Volodimri Zelelnski ABŞ Prezidenti ilə sülh planını müzakirə etməyi gözləyir
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Kiyev, 20 noyabr, AZƏRTAC
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-dan rəsmi olaraq sülh plan layihəsini alıb və Amerika tərəfinin fikrincə, bu plan diplomatiyaya təkan verə bilər.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Ofisinin bəyanatında bildirilib.
"Rusiyanın hücumunun ilk saniyələrindən Ukrayna sülhə can atır və biz əsl sülhü yaxınlaşdıra biləcək bütün təklifləri dəstəkləyirik. Bu ilin əvvəlindən Ukrayna Prezident Trampın qan tökülməsinə son qoymaq təkliflərini dəstəkləyib", deyə məlumatda bildirilib.
Məlumatda qeyd edilib ki, Ukrayna sülhə nail olmaq üçün ABŞ, onun Avropa İttifaqı və bütün dünyada tərəfdaşları ilə konstruktiv əməkdaşlığa hazırdır.
"Ukrayna Prezidenti yaxın günlərdə Prezident Trampla mövcud diplomatik imkanları və sülh üçün lazım olan əsas məqamları müzakirə etməyi gözləyir", Prezident Ofisindən bildirilib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 20 Noyabr 2025 21:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















