Icma.az
close
up
RU
Menu

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

Bakının 27 istiqamətində tıxac VAR Foto

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Hipertrixoz həddən artıq tüklənmə

Hipertrixoz həddən artıq tüklənmə

Icma.az, Saglamolun portalına istinadən məlumatı açıqlayır.

İnsan bədənində əllərin içi və ayaqların altından başqa bütün dəri örtüyü xırda və yumşaq tüklərlə örtülü olur.

Bu örtük irsi atavizm sayılır. Yetkin insan bədənində 300-500 min tük follikulu var. Bunlardan bəzilərindən sərt və qalın tüklər inkişaf etdiyi halda, bəzilərindən gözlə görünməyən, incə və nazik tüklər əmələ gəlir. Tükləri açıq rəngli olanların dərisində daha çox, tünd rənglilərin dərisində isə daha az tük follikulu var, çünki tünd tüklər digərləri ilə müqayisədə daha sərtdir.

Yetkin insan bədənində tüklərin inkişafı cinsi vəzlərin fəaliyyəti ilə birbaşa əlaqədardır. Tük follikullarının, yəni köklərinin fəaliyyətini kişi cinsi hormonu olan androgenlər təmin edir. Kişi cinsi hormonları tükün başda, üzdə və bədəndə inkişafını sürətləndirir. Qadın hormonları isə onların üzdə və bədəndə inkişafının qarşısını alır. Androgenlər qadınlarda az miqdarda yumurtalıqlarda və böyrəküstü vəzdə sintez edilir.

Hipertrixoz – tüklərin daha az piqmentasiyalı, yumşaq, nazik, zəif olduğu yerlərdə (üz, sinə nahiyəsi, ayaq və qollar) çoxalması, rənginin tündləşməsi və sərtləşməsi ilə xarakterizə olunan haldır. Lakin bu zaman yaş, cinsiyyət və etnik mənsubiyyət nəzərə alınmalıdır. Məsələn, yaşlı qadının üz və ayaqlarında tünd rəngli sərt tüklərin əmələ gəlməsi normal sayılsa da, 10 yaşlı qızda artıq patoloji vəziyyət hesab edilir. Yaxud Aralıq dənizi sahillərində yaşayan qadınların ayaqlarında tükün çox olması normal olduğu halda, Asiya qadınlar üçün bu hal xarakterik deyil.

Hipertrixozun bir neçə növü var.

Heterogeniya zamanı qadınlarda və qızlarda qasıq nahiyəsində kişi tipli tüklənmə, saqqal və bığ inkişaf edir. Normal halda qasıq nahiyəsində tüklər kişilərdə romb şəklində, qadınlarda isə zirvəsi aşağı olan üçbucaq şəklində inkişaf edir. Heterogenik tüklənmə hormonal balansın ciddi dəyişikliyə məruz qaldığı cinsi yetişkənlik, hamiləlik və ya klimaks, yumurtalıqların polikistozu və qanda prolaktin hormonunun artıqlığı kimi hallarda baş verir. Normadan çox sintez edilən androgenlərin yatan tük follikularını qıcıqlandırması və onların fəaliyyətini artırması özünü tükün normada az və nazik olan yerlərdə çoxalması və sərtləşməsi ilə göstərir. Bəzən tük follikullarının androgenlərə qarşı həssaslığının artması nəticəsində az miqdarda olan kişi hormonları da tüklənməyə səbəb ola bilir. Androgenlərlə əlaqədar inkişaf edən tüklənməyə hirsutizm deyilir.

Heteroxroniya zamanı uşaq yaşlarında qasıq nahiyəsində tüklənmə, bığ, saqqal kimi ikincili cinsi əlamətlər inkişaf edir. Onu yumurtalıqlar, xayalar, böyrəküstü vəz, qalxanabənzər vəz, hipofiz kimi daxili sekresiya vəzlərinin anomal inkişafı nəticəsində müşahidə etmək olar.

Heterotipiya tük inişafının bel və kürək kimi qeyri-adi yerlərdə artması ilə xarakterizə edilir və belə tüklənmə hissəvi və ya bütün bədənə yayılmış şəkildə ola bilər.

Hipertrixozun səbəbləri olduqca müxtəlifdir.

Anadangəlmə yumşaq tüklü hipertrixoz zamanı rüşeym tükləri tökülmür, uzanaraq 10 sm və daha böyük ölçüyə çatır və hər hansı bir genetik sindromun əlaməti olaraq üzə çıxır.

Qazanılmış yumşaq tüklü hipertrixoz zamanı isə tüklərə başlanğıc verən tük follikullarından rüşeym tükləri əmələ gəlməyə başlaması bədxassəli prosesin xəbərçisi ola bilir və həmin xəstələrin 98 faizində bədxassəli şişlərə rast gəlinir. Bəzən həmin tipli tüklənmə şiş xəstəliyindən bir neçə il əvvəl müşahidə oluna bilər.

Dərman hipertrixozu kortikosteroid, siklosporin, streptomisin, pensillamin kimi bəzi preparatların qəbulundan sonra yaranır.

Simptomatik hipertrixoza porfiriya, bulloz epidermoliz, kəllə-beyin travmaları, fetal alkoqol sindromu, dermatomiozit, üzülmə və psixi anoreksiya zamanı rast gəlinir.

Tarvmatik hipertrixoz travma, çapıq, dərinin daim qıcıqlanan və təraş olunan nahiyələrində müşahidə oluna bilər.

Bəzən qadınların tüklərlə mübarizə üçün mütəmadi istifadə elədikləri bəzi vasitələr  – krem-depilyator, sap, mum və təraş müəyyən nahiyələrdə tüklərin daha çox sərtləşməsinə və çoxalmasına səbəb olaraq tüklənməni artıra bilər.

Hipertrixozun müalicə əsasən tüklənməyə səbəb olan amilin aşkar olunaraq aradan qaldırılmasına yönəlməlidir. Qanda hormonların səviyyəsi yoxlanmalı, daxili orqanlar müayinə edilməlidir. Müalicədə  ən cox istifadə edilən tərkibində qadın cinsi hormonları, yəni estrogenlər olan preparatlardır. Həmin  preparatlardakı estrogenlər qaraciyərdə androgenlərlə birləşərək onların təsirini azaldır.

İstifadə olunan bəzi hormonal preparatlar tüklənməyə səbəb olursa, həmin preparatları onların başqa analoqu ilə əvəz etmək lazımdır. Bəzən preparatı kəsmək və ya dəyişmək mümkün olmur ki, bu zaman epilyasiya kimi simptomatik üsullar tətbiq edilir.

RESEPTLƏR

Qadınlarda qanda androgenlərin miqdarını azaldan və estrogenləri artıran dəmləmələr:

- 2 xörək qaşığı quru nanə 200 ml qaynar suda dəmlənərək gündə 2-3 dəfə acqarına içilir. Təzə nanə yeyilməsi də məsləhətdir.

- 2 xörək qaşığı quru və ya təzə gicitkən yarpaqları 1 stəkan qaynar suda dəmlənir, gündə 3 dəfə daxilə qəbul edilir.

- 1 xörək qaşığı adaçayı yarpaqları 1 stəkan suda dəmlənib içilir.

Qanda prolaktin hormonunu azaldan vasitələr:

- Gündə 3 dəfə 2 kapsul Nat-Ərküdə kapsulu qəbul edilir.

- 1 xörək qaşığı ərküdə meyvəsi 1 stəkan qaynar suda 20 dəqiqə dəmlənir, gündə 3 dəfə, hər dəfə 1 stəkan qəbul edilir.

Ev şəraitində tüklərdən azad olmağın yolları:

- Yetişməmiş bir neçə qoz ortadan kəsilərək problemli nahiyələrə sürtülür. Proseduru bir neçə dəfə təkrarlamaqla yaxşı nəticə almaq olar.

- 150 qram dəlibəng kökləri üzərinə 1 litr su əlavə edilir, emallı qabda 15-20 dəqiqə qaynadılır, soyudulur və süzülür. Alınan tünd dəmləmə ehtiyatla problemli nahiyələrə çəkilir.

- 50 qram barium-sulfat, hərəsindən 20 qram sink oksidi və nişasta qarışdırılır, alınan qarışığa bir qədər su əlavə edib qatı kütlə hazırlanır. Problemli nahiyəyə çəkilir, 4 dəqiqədən 10 dəqiqəyə qədər saxlanır və yuyulur.

- Yarım limonun suyu sıxılır, üzərinə 1 stəkan su və 3 xörək qaşığı şəkər tozu əlavə edilir, zəif ocaqda qatılaşana qədər qaynadılır. Bir qədər soyuduqdan sonra alınan kütlə problemli nahiyəyə çəkilir və sürətlə qoparılır. Bu prosedur vasitəsilə tüklərdən 3-4 həftə müddətində azad olmaq mümkündür.

Mənbə: Herba Flora jurnalı


Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:262
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 22:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see363

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see317

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see283

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see259

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see256

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see247

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see236

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see230

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see228

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see226

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see210

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see209

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see206

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see203

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see202

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see201

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see198

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see197

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see187

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri