Icma.az
close
up
RU
“Voleybol” idman növü üzrə yarış baş tutub FOTOLAR

“Voleybol” idman növü üzrə yarış baş tutub FOTOLAR

Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Xəzər rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “voleybol ” idman növü üzrə yarış baş tutub. SİA xəbər verir ki, Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatı və 117 saylı tam orta məktəbin birgə təşkilatçılığı ilə baş tutmuşdur.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Yarışda YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, YAP Xəzər rayon təşkilatının əməkdaşları, YAP Xəzər rayon ərazi partiya təşkilatlarının sədrləri, Xəzər rayonunda yerləşən orta ixtisas təhsil müəssisələrinin idman komandaları və müəssisə rəhbərləri iştirak edib.

Qeyd edək ki, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş silsilə idman yarışlarının keçirilməsinin əsas məqsədləri Ümummilli lider Heydər Əliyevin anadan olmasını təntənəli surətdə qeyd etmək, gəncləri bədən tərbiyəsi və idmanla aktiv məşğul olmağa cəlb etmək, gənclərin fiziki sağlamlığını möhkəmləndirərək sağlam həyat tərzini təbliğ etmək, rayon ərazisində idman yarış və tədbirlərinin ənənələrini qoruyub saxlamaqdan ibarətdir.

Yarışı giriş sözü ilə açan YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov iştirakçıları salamlayaraq ilk öncə ölkəmizin idman sahəsində əldə etdiyi uğurlardan geniş bəhs edib. Namiq Əhmədov qeyd edib ki, idman yarışlarının keçirilməsi, gənclərin bu sahədə aktivlik nümayiş etdirməsinin səbəbi əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və hal-hazırda Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasətidir. Məhz buna görə də keçiriləcək silsilə idman yarışları Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunması təsadüfi deyil.

Daha sonra 149 saylı tam orta məktəbin direktoru Rəhilə Baxşiyeva, Binə Bələdiyyəsinin sədri Habil Həmidov çıxış edərək bildirmişlər ki, bu gün Azərbaycanda idmanın müxtəlif sahələrinin inkişafı üçün böyük imkanlar yaradılıb. Bu inkişafın təməlində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət dayanmışdır.Hər kəsə yaxşı məlumdur ki, məhz Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycan sabitliyə nail oldu. Bir çox sahələrdə olduğu kimi, idman sahəsində də böyük canlanma və sürətli inkişaf başlandı. Əhalinin fiziki-mənəvi sağlamlığının qorunması, idmanın inkişafı Ümummilli lider Heydər Əliyevin daim diqqətdə saxladığı məsələlərdən idi. Ulu öndərin respublikaya rəhbərlik etdiyi illərdə idmanın maddi-texniki bazasının yaradılması üçün böyük işlər görüldü. Ulu öndərin layiqli davamçısı, Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin həyata keçirdiyi idman siyasəti nəticəsində bu sahənin inkişafında yeni mərhələ başlandı. Son illər ölkəmizdə beynəlxalq səviyyəli yarışlar təşkil olunur, idmançılarımız müxtəlif idman növləri üzrə keçirilən turnirlərdə uğurlu nəticələr göstərirlər.

Çıxışların sonunda natiqlər iştirakçılara uğurlar arzu ediblər.

Final görüşündə 117 saylı tam orta məktəb və İftixar Tağıyev adına 26 saylı tam orta məktəbin komandaları mübarizə aparırdılar. Şağan Olimpiya Kompleksində təcrübəli hakimlər tərəfindən idarə edilən yarışda komandalar 1 qrupda mübarizə aparıb. Final qarşılaşmasında 117 saylı tam orta məktəb 1-ci yerə, 26 saylı tam orta məktəb 2-ci yerə və 149 saylı tam orta məktəb isə 3-cü yerə layiq görülüb.

Yarışın sonunda qalib komandanların üzvləri müvafiq olaraq qiymətli hədiyyələr ilə mükafatlandırılıb.

Sonda xatirə şəkilləri çəkdirilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:146
embedMənbə:https://sia.az
archiveBu xəbər 05 May 2025 18:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see170

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see158

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see156

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see156

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see150

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see147

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see142

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see138

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see134

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see133

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see133

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see133

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see133

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see133

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see133

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see132

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see131

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see128

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri