Icma.az
close
up
RU
Vitual pul “buğa dövrü”ndə: “Həddən artıq acgözlük ucuzlaşma yaradacaq

Vitual pul “buğa dövrü”ndə: “Həddən artıq acgözlük ucuzlaşma yaradacaq

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

Donald Trampın ABŞ prezident seçkilərində yenidən seçilməsindən bir neçə gün sonra “Bitcoin”-in qiyməti kəskin şəkildə artıb. 

Öz seçki kampaniyalarında Tramp ABŞ-nin kripto sahəsində lider mövqeyə gətirməyi və pro-kripto tənzimləyicilər təyin etməyi vəd edib. Trampın 6 noyabrda qalib elan olunmasından sonra “Bitcoin”-in qiyməti kəskin artıb və fevral ayından bəri ən güclü həftəlik performansını göstərib. 

Tramp administrasiyasının kriptovalyutalara qarşı daha mehriban mövqe tutacağına dair ehtimallar “Bitcoin”-in qiymətini yeni rekordlara çatdıracağı ilə bağlı fikirlər yaradır. 

Maraqlıdır, Donald Trampın prezidentliyi bütün kriptovalyuta bazarına necə təsir edəcək? 

Məsələ ilə bağlı "Crypto Consulting" MMC-nin direktoru, "kriptoinvest.az" portalının rəhbəri və UNEC Biznes Məktəbinin müəllimi Elnur Quliyev "Cebheinfo.az"-a açıqlamasında bildirib ki, ABŞ-də keçirilən seçkilərdə Donald Trampın qalıb gəlməsi ümumilkdə kriptovalyuta sektoruna müsbət təsir edib: 

"Seçkilərdən sonra ilk kriptovalyuta olan bitcoin tarixi maksimum qiyməti olan 99.500 dollara qədər dəyər qazanıb. 

Kriptovalyuta sənayesini inkişaf etdirmək öhdəliyini sübut etmək üçün Tramp kriptovalyutaların tənzimlənməsi üçün aydın qaydalar təqdim etmək istəmədiyinə görə kripto şirkətləri tərəfindən tez-tez tənqid olunan ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasının (SEC) sədri Qari Gensleri işdən çıxaracağını vəd etmişdi. Yaxın günlərdə yeni rəhbərin təyin olunması gözlənilir. Bundan əlavə, seçkidən əvvəl Tramp “Bitcoin” ilə milli ehtiyat yaratmağı vəd edərək, qarşısına iddialı məqsəd qoymuşdu. 2025-ci ildə bunun qanunvericlik səviyyəsində icraolunma prosedurlarını müşahidə edəcəyik. 

Qeyd etmək istəyirəm ki, D.Tramp ABŞ-də ilk dəfə seçkiqabağı kampaniya üçün BTC, ETH, DOGE və SOL daxil olmaqla, kriptovalyutalarda ianələri qəbul edən namizəd olub". 

Ekspert vurğulayıb ki, texniki analizə əsasən “Bitcoin” yeni “buğa dövrü”nə daxil olur və növbəti hədəfin tarixi maksimum qiymət səviyyəsi olan 100.000 dollar qədər artım hədəfləir: 

"Lakin hesab edirəm ki, “Bitcoin” 102 000 və ya 104 0000 dollarlıq hədəfləri keçdikdən sonra qiymətlərin korreksiyasını ("qara qu quşu" riski) müşahidə edə bilərik. Əgər hər hansı bir səbəbdən ciddi qiymət düşməsi baş verərsə, bu zaman güclü dəstək səviyyələri təxminən 94 000 və ya 87000 dollar ətrafında olacaq. 

Bundan əlavə, qorxu və xəsislik indeksi (Fear & Greed Index) hazırda 80 səviyyəsindədir və bu faktor investorlar arasında yüksək səviyyədə alış təzyiqi olduğunu göstərir. Adətən bu göstərici 90 baldan çox olduqda, iri investorlar satış edərək qazanclarını fiksə edirlər. Çünki "həddindən artıq acgözlük" adətən qiymətlərin düşməsi ilə müşayiət olunur". 

Ləman İsmayıl 
"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:287
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 04 Dekabr 2024 12:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see355

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see338

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see298

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see269

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see235

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see212

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see200

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see197

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see193

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see189

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see187

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see178

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see175

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see168

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see168

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see166

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see164

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see163

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see161

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri