Voleybol üzrə Azərbaycan çempionatında qalmaqal: Oyun yarımçıq saxlanılıb
Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.
Voleybol üzrə Azərbaycan çempionatının yeddinci turunda “Xilasedici” ilə “Ordu” arasında keçirilən oyun yarımçıq dayandırılıb.
İdman.Biz-in əldə etdiyi məlumata görə, dünən Fövqəladə Hallar Nazirliyinin İdman Kompleksində baş tutan qarşılaşma ikinci setdə oyunun supervayzeri Zöhrab Gözəlbəyli tərəfindən meydançada yaranan gərginliyə görə dayandırılıb.
İnsidentlə bağlı bu gün Azərbaycan Voleybol Federasiyasında (AVF) növbədənkənar iclas keçiriləcək.
Toplantıda hər iki klubun baş məşqçiləri - “Xilasedici”nin çalışdırıcısı Cəlil Cəlilov və “Ordu”nun baş məşqçisi Cavid Süleymanov iştirak edəcək.
İdman.Biz hadisələrin inkişafını izləyəcək.
Vüqar Vüqarlı
Bu mövzuda digər xəbərlər:Voleybol üzrə Azərbaycan çempionatında növbəti turun oyun cədvəli açıqlanıb AZƏRTAC
04 Yanvar 2025 21:00
Voleybol üzrə Azərbaycan çempionatında üçüncü yer uğrunda ilk oyun keçirilib
19 Aprel 2025 17:52
Voleybol üzrə Azərbaycan çempionatında Neftçi qələbə qazanıb
08 Yanvar 2025 18:06
Voleybol üzrə Azərbaycan çempionatında II tura yekun vurulub
07 Dekabr 2024 17:21
Baxış sayı:25
Bu xəbər 18 Dekabr 2025 14:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















