Volodimir Zelenski İlon Maska müraciət etdi
Icma.az, Yenisabah portalına istinadən məlumat verir.
Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı sahibkar İlon Maskdan Ukraynada "Starlink" peyk rabitəsi sistemini aktivləşdirməsini istəyib.
"Yeni Sabah" xəbər verir ki, Zelenski bu barədə britaniyalı aparıcı Pirs Morqanın "Senzurasız" ("Uncensored") verilişində danışıb.
"Starlink"in sürəti azalırsa, nə baş verdiyi aydındır. Biz İlon Maskdan onu aktivləşdirməsini xahiş edirik", - deyə Zelenski bildirib. Pepperoni pizza
Bundan əvvəl Ukraynanın keçmiş müdafiə naziri müşaviri Sergey Sternenko oktyabrın 14-nə keçən gecə "Starlink" terminallarının işində məhdudiyyətlər tətbiq olunduğunu bildirmişdi. Onun sözlərinə görə, qurğuların sürəti saatda 160 kilometrdən çox olduqda rabitə kəsilməyə başlayıb və bu səbəbdən Ukrayna Silahlı Qüvvələrinin bir sıra mühüm əməliyyatları baş tutmayıb.
Keçmiş məmur hesab edir ki, "SpaceX" şirkəti bu addımı ABŞ prezidentinin administrasiyasının müraciətindən sonra atıb./Oxu.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 14 Oktyabr 2026 23:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















