Icma.az
close
up
RU
Vitsespikerdən ermənilərə çağırış: Tarixi sənədlərdə hər şey yazılıb

Vitsespikerdən ermənilərə çağırış: Tarixi sənədlərdə hər şey yazılıb

Teleqraf.com portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ermənistan rəsmi dairələrinin Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibəsində Qərbi Azərbaycanla bağlı söylədiklərinə verdikləri reaksiya o deməkdir ki, hədəfə nail olunub. Erməni rəsmiləri nəyi inkar etmək istəyirlər? Doğurdanmı onlar bilmirlər ki, ermənilər Cənubi Qafqaza gəlmədirlər. Bunu bilməkdən ötrü Çar Rusiyasının sənədlərini, rəsmi məlumatları oxumasını onlara tövsiyə edərdim.

Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin sədr müavini, AMEA-nın muxbir üzvü, professor Musa Qasımlı deyib.

“Məgər onlar bilmirlərmi ki, indi Ermənistan adlanan ərazinin yerli əhalisi azərbaycanlılar olub. Bunu bilməkdən ötrü onlar tarixi mənbələrə müraciət edə bilərlər. Həmin sənədlərdə hər şey aydın şəkildə yazılıb. Erməni rəsmi dairələri məgər bilmirlər ki, 1918-ci ildə Erməni Milli Şurası İrəvanın paytaxt olaraq Ararat Respublikasına verilməsindən ötrü Azərbaycan Milli Şurasına müraciət edib. Həmin müraciət və Azərbaycan Milli Şurasının qərarı onların da arxivlərində var. Götürüb tanış ola bilərlər”, - deyə o qeyd edib.

Sədr müavininə görə, 1918-1920-ci illərdə azərbaycanlılar, eləcə də digər xalqlar kütləvi şəkildə daşnak hakimiyyəti tərəfindən deportasiya olunublar: “Bununla bağlı daşnak Ermənistanı hökumətinin rəsmi sənədləri var. Onlar məgər bilmirlər ki, 1920-ci ildə Ermənistan sovetləşdirildikdən sonra xarici ölkələrdən ermənilər gətirilib və indi Ermənistan adlanan əraziyə köçürülüb. Bundan ötrü erməni rəsmiləri Ermənistan SSRİ Xalq Komissarları Sovetinin qərarlarına baxa bilərlər. Məgər erməni rəsmiləri bilmir ki, indiki Ermənistan adlı əraziyə Ermənistanda sovet hakimiyyətinin qurulmasının 25 illiyi münasibətilə sovet rəhbərliyinin rəsmi qərarı ilə ermənilərin köçürülməsi davam etdirilib. Bunu bilməkdən ötrü ermənilər həmin sənədlərə də baxa bilərlər. Arxivlərdə var”.

Musa Qasımlı bildirib ki, Ermənistan rəhbərliyi bundan ötrü o zamankı Ermənistan Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi Qriqori Arutinovun rəsmi məktubunu götürüb oxuya bilərlər: “Xaricdən ermənilərin gətirilməsindən ötrü tarixi dədə-baba torpaqlarında yaşayan azərbaycanlılar 1948-1953-cü illərdə deportasiya olunub. Axı bunun da rəsmi sənədi var. Ermənilər həmin sənədləri götürüb oxuya bilərlər. Məgər ermənilər onu da bilmirlər ki, xaricdən ermənilərin gətirilməsi hesabına indi Ermənistan adlanan ərazi erməniləşdirilib, türksüzləşdirilib. Erməni rəsmiləri Ermənistan Komunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Karen Dəmirçiyanın Sovet İttifaqı Komunist Partiyası Mərkəzi Komitəsinə 1986-cı ilin noyabrında yazdığı tam məxfi məktubu arxivdən götürüb, oxuya bilərlər. Orada Karen Dəmirçiyan özü yazır ki, sovet hakimiyyəti illərində Ermənistan SSRİ-yə xaricdən 230 min nəfərdən çox erməni köçürdülüb. Çar dövründə məmur Nikolay Şavror yazırdı ki, Qafqazda olan 1 milyon 3 yüz min ermənidən bir milyondan çoxunun bir diyara heç bir aidiyyatı yoxdur və bizim tərəfimizdən köçürülmüşdür. Digər 3 yüz min erməni azərbaycanlıların həyətlərində müxtəlif yerlərdən gəlib nökərçilik ediblər. Erməni rəsmiləri götürüb rəsmi statistikaya baxmalıdırlar. İndi Ermənistanda nə qədər əhali yaşayır? Bundan sonra onlar demoqrafik inkişafa dair nəzəriyyələri oxumalıdırlar. O zaman dərk edərlər ki, indi Ermənistan adlanan ərazinin aborigen əhalisi onlar deyildir. Azərbaycanlılardır və azərbaycanlıların da hüquqları tanınmalıdır. Erməni rəsmiləri məgər onu bilmirlər ki, azərbaycanlıların sonuncu deportasiyası 1988-ci ildən başlayıb və bu gün Ermənistanda bir nəfər də olsun azərbaycanlı qalmamışdır. Erməni rəsmiləri xəritələrə baxsınlar, görsünlər ki, tarix boyu indi Ermənistan adlanan ərazidə erməni dilində bir yer olubmu? Bunu dərk etməkdən ötrü onlar Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin qərarlarına baxsınlar. Həmin qərarlarda indi Ermənistan adlanan ərazidə şəhər, kənd, çay, göl, hətta dəmiryolu stansiyalarının da adı dəyişdirilib. Bu rəsmi sənədlərdən necə qaçmaq olar? Qərbi Azərbaycandan vəhşicəsinə qovulmuş azərbaycanlıların hüquqlarını inkar etmək bütün beynəlxalq hüquq normalarını kobudcasına pozmaq deməkdir, insanlığa qarşı cinayətdir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:146
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 13 Yanvar 2025 15:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see373

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see358

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see317

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see283

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see271

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see231

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see223

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see220

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see218

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see196

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see195

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see187

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see186

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see185

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see184

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see180

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see180

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see179

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see170

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri