Icma.az
close
up
RU
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102 ci ildönümünə həsr olunmuş voleybol idman növü üzrə yarış baş tutub

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102 ci ildönümünə həsr olunmuş voleybol idman növü üzrə yarış baş tutub

Yeniazerbaycan portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Xəzər rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş voleybol idman növü üzrə yarış baş tutub.

Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatı və  117 saylı tam orta məktəbin birgə təşkilatçılığı ilə baş tutmuşdur.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra  Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Yarışda YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, YAP Xəzər rayon təşkilatının əməkdaşları, YAP Xəzər rayon ərazi partiya təşkilatlarının sədrləri, Xəzər rayonunda yerləşən orta ixtisas təhsil müəssisələrinin idman komandaları və müəssisə rəhbərləri iştrak edib.

Qeyd edək ki, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş silsilə idman yarışlarının keçirilməsinin əsas məqsədləri  Ümummilli lider Heydər Əliyevin anadan olmasını təntənəli surətdə qeyd etmək, gəncləri bədən tərbiyəsi və idmanla aktiv məşğul olmağa cəlb etmək, gənclərin fiziki sağlamlığını möhkəmləndirərək sağlam həyat tərzini təbliğ etmək, rayon ərazisində idman yarış və tədbirlərinin ənənələrini qoruyub saxlamaqdan ibarətdir.

Yarışı giriş sözü ilə açan YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov iştirakçıları salamlayaraq ilk öncə ölkəmizin idman sahəsində əldə etdiyi uğurlardan geniş bəhs edib. Namiq Əhmədov qeyd edib ki, idman yarışlarının keçirilməsi, gənclərin bu sahədə aktivlik nümayiş etdirməsinin səbəbi əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və hal-hazırda Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasətidir. Məhz buna görə də keçiriləcək silsilə idman yarışları Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunması təsadüfi deyil.

Daha sonra 149 saylı tam orta məktəbin direktoru Rəhilə Baxşiyeva, Binə Bələdiyyəsinin sədri Habil Həmidov çıxış edərək bildirmişlər ki, bu gün Azərbaycanda idmanın müxtəlif sahələrinin inkişafı üçün böyük imkanlar yaradılıb. Bu inkişafın təməlində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət dayanmışdır.Hər kəsə yaxşı məlumdur ki, məhz Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycan sabitliyə nail oldu. Bir çox sahələrdə olduğu kimi, idman sahəsində də böyük canlanma və sürətli inkişaf başlandı. Əhalinin fiziki-mənəvi sağlamlığının qorunması, idmanın inkişafı Ümummilli lider Heydər Əliyevin daim diqqətdə saxladığı məsələlərdən idi. Ulu öndərin respublikaya rəhbərlik etdiyi illərdə idmanın maddi-texniki bazasının yaradılması üçün böyük işlər görüldü. Ulu öndərin layiqli davamçısı, Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin həyata keçirdiyi idman siyasəti nəticəsində bu sahənin inkişafında yeni mərhələ başlandı. Son illər ölkəmizdə beynəlxalq səviyyəli yarışlar təşkil olunur, idmançılarımız müxtəlif idman növləri üzrə keçirilən turnirlərdə uğurlu nəticələr göstərirlər. 

Çıxışların sonunda  natiqlər iştirakçılara uğurlar arzu ediblər.

Final görüşündə 117 saylı tam orta məktəb və İftixar Tağıyev adına 26 saylı tam orta məktəbin  komandaları mübarizə aparırdılar. Şağan Olimpiya Kompleksində  təcrübəli hakimlər tərəfindən idarə edilən yarışda komandalar 1  qrupda mübarizə aparıb. Final qarşılaşmasında 117 saylı tam orta məktəb 1ci yerə, 26 saylı tam orta məktəb 2ci yerə və 149 saylı tam orta məktəb isə 3 cü yerə layiq görülüb.

Yarışın sonunda qalib komandanların üzvləri müvafiq olaraq qiymətli hədiyyələr ilə mükafatlandırılıb.

Sonda xatirə şəkilləri çəkdirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 05 May 2025 18:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see186

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see183

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see181

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see176

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see154

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see150

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see148

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see144

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see140

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see139

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see137

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see135

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see134

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see133

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see133

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see129

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see129

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see128

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri