Volodimir Zelenski ABŞ ın sülh planı ilə bağlı ukraynalılara müraciət edib
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Kiyev, 22 noyabr, AZƏRTAC
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-ın sülh planı ilə bağlı xalqa müraciət edib. O, bildirib ki, hazırda ölkə çox çətin bir seçim qarşısında qala bilər.
Bu barədə AZƏRTAC Volodimir Zelenskinin bəyanatına istinadla xəbər verir.
“Bu, tariximizin ən ağır məqamlarından biridir. Hazırda Ukraynaya təzyiq ən yüksək həddədir. İndi Ukrayna çox mürəkkəb bir seçim qarşısında qala bilər: ya ləyaqətin itirilməsi, ya da əsas tərəfdaşın itirilməsi riski”, – deyə prezident qeyd edib.
V. Zelenski seçimlə bağlı bildirib ki, “ya mürəkkəb 28 bənd, ya da son dərəcə ağır qış və əlavə risklər”.
O vurğulayıb ki, bütün dünya anlamalıdır ki, ukraynalılar hər şeydən əvvəl insandır və onlar demək olar dörd illik genişmiqyaslı müharibə ərzində dünyanın ən böyük ordularından birinə qarşı dayanırlar.
Xatırladaq ki, ABŞ-ın yeni sülh planı 28 bənddən ibarətdir. Plan Donbas ərazisinin bir hissəsinin Rusiyaya verilməsini Ukraynaya və Avropa İttifaqına uzunmüddətli təhlükəsizlik təminatlarının təqdim edilməsi, ordunun sayının azaldılması, uzaqmənzilli silahlardan imtina və digər şərtlərlə əvəzləyir.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
Baxış sayı:102
Bu xəbər 22 Noyabr 2025 01:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















