaqla etmək lazımdır.

Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:61
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 16 İyun 2026 14:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Süni intellektlə bağlı fətva veriləcək?

14 Sentyabr 2026 15:47see369

Moskva 400 km hündürlükdən belə görünür

14 Sentyabr 2026 02:54see367

Amorim Modriçlə bağlı çətin seçimi açıqladı

14 Sentyabr 2026 03:38see342

Şimali Koreya qanadlı və ballistik raketlərlə təlim keçirib

14 Sentyabr 2026 03:45see341

Türkiyədə 26 şagird toyuq dönərindən zəhərlənib

14 Sentyabr 2026 04:45see340

Simeone 3:0 dan sonra etiraf etdi

14 Sentyabr 2026 04:23see317

“Xetafe”nin müdafiəçisi Yamala meydan oxudu

14 Sentyabr 2026 05:46see312

Bundesliqa: Leypsiq darmadağına sevindi

14 Sentyabr 2026 03:24see311

ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri yüksək hazırlıq vəziyyətinə gətirilib

14 Sentyabr 2026 02:45see303

Fransa ABŞ dən insan haqları ilə bağlı açıqlamaya görə üzr istəyib

14 Sentyabr 2026 03:26see298

Premyer Liqa: Mançester Siti yə 1 qol bəs etdi

14 Sentyabr 2026 03:20see297

Almaniyanın Aşağı Saksoniya əyalətində keçirilən bələdiyyə seçkilərində CDU birinci olub

14 Sentyabr 2026 03:03see292

Bu beş amil ömrümüzü 11 il uzadırmış Araşdırma

14 Sentyabr 2026 03:19see280

Yuxusuz gecənin təsirini azaltmağın sadə yolu

14 Sentyabr 2026 10:29see245

Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?

14 Sentyabr 2026 19:34see235

Uzun müddət telefon və kompüter ekranına baxmaq gözlərə necə təsir edir?

14 Sentyabr 2026 13:46see232

675 nəfər narkotik asılılığından müalicə alır

14 Sentyabr 2026 15:37see215

İrem Derici hamilədir? Özü cavabladı (Foto)

14 Sentyabr 2026 14:43see206

Z dönəm gəncləri tarixin ən bekar nəsli olacaq

14 Sentyabr 2026 19:08see196

Kababla soyuq Cola içənlərin öd yolları məhv olur

14 Sentyabr 2026 15:45see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri