Vladanka Andreeva: Keyfiyyətli təhsil olmadan dayanıqlı inkişaf mümkün deyil
Apa.az saytına istinadən Icma.az xəbər verir.
Keyfiyyətli təhsil olmadan dayanıqlı inkişaf mümkün deyil.
APA xəbər verir ki, bunu “Azərbaycanın dayanıqlı inkişafı naminə təhsilə investisiya” mövzusunda keçirilən tədbirdə BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Vladanka Andreeva deyib.
"Bu gün 7-ci DİM Dialoqu təhsilə yönəlib. Bu Dialoq BMT-nin 80 illik yubileyinə təsadüf edir. Bizim missiyamız dəyişməz qalır: Hamı üçün sülh və tərəfdaşlığı təbliğ etmək. DİM Dialoqları bizim əməkdaşlıqların ruhunu dəstəkləyir. Bu, bizim fikirlərimizi bölüşməyə imkan yaradır. Bundan sonra da DİM Dialoqları etibarlı mənbə kimi xidmət edəcək”, - BMT rəsmisi qeyd edib.
Onun sözlərinə görə, “Azərbaycanın dayanıqlı inkişafı naminə təhsilə investisiya” proqramının növbəti mərhələsi 2026-2030-cu illəri əhatə edəcək. Bu proqramın da əsas istiqamətlərdən biri təhsil olacaq.


