Voleybol üzrə Azərbaycan çempionatında üçüncü yer uğrunda ilk oyun keçirilib
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 19 aprel, AZƏRTAC
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında bürünc medal uğrunda ilk oyun keçirilib.
AZƏRTAC xəbər verir ki, “Gəncə” Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində “Milli Aviasiya Akademiyası” ilə üz-üzə gəlib.
Gərgin və maraqlı keçən görüş Bakı təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Komandalar arasında ikinci qarşılaşma aprelin 20-də təşkil olunacaq.
Qeyd edək ki, “Milli Aviasiya Akademiyası” cavab matçında da qalib gəlsə, üçüncü yerin sahibi olacaq. Əgər tərəflər hərəyə bir qələbə qazanarsa, “qızıl set” oynanılacaq.
Baxış sayı:100
Bu xəbər 19 Aprel 2025 17:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















