Icma.az
close
up
RU
Rusiyada Stalinə maraq niyə artır?

Rusiyada Stalinə maraq niyə artır?

Icma.az, Yeniavaz portalına istinadən məlumatı açıqlayır.


Mayın 15-də Moskvada, Taqanskaya metro stansiyasında İosif Stalinin relyef abidəsinin açılışı olub.
Yeniavaz.com
“Forbes” nəşrinə istinadən xəbər verir ki, bu abidə 1966-cı ildən əvvəl də  Taqanskaya metro stansiyasında mövcud olub. İndi isə həmin görüntü yenidən yaradılıb. Bildirilir ki, abidə əvvəlki görünüşün tam surəti olmasa da, ümumi ideyanı təkrarlayır. Ancaq rəngi, ölçüsü və materialı fərqlidir. Mütəxəssislər deyirlər ki, bu, tarixə hörmətdən çox simvolik bir jestdir.
Yeni abidə cəmiyyətdə fikir ayrılığına səbəb olub. Bəziləri bunu dəstəkləyir, bəziləri isə tənqid edir. Tarixçi Nikita Sokolov hesab edir ki, bu cür yanaşmalar Rusiya cəmiyyətində Stalinin yenidən ideallaşdırıldığını göstərir. Onun fikrincə, dövlət “mühasirədə olan bir qala” kimi təqdim olunur və ədalət zorakılıqla təmin edilir.
Məşhur Levada Mərkəzi son 30 ildə rusların Stalinə münasibətini araşdırıb. 1988-ci ildə cəmi 11% adam onu “böyük insan” adlandırırdı. Amma 2000-ci illərdən etibarən bu rəqəm artmağa başlayıb. 2008-ci ildə keçirilən televiziya səsverməsində Stalin tarixin ən önəmli şəxsiyyətlərindən biri seçilirdi. 2012-ci ildən bu yana isə o, ictimai reytinqlərdə həmişə ön sıralardadır.
Bunun bir neçə səbəbi var:
Tarixə münasibət dəyişib. Rusiya rəhbərliyi 1991-ci il avqust çevrilişini və azadlıq uğrunda mübarizəni yox, 1945-ci il Qələbəsini əsas tarixi hadisə kimi təqdim edir. Bu isə Stalinin obrazını gücləndirir.
Təhsil və mədəniyyət siyasəti dəyişib. Müasir Rusiyada yaradılan “Rusiya – Mənim Tarixim” parklarında tarixin təqdimatında Stalin və digər “güclü liderlər” önə çəkilir. Bu parklarda əsas fikir budur: ölkəni yalnız sərt idarəetmə və vahid mərkəz qoruyub saxlaya bilər.
Repressiyalar barədə yanlış təsəvvürlər var. Cəmiyyətin böyük hissəsi düşünür ki, Stalin yalnız “yuxarı vəzifəliləri” cəzalandırıb. Halbuki tarixi faktlar göstərir ki, repressiyaların əsas qurbanları sadə insanlar olub. Amma bu barədə məlumatlar geniş yayılmır.
Görünən odur ki, Moskva metrosundakı abidə təkcə bir sənət əsəri deyil, həm də ideoloji bir simvoldur. Bu, Rusiya cəmiyyətində gücə, avtoritarlığa və keçmişə bağlılığa olan meylin artdığını nümayiş etdirir.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 21 May 2025 16:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see286

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see266

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see263

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see259

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see249

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see240

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see240

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see231

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see231

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see228

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see215

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see215

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see209

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see208

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see202

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see200

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see198

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see193

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see192

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri