Icma.az
close
up
RU
Voloqdada Stalinə abidə ucaldılıb

Voloqdada Stalinə abidə ucaldılıb

Reyting.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


Rusiyanın Voloqda şəhərində, Stalinin 1911-1912-ci illərdə sürgündə yaşadığı bir ünvanda, vilayətin ev-muzeyinin ərazisində keçmiş SSRİ rəhbəri generalissimus İosif Stalinin abidəsinin açılışı olub.
Reyting.az
bildirir ki, dekabrın 21-də Telegram kanalında Voloqda vilayətinin qubernatoru Georgi Filimonov bu barədə məlumat verib.
Qubernator paylaşımında qeyd edib ki, vilayətdə Stalinin abidəsinin qoyulması "keçmişimizə ayıq, balanslı münasibətə doğru addımdır".

İlk dəfə belə bir təşəbbüslə çıxış edən rus kommunistləri və Rusiya Federasiyasında illərdir ki, siyasi fəaliyyət göstərən Rusiya Kommunist Partiyasının vilayətdəki yerli təşkilatı Stalinə abidə qoyulmasını böyük hadisə kimi qiymətləndiriblər.
Qubernator oktyabr ayında Voloqda sakinlərinə müraciətlə bəyan etmişdi ki, bölgə rəhbərliyi təklifi dəstəkləyib. Eyni zamanda, Georgi Filimonov Voloqdada bölgəsində Rus hökmdarı İvan Qroznıya da abidə ucaltmağı planlaşdırdıqlarını açıqlayıb.
Son illər ərzində Rusiyada demək olar ki, mütəmadi olaraq İosif Stalinin abidələri ucaldılır. 2023-cü ilin fevralında Volqoqrad şəhərində Stalinqrad döyüşü panorama muzeyində Sovet diktatoru Stalinin büstü qoyulmuşdu. Həmçinin 2023-cü ilin noyabrında Velikiye Luki adlı ərazidə, Mikron zavodunun girişində İ. V. Stalinin hündürlüyü səkkiz metr olan çox əzəmətli abidəsi qoyulub.

Voloqdanın qubernatoru tərəfindən yeni yayılan xəbərə şərh verən "The Moscow Times" nəşri yazır ki, Rusiyada ümumilikdə Stalinin 100-dən çox abidəsi ucaldılıb. Nəşr qeyd edib ki, SSRİ rəhbəri olmuş Stalinin heykəllərinin çoxu Şimali Osetiyada, Dağıstanda, eləcə də Yakutiya ərazisindədir.
Lakin müəyyən səbəblərdən İosif Stalinin abidələri mərkəzi küçələrdə deyil, adətən muzeylərin və yaxud da şəxsi mülklərin ərazisində ucaldılır.

Oqtay QORÇU

Ana səhifəyə dön


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:168
embedMənbə:https://reyting.az
archiveBu xəbər 22 Dekabr 2024 09:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Paşinyanın Moskva səfərinin əsas məqsədi nə olacaq? ŞƏRH

02 Sentyabr 2026 17:44see410

Bakıda ən bahalı, 10 milyon manatlıq evin içində nə var ki? ƏCAİB QİYMƏTLƏR

01 Sentyabr 2026 17:16see265

Azərbaycanı Düşənbədə onlar təmsil edəcək

02 Sentyabr 2026 03:20see263

Goranboyda güclü partlayış oldu

02 Sentyabr 2026 01:20see257

Mərkəzi Bank 230 milyon manatlıq notları hərraca çıxarır

01 Sentyabr 2026 21:38see249

Sənədsiz evlərlə bağlı çıxış yolu hansıdır? AÇIQLAMA

01 Sentyabr 2026 21:07see245

Putinlə Paşinyan arasında mübahisə düşdü

02 Sentyabr 2026 01:17see240

“Bizi udmaq istəyənlər ağzının üstündən zərbə alacaq” Putin Bişkekdə nəyə işarə etdi?

02 Sentyabr 2026 01:56see240

Flik “Barselona”dan ayrıla bilər

02 Sentyabr 2026 03:18see238

Su İdman Sarayında padel tennis kortunun açılışı olub FOTO

01 Sentyabr 2026 23:47see237

Azərbaycanlı aktrisa: İstanbullu gəlin idim, oldum istanbullu turist...

01 Sentyabr 2026 17:33see234

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

03 Sentyabr 2026 12:02see231

Xalq artisti: Məni ad gününə, toylarınıza da çağırmayın (Video)

01 Sentyabr 2026 15:15see230

Haber Global Prezident İlham Əliyevin Bişkekdə verdiyi mesajlardan bəhs edib

01 Sentyabr 2026 21:51see217

Teylor Svift ilk dəfə evlilik məhkəməsi ilə üzləşib...

01 Sentyabr 2026 21:52see214

Cek Qriliş “Mançester Siti”dən “Everton”a qayıtdı

02 Sentyabr 2026 02:48see195

Soyuq hava infarkt və insult riskini artıra bilər Günay İsmayılova

02 Sentyabr 2026 15:27see191

Bülbül Vokal Məktəbinin məzunu Hamburq Musiqi və Teatr Ali Məktəbinə qəbul olunub (Foto)

02 Sentyabr 2026 17:03see185

ABŞ da kommersiya məqsədli neft ehtiyatları 4,5 milyon barel azalıb

03 Sentyabr 2026 00:30see163

Bir dəqiqə ərzində demensiyanı müəyyənləşdirməyə imkan verən sadə test açıqlandı

02 Sentyabr 2026 05:49see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri