Icma.az
close
up
RU
Vladanka Andreeva: Rəqəmsal innovasiyalar inklüziv inkişafın mühüm hərəkətverici qüvvəsidir

Vladanka Andreeva: Rəqəmsal innovasiyalar inklüziv inkişafın mühüm hərəkətverici qüvvəsidir

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 24 oktyabr, AZƏRTAC

Son onillikdə Azərbaycan hökuməti məşğulluq xidmətlərinin müasirləşdirilməsi, sosial müdafiə sisteminin gücləndirilməsi və insan ləyaqətinin dövlət xidmətlərinin mərkəzinə yerləşdirilməsi istiqamətində mühüm nailiyyətlər qazanıb. Rəqəmsal innovasiya həm güclü transformasiya vasitəsidir, həm də sosial daxilolmanın təməl hərəkətverici qüvvəsidir. Son illərdə Azərbaycan bu sahədə region üçün nümunəvi bir model formalaşdırıb.

AZƏRTAC xəbər verir ki, bu fikirləri DOST Agentliyinin təşkilatçılığı ilə “SOCGOV 2025: Süni intellekt - insan və transformasiya üçün” mövzusunda keçirilən beynəlxalq konfransda Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva çıxışı zamanı səsləndirib.

O, rəqəmsal innovasiyaların sosial inkişaf, inklüzivlik və davamlı rifahın təminində oynadığı rolu vurğulayıb. Həmçinin 2018-ci ildə yaradılan DOST Agentliyinin fəaliyyətini xüsusi qeyd edib: “160-dan çox xidmətin bir mərkəzdə birləşdirilməsi sayəsində DOST mərkəzləri vətəndaşlara daha sürətli, şəffaf və ləyaqətli xidmətlər təqdim edir. Bu, sosial idarəetmədə həqiqətən inqilabi addımdır”.

Vladanka Andreeva bildirib ki, BMT bu təcrübəni yüksək qiymətləndirir və artıq regiondakı bir sıra ölkələr Azərbaycan modelindən öz milli şəraitlərinə uyğun şəkildə faydalanmağa başlayıblar: “Bu təşəbbüslər təkcə milli miqyasda deyil, həm də qlobal səviyyədə mühüm töhfədir. Onlar BMT-nin Davamlı İnkişaf Məqsədlərinin (SDG) həyata keçirilməsinə, xüsusilə SDG 1 (Yoxsulluğa son), SDG 8 (Layiqli əmək və iqtisadi artım) və SDG 10 (Bərabərsizliklərin azaldılması) hədəflərinə birbaşa xidmət edir. BMT və Azərbaycan hökuməti arasında əməkdaşlıq sosial xidmətlərin rəqəmsallaşdırılması, inklüziv məşğulluq siyasətlərinin təşviqi və həssas qrupların müdafiəsi sahəsində davamlı nəticələr əldə etməyə yönəlib. Bizim tərəfdaşlığımız ortaq bir dəyərlə, hər bir fərdin, mənşəyindən, qabiliyyətindən və şəraitindən asılı olmayaraq, cəmiyyətin inkişafına töhfə verə bilməsi prinsipinə əsaslanır”.

BMT-nin nümayəndəsi süni intellektin tətbiqi ilə bağlı qlobal müzakirələrin vacibliyinə də toxunub: “Bu konfransın mövzusu düzgün seçilib. Artıq mübahisə “süni intellektdən istifadə etməliyikmi?” sualı deyil, “ondan necə istifadə etməliyik?” sualı üzərindədir”.

Vladanka Andreeva xatırladıb ki, BMT-nin Baş katibi Antonio Guterres qurumun Baş Assambleyasının 80-ci sessiyasında “Qlobal süni intellekt idarəçiliyi dialoqu”nun başladıldığını və müstəqil beynəlxalq elmi panelin yaradıldığını elan edib. Bu təşəbbüs süni intellektin BMT Nizamnaməsinin dəyərləri ilə uyğun şəkildə inkişaf etdirilməsini təmin etməyə yönəlib. “Düşünürəm ki, Azərbaycan üçün bu müzakirələr çox aktualdır. Süni intellekt ehtiyacları qabaqcadan görə, xidmətləri fərdiləşdirə və bəzən ən çətin şəraitdə olan insanlara belə, əl uzada bilər. Eyni zamanda, bu texnologiyalar ön cəbhədə çalışan sosial işçilərə daha çox empatiya göstərmək, dinləmək və qayğı göstərmək üçün qazandırır”, – deyə o, çıxışını tamamlayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:34
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Oktyabr 2025 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see278

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see228

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see201

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see196

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see169

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see161

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see160

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see160

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see155

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see154

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see147

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see145

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see141

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see140

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see140

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see139

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri